Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Deutsches Reich (1871-1918)-de.svg
Almaniyanın birləşdirilməsi (1871)1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması.

Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa-Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. Bu proses müxtəlif partiyaların təxminən bir əsr davam edən avtokratik eksperimentlər üzərindəki öz maraqları, Müqəddəs Roma imperiyasının süqutunu sürətləndirən Napoleon müharibələri və alman millətçiliyinin yüksəlişi ilə müşahidə edilirdi.

(Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Qızıl payız-69 loqosu.png
Qızıl payız-69 — 23–29 oktyabr 1969-cu il tarixlərində Bakının Əl oyunları sarayında estrada, muğamcaz janrları üzrə keçirilən musiqi həftəsi. Festival BK LKSM və Bakı Şəhər İcraiyyə Komitəsinin mədəniyyət şöbəsi tərəfindən keçirilmişdir.

1960-cı illərin sonları, 1970-ci illərin əvvəllərində Bakıda müxtəlif mahnı və rok müsabiqələri keçirilirdi. "Qızıl payız-69" keçirilən "Qızıl payız" festivallarının birincisi idi və özündən əvvəlki Bakı musiqi festivallarını özündə birləşdirirdi. Bu, həm tamaşaçı sayına, həm də ifaçıların peşəkarlıq səviyyəsinə görə özündən əvvəlkilərdən daha uğurlu hesab olunurdu. Belə ki, festivalda 400-dən artıq bədii özfəaliyyət dərnək üzvləri iştirak edirdi ki onların əksəriyyəti peşəkar musiqiçilər idi. Tamaşaçıların sayı on minlərlə idi.

Konsert həftəsinin proqramına Azərbaycanda həmin dövrün populyar musiqi janrları üzrə müsabiqələr daxil edilmişdi — estrada mahnısı, muğam və caz musiqi ifaçılarının müsabiqələri. Onlar uyğun olaraq "Estrada-69", "Muğam-69" və "Caz-69" adlanırdı və hər biri iki gün davam edirdi. Hər müsabiqə üzrə qaliblər təyin olunaraq onlara "festivalın laureatı" adı verilir və onlar birinci, ikinci və üçüncü dərəcəli diplomlarla təltif olunurdular.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Her Premiere NYFF 2013.jpg
O filminin qazandığı mükafatların siyahısı — rejissor və ssenarist Spayk Consun romantik dramelmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Filmin musiqisi Arcade Fire qrupunun üzvləri Uill BatlerOuen Pallett tərəfindən yazılıb. Filmin operatoru Hoyte van Hoytemadır. Film Spayk Consun ssenari müəllifi kimi debüt işidir.

Baş rollarında Xoakin Feniks, Skarlet Yohansson, Emi Adams, Runi MaraOliviya Uayldın çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir.

Filmin ilk nümayişi 12 oktyabr 2013-cü ildə Nyu-York Film Festivalında həyata keçirilib. Film 18 dekabr 2013-cü ildə “Warner Bros Pictures” tərəfindən Amerika Birləşmiş Ştatlarında məhdud nümayiş çərçivəsində, cəmi altı kinoteatrda nümayiş olunub. 10 yanvar 2014-cü ildə isə film geniş kütləyə təqdim edilmiş və ölkə ərazisində 17 həftə ərzində nümayiş olunmuşdur. İstehsal büdcəsi 23 milyon dollardan bir qədər çox olan film, dünya miqyasında $47,4 milyon dollar gəlir gətirib.

(Davamı...)

HSCommons.svg
Günün seçilmiş şəkli
Ebrach Kirche rose window Orgel P4252411efs.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Parazitlər filminin qala gecəsi
Datum21.svg
Tarixdə bu gün
21 fevral: Malkolm İksin öldürülməsi, İlk telefon kitabçasının buraxılışı
Malkolm X
  • 1440 — Prussiya Konfederasiyası formalaşmışdır.
  • 1848Londonda Karl MarksFridrix Engelsin birgə yazdığı "Kommunist Partiyasının Manifesti" əsəri çapdan çıxmışdır.
  • 1878Konnektikutda ilk telefon kitabçası buraxılmışdır.
  • 1916Birinci dünya müharibəsi zamanı Fransanın Verden şəhəri ətrafında müharibənin ən böyük döyüşlərindən biri başlamışdır.
  • 1965 — Amerikalı hüquq müdafiəçisi Malkolm İks Nyu-Yorkda sui-qəsd nəticəsində öldürülmüşdür.
  • 1992Azərbaycan FransaPolşa ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1995Estoniyada dil haqqında qanun qəbul olunmuşdur.
  • Digər günlər: 20 fevral21 fevral22 fevral

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Parni