Ana Səhifə

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Martin-Luther-King-1964-leaning-on-a-lectern.jpg
Martin Lüter Kinq — 1955-ci ildən 1968-ci ildə baş vermiş qətlinə qədərki dövrdə afroamerikan insan haqları hərəkatının ən üzdə olan liderlərindən biri, dini rəhbər və aktivist. Corciya ştatının Atlanta şəhərində anadan olmuşdur. Xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınır.

Kinq 1955-ci ildə həyata keçirilmiş Montqomeri avtobus boykotunu təşkil etmiş və 1957-ci ildə Cənub Xristianları Liderlik Konfransının ilk prezidenti olmuşdur. Bu təşkilat ilə 1962-ci ildə Corciyanın Albani şəhərində irqi ayrı seçkiliyə qarşı uğursuz mübarizə təşkil etmişdir. 1963-cü il dinc Birminqem etirazlarının təşkilinə kömək etmişdir. 1963-cü il Vaşinqtona yürüşün təşkilatçılarından biri olmuş və orada özünün məşhur "Mənim bir arzum var" nitqini demişdir.

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Mayoralty of Baku main façade, 2015.jpg
Bakı Şəhər İcra Hakimiyyətinin binasıBakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binadır. Bina 1900-1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir.

Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.

1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Sovetinə təqdim edildi.

(Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
2015 UEFA Super Cup 54.jpg
UEFA Superkuboku oyunlarının siyahısı1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.

Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb.

Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.

HSCommons.svg
Günün seçilmiş şəkli
Dülmen, St.-Viktor-Kirche, Innenansicht, Altar -- 2018 -- 0552-6.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Qasım Süleymani


Datum06.svg
Tarixdə bu gün
Vyanada "Musikverei" konsert zalı
  • 1810 — İstanbul sülh sazişi imzalandı. Sazişə əsasən Osmanlı dövləti Krımı Rusiya imperiyasına verdi.
  • 1810Samuel Morze teleqrafı kəşf etdi.
  • 1870Vyanada məşhur konsert zalı "Musikverei"nin təntənəli açılışı oldu.
  • 1907 — İtaliyalı pedaqoq Mariya Montessori Romada orta təbəqəli ailələrin uşaqları üçün özünün ilk məktəbini və uşaq bağçasını açdı.
  • 1912Nyu-Meksiko ABŞ-ın 47-ci ştatı oldu.
  • 1930İosif Stalinin fərmanı ilə SSRİ-də fərdi təsərrüfat sistemi ləğv edildi, eyni zamanda "Yeni İqtisadi Siyasət" dövrünün sona çatdığı elan olundu.
  • 1992Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı hesabına qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaradıldığı elan edildi.
  • Digər günlər: 5 yanvar6 yanvar7 yanvar

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Bəbir