Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Atheism.svg
Ateizm — geniş mənada tanrıların mövcudluğuna inamın olmaması. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha dar mənada ateizm xüsusilə "heç bir tanrı yoxdur" mövqeyidir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir.

Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən onlarla eyni dini inancları bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə XVI əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və davamında dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Xmenvsstreetfighter title.png
X-Men vs. Street Fighter — "Capcom" tərəfindən hazırlanan və nəşr olunan krossover faytinq video oyunu. Bu, "Capcom" şirkətinin içərisində "Marvel" personajları olan üçüncü faytinq oyunudur və "Marvel vs. Capcom" video oyun seriyasındakı 1-ci əsas epizoddur. Video oyunda "Marvel" nəşriyyatının İks-adamlar və "Capcom" şirkətinin "Street Fighter" seriyasının personajları var. Video oyun ilk dəfə 1996-cı ildə arkada oyunu kimi buraxılmışdır. Video oyun daha sonra 1997-ci ildə Sega Saturn, 1998-ci ildə isə PlayStation üçün satışa çıxarılmışdır.

"X-Men vs. Street Fighter" video oyununun geympleyi "Street Fighter" video oyun seriyasına çox oxşayır, ancaq cüt personaj seçimi və teq-tim əsaslı döyüş mexanikasına sahibdir. Hər bir oyunçu iki personaj seçir ki, təkbətək teq-tim komanda döyüşündə iştirak etsinlər və rəqib komandanı məğlub etsinlər. (Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Badge 50 years in the CPSU.png
SSRİ medallarıkommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir.

Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır.

HSCommons.svg
Günün seçilmiş şəkli
Ploceus velatus beak open.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Netflix
Datum23.svg
Tarixdə bu gün
23 aprel: II Çarlza tacqoyma mərasimi, ABŞ-da ilk ictimai məktəb
II Çarlz
  • 1635 — ABŞ-da ilk ictimai məktəb Bostonda açılmışdır.
  • 1660 — İsveç və Polşa arasında Oliva Müqaviləsi imzalanmışdır.
  • 1661 — İngiltərə, Şotlandiya və İrlandiya kralı II Çarlza Vestminster abbatlığında tacqoyma mərasimi keçirilmişdir.
  • 1920 — Türkiyə Böyük Millət Məclisi Ankarada qurulmuşdur.
  • 1927 — Uşaqlar gününü milli bayram kimi keçirən ilk ölkə Türkiyə olur.
  • 1935Polşada Konstitusiya qəbul edilmişdir.
  • 1984AİDS-ə səbəb olan virus müəyyənləşdirilmişdir.
  • Digər günlər: 22 aprel23 aprel24 aprel

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Paddy
    • Londonda keçirilən Nottinq Hil karnavalı (şəkildə) Braziliyada keçirilən Rio karnavalından sonra dünyada ən böyük küçə şənliyidir.
    • Poker oyunun masadakı istiqaməti saat istiqamətindədir.
    • @ işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı bir tacirin yazdığı bir məktubda rast gəlinmişdir.
    • Manqaka Sakae Esuno tərəfindən yazılmış Future Diary manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir.
    • 17 oktyabr 1814-cü ildə Londonda "Meux and Company" pivə zavoduna məxsus bir pivə sisternin partlaması nəticəsində ümumilikdə 1470 m³-dan çox pivə küçələrə dağılmış və bu hadisə tarixə London pivə seli adı ilə düşmüşdür.