Magistr
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Magistr (lat. magister — müəllim, usta) — bəzi ölkələrdə magistraturanı başa vurduqdan sonra tələbələrin əldə etdikləri ixtisas dərəcəsi, ilkin elmi dərəcə. Magistratura — ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir.
Avropanın "Bolonya prosesinə" qoşulmuş ölkələri, o cümlədən Azərbaycan ümumi Avropa təhsil çərçivəsi yaratmaq məqsədilə magistr təhsil pilləsini daxil etmişlər. Magistr iki il, peşə yönümündən asılı olaraq öncədən alınmış təhsili elmi cəhətdən dərinləşdirməyə və əlavə ixtisasa yiyələnməyə xidmət edə bilər. Bundan əlavə magistr dərəcəsi aspiranturada təhsil üçün əsas şərt sayılır. Magistraturada təhsilə məhdudiyyət vardır. Azərbaycanda magistr təhsilinin əsasları "Azərbaycan respublikasının təhsil qanununda" ətraflı verilir.