Bill Klinton

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Bill Klinton
William Jefferson Clinton
Bill Clinton.jpg
bayraqAmerika Birləşmiş Ştatlarının 42-ci prezidentibayraq
20 yanvar 1993 — 20 yanvar 2001
Vitse-prezident Albert Qor
Sələfi Corc Herbert Uoker Buş
Xələfi Corc Uoker Buş

Partiya Demokratlar partiyası
Təhsili 1) Corctaun Universiteti
2) Oksford Universitet Kolleci
3) Yel Hüquq Məktəbi
İxtisası Hüquqşünas
Doğum tarixi 19 avqust 1946 (1946-08-19) (72 yaş)
Doğum yeri Houp, Arkanzas, ABŞ
Atası Uilliam Ceferson Blayt (doğma)
Rocer Klinton (ögəy)
Anası Virciniya Dell Kessidi
Həyat yoldaşı Hillari Klinton
Uşaqları qızı: Çelsi Klinton

İmza
ClintonLibrary.Gov
Commons-logo.svg Vikianbarda əlaqəli mediafayllar

Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; d. 19 avqust 1946, Houp, Arkanzas, ABŞ) - Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993-2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir.

1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi. Lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi.

Həyatı[redaktə | əsas redaktə]

Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.Doğumundan 3 ay sonra atası nəqliyyat qəzasında ölüb.4 yaşında olarkən anası Billin ögey atası Rocer Klinton ilə evlənir.Uillam Ceferson öz istəyi ilə ögey atasının soyadını qəbul edir. 1968-ci ildə Corctaun Universitetindən məzun olduqdan sonra Oksford universitetində təhsilini davam etdirib.1973-cü ildə Yale universitetinin hüquq dipmlomunu aldıqdan sonra siyasətə atılıb.İlk dəfə seçimlərə Arkanzasda girdi və uğursuz oldu.Bir il sonra Hillari Rodham ilə evləndi və Çelsi adlı qızları oldu. 1992-ci ildə prezidentlik müddəti bitmək üzrə olan Corc.H.U.Buşu məğlub edərək ABŞın 42-ci prezidenti oldu.

Sağlıq problemləri[redaktə | əsas redaktə]

2004 sentyabrında bypass əməliyyatı keçirdi.2005-ci ildə ağciyər əməliyyatına girdi.2010 da sinə ağrılarından şikayətlənərək gettiyi Kolumbiya Hospitalda qəlbinə 2 ədəd stend yerləşdirildi.Daha sonra isə həkimlərinin məsləhətlərinə qulaq asaraq vegetariyan olaraq qidalanmağa başladı

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

Vikianbarda Bill Klinton ilə əlaqəli mediafayllar var.

Həmçinin bax[redaktə | əsas redaktə]