Angilya

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Anguilla

Angilya
gerbi
Gerbi
xəritədə yeri
Paytaxtı
və ən böyük şəhəri
Valli
Rəsmi dilləriİngilis
İdarəetmə formasıkonstitusiya monarxiyası, Britaniyanın ərazisi
• Kraliçə
II Elizabet
• Qubernator
Alister Harrison (aprel 2009-)
• Baş nazir
Hyubert Hyus (fevral 2010-)
Ərazisi
• Ümumi
102
Əhalisi
• 2013 təxmini
15 min (220)
• may 2011 siyahıya alma
13 542
• Sıxlıq
164/km2 (424.8/kv. mil)
ÜDM (AQP)2009 təxmini
• Ümumi
175 mln $ (220)
• Adam başına
12 200 $ (105)
ValyutasıŞərqi-Karib dolları (XCD)
Telefon kodu1-264
İnternet domeni.ai

Angilya, Anquilla (Anguilla)Böyük Britaniyanın Karib dənizində mülkü.

Ümumi məlumat[redaktə | əsas redaktə]

Kiçik Antil adaları arxipelaqının şimal qurtaracağında, Küləktutan adalar qrupunda yerləşən Angilya adasını (sah. 91 km²) və əhalisi olmayan kiçik adalar qrupunu (Skrab, Doq, Sombrero, Prikli-Pir-Keys, Sil və s.) əhatə edir. İnzibati mərkəzi Valli şəhəridir. Rəsmi dili ingilis dili, pul vahidi şərqi Karib dollarıdır. Əhəngdaşlardan təşkil olunmuş adalar mərcan rifləri ilə əhatələnmişdir. Angilya adasının xırda təpəlikli səthi nisbətən hamardır, ən yüksək nöqtəsi 65 m-dir (Krokus-Hill d.). İqlimi tropik passatdır. Havanın orta aylıq temperaturu 18 24 °C, illik yağıntının miqdarı 700–1200 mm-dir. Yağış suyundan içmək üçün istifadə olunur. Bitkisi seyrək, törəmə savanna tipli alçaq kolluqlardır. Sahil zonasında hindqozu palması və üzüm yetişdirilir. Çoxsaylı şor göllərdə 80 növdən çox su quşları var. İqtisadiyyatının əsasını (ÜDM-un 78%-i) xarici turistlərə xidmət sahəsi təşkil edir. Duz hasil olunur, balıq ovlanır, tərəvəz becərilir; qoyun, keçi, donuz saxlanılır. Dəmiryolları yoxdur. Avtomobil yollarının uzunluğu 105 km-dir. Dəniz portu (Blouinq-Poynt) və Vallidə kiçik beynəlxalq aeroport (Uollbleyk) var.[1]

İstinadlar[redaktə | əsas redaktə]

  1. "Angilya". Azərbaycan Milli Ensiklopediyası[25 cilddə]. I cild: A – Argelander (25 000 nüs.). Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi. 2009. səh. 497. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]