Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
CMB Timeline300 no WMAP.jpg
Böyük partlayış — müşahidə edilə bilən kainatın məlum olan ən erkən dövrlərindən, sonrakı geniş miqyaslı təkamülünə qədər araşdıran kosmoloji model və nəzəriyyə. Nəzəriyyə kainatın çox yüksək sıxlıq və yüksək temperaturun təsiri ilə necə böyüdüyünü təsvir edir, işıq elementlərinin çoxluğu, radiasiya, genişmiqyaslı struktur, Habbl qanunu (qalaktikalar nə qədər uzaq olsa, Yerdən daha sürətli uzaqlaşırlar) və kosmik mikrodalğa arxa plan şüalanması (CMB - cosmic microwave background) daxil olmaqla geniş hadisələr üçün hərtərəfli izahat verir.

Müşahidə olunan şərtlər fizikanın məlum qanunlarından istifadə edərək vaxtında geri ekstrapolyasiya edilsə, proqnoz yüksək sıxlıq dövründən əvvəl Böyük partlayış ilə əlaqələndirilən heçlik və ya sinqulyarlıq olduğunu göstərir. Cari biliklər sinqulyarlığın primordial olduğunu müəyyən etmək üçün yetərsizdir.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Poster of play Devil.jpg
İblis — (azərb-ərəb: ابلیس), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.

Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Flickr - Saeima - 10.Saeimas deputāts Raimonds Vējonis.jpg
Latviya Prezidenti — (latış. Latvijas Valsts Prezidents‎) – Latviyanın ali dövlət vəzifəsi. Latviya Prezidenti dövlətin başçısı hesab olunur. Latviya Prezidenti, vəzifəyə Latviya Parlamentində (Seymi) baş tutan seçki yolu ilə təyin olunur. Latviya Seyminin 100 üzvü bir neçə mərhələdən ibarət olan seçki yolu ilə bir nəfəri dörd il müddətinə Latviya Prezidenti vəzifəsinə seçir. Latviya Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il iyulun 8-dən başlayır və dörd il sonra başa çatır.

2015-ci il iyulun 8-dən Latviya Prezidentinin səlahiyyətlərini Raymonds Veyonis icra edir. Onun səlahiyyət müddəti 2019-cu il iyulun 8-də başa çatır.

2019-cu ilin iyun ayında Latviya Seymində növbəti Prezident seçkilərinin baş tutması gözlənilir.

HSCommons.svg
Günün seçilmiş şəkli
Thin section scan crossed polarizers Siilinjärvi R636-105.90 edit.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Dominqo
Datum25.svg
Tarixdə bu gün
25 mart: Titanın aşkar edilməsi, Moskvada ilk tramvay
Xristian Hüygens
  • 1306 — Robert Brüs Şotlandiyanın Kralı olur.
  • 1655 — Saturnun ən böyük peyki, Titan, Xristian Hüygens tərəfindən aşkar edilir.
  • 1821 — Yunanıstan Osmanlı imperiyasından müstəqilliyini elan edir.
  • 1899 — Moskvada ilk tramvay işə düşüb.
  • 1918 — Belorus Xalq Cümhuriyyəti qurulmuşdur.
  • 1947 — İllinoysda şaxtada baş verən partlayışda 111 nəfər həyatını itirmişdir.
  • 2007 — Azərbaycan Vikipediyasında 1000-ci istifadəçi qeydiyyatdan keçdi.
  • Digər günlər: 24 mart25 mart26 mart

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Nərgiz Xəlilova