Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
HSUtvald.svg
Həftənin seçilmiş məqaləsi
Hörümçək adam 3 (film, 2007).jpg
Hörümçək-adam 32007-ci ildə Sem Reyminin rejissorluğu ilə çəkilmiş, “Marvel Comics”in uydurma personajı olan Hörümçək-adamın mənşə hekayəsindən bəhs edən ABŞ superqəhrəman filmi. Film Sem Reymi, onun böyük qardaşı Ayvan Reymi və Alvin Sarcentin yazdığı ssenari əsasında Sem Reymi tərəfindən ekranlaşdırılmışdır. Film Sem Reyminin “Hörümçək-adam” trilogiyasının üçüncü və sonuncu istehsalıdır.

Filmdə Tobi Maquayr Piter Parker obrazında, onunla yanaşı Kirsten Danst, Ceyms Franko, Tomas Heyden Çörç, Tofer Qreys, Brays Dallas Hovard, Ceyms Kromvell, Rozmari Harris, C. K. Simmons çıxış ediblər. “Hörümçək-adam 2” filminin davamı olan üçüncü filmdə Piter Parker öz şəxsi həyatını kollec tələbəsi və fotoqraf olmaqla yanaşı, maskalı superqəhrəman kimi idarə etməyə müvəffəq olmuşdur.

Hörümçək-adam Meri Ceyn Uatsonla başlayan romantik münasibətini gücləndirməklə bərabər, öz qaranlığını üzə çıxarmış, super güc qabiliyyətini artırmış, xarakterinin daha çox əsəbi tərəfində olan müəmmalı yerdənkənar qara hörümçək-adama çevrilir. (Davamı...)

HS VdQ.svg
Həftənin yaxşı məqaləsi
Nofretete Neues Museum.jpg
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.

Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hal-hazırda II Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. (Davamı...)

HS Liste.svg
Həftənin seçilmiş siyahısı
Charlie Chaplin.jpg
Çarli Çaplinin filmoqrafiyasıİngilis aktyoru, komiki və rejissoru Çarli Çaplinin (18891977) çəkdiyi filmlər üzərində işlədiyi dövr 1914-1967-ci illəri əhatə edir. O, kinoda çalışdığı ilk illər ərzində ifa etdiyi avara obrazı ilə bütün dünyada tamaşaçılar tərəfindən bütləşdirilərək şöhrət qazandı. 1910-cu və 1920-ci illərdə onu planetin ən tanınmış siması hesab edirdilər.

Çaplin Londonda anadan olmuş və doqquz yaşından etibarən səhnəyə çıxmışdır. 1913-cü ildə Fred Karnonun komediya qrupu ilə ABŞ qastrolunda olarkən, Çaplin Mak Sennetin Keystone film company studiyası ilə müqavilə bağlayır. (Davamı...)

HSCommons.svg
Günün seçilmiş şəkli
Desenka meadow 2016 G1.jpg
PL Wiki Aktualnosci ikona.svg
Xəbərlər
Əli Əsədov.JPG
Datum11.svg
Tarixdə bu gün
11 oktyabr: Tomas Edison səsləri avtomatik sayan maşına patent almışdır (1887), Qədim Romada Meditrinaliya — yeni üzüm məhsulunun yığımı bayramı.
Tomas Edison
  • 1783Rusiya Elmlər Akademiyası təsis edildi.
  • 1931SSRİ-də fərdi ticarət tam ləğv edildi.
  • 1961Semipalatinsk poliqonunda dünyada ilk dəfə yeraltı nüvə sınağı keçirildi.
  • 1974Yuqoslaviyada etnik təmizləmənin yeni mərhələsi başladı.
  • 1992Eduard Şevardnadze Gürcüstan parlamentinin rəhbəri seçildi.
  • 1997Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu.
  • 1999 — Azərbaycan-Ermənistan sərhəddinin Sədərək rayonu ərazisində prezidentlər Heydər ƏliyevRobert Koçaryan arasında görüş keçirildi.
  • 2007Tiflisdə Cənubi Qafqaz jurnalistlərinin 4-cü toplantısı keçirildi.
  • Digər günlər: 10 oktyabr11 oktyabr12 oktyabr

    PL Wiki CzyWiesz ikona.svg
    Bilirsinizmi...
    Vikipediya məqalələrindən
    Energia buran.jpg