Məxfilik və Təhlükəsizliklə bağlı cavablar

Biz şəxsi məlumatlarınızı məxfi və təhlükəsiz saxlayırıq və sizin nəzarətinizə buraxırıq.

Xidmətlərimizdən istifadə etdiyiniz zaman, məlumatlarınızı bizə etibar edirsiniz. Bununla nə etdiyimizi Sizə bildirmək istəyirik:

Məlumatlar Axtarış, Gmail və Xəritələr kimi xidmətlərimizi göstərmək imkanı verir.

Məlumatlar da həmçinin münasib reklamları göstərməyimizə yardım edir, belə ki, xidmətlərimizi hər kəs üçün ödənişsiz edə bilərik.

Bilin ki, biz şəxsi məlumatları satmırıq.

Hansı məlumatları topladığımıza və istifadə etdiyimizə Siz qərar verirsiniz.

Nəhayət, heç kəs Sizi və məlumatlarınızı belə güvənli şəkildə saxlaya bilməz.

Google hansı məlumatları toplayır?

Topladığımız məlumatların əsas növləri əsas hesab təfərrüatlarınız və yaratdığınız şeylər kimi xidmətlərimizdən istifadə edərkən həyata keçirdiyiniz fəaliyyətlərə əsaslanır.

Xidmətlərimizdən istifadə etdiyiniz zaman – məsələn, Google'da axtarış edəndə, Google Xəritələrdə istiqamətlər əldə edəndə və ya YouTube-da videoya baxanda biz xidmətlərimizin Sizi daha yaxşı təmin etməsinə kömək edən məlumat toplayırıq. Siz Google Hesabında qeydiyyatdan keçəndə, biz sizin bizə verdiyiniz əsas məlumatları, məsələn, adınız, e-poçtunuz və parolunuzu saxlayırıq. Xidmətlərimizdən istifadə etməklə yaratdığınızı saxlayır və qoruyuruq, ona görə də sizə nə vaxt lazım olsa, e-poçt, foto, video və sənədlərinizdən istifadə edə biləcəksiniz.

Sizə topladığımız və istifadə etdiyimiz məlumat növlərinə nəzarət etmək üçün alətlər təqdim edirik.

Google'un topladığı məlumatlar haqqında ətraflı məlumat alın


Google topladığı məlumatlarla nə edir?

İlk olaraq və hər şeydən əvvəl xidmətlərimizi daha sürətli, daha ağıllı və sizin üçün daha faydalı etmək, məsələn daha yaxşı axtarış nəticələri və vaxtı-vaxtında trafik yeniləmələrini təqdim etmək məqsədilə məlumatlardan istifadə edirik. Məlumatlar həm də bizə Sizi ziyankar proqram, fişinq və digər şübhəli fəaliyyətlərdən qorumaq üçün nümunələri təhlil etməyə kömək edir. Məsələn, təhlükəli veb-saytlara daxil olmağa cəhd etdiyiniz zaman sizə xəbərdarlıq edirik. Biz həm də sizə uyğun və faydalı reklamları göstərmək və xidmətlərimizi hər kəsin pulsuz şəkildə ixtiyarında saxlamaq məqsədilə məlumatlardan istifadə edirik.

Google'un məlumatlardan necə istifadə etməsi haqqında ətraflı məlumat alın


Google şəxsi məlumatlarımı satır?

Xeyr. Biz şəxsi məlumatlarınızı satmırıq.

Sizə göstərdiyimiz reklamları daha uyğun və yararlı etmək üçün axtarışlarınız və məkanınız kimi bəzi məlumatlardan istifadə edirik. Reklamlar bizə Axtarış, Gmail və Xəritələr kimi xidmətlərimizi hər kəsin pulsuz şəkildə ixtiyarına vermək imkanını yaradır. Bizə icazə verməyənə qədər, biz məlumatları Sizi şəxsən tanıyan şəkildə reklam şirkətləri ilə paylaşmırıq. Reklamlar Ayarları alətimiz ilə, maraqlarınıza və etdiyiniz axtarışlara əsaslanan reklamları idarə edə bilərsiniz.

Google'un reklamları necə göstərməsi haqqında ətraflı məlumat alın


Google təcrübəmə nəzarət etmək üçün hansı alətlərim var?

Bizdə Google'un sizin üçün görə bildiyi işlərə nəzarət etməyinizə kömək etmək üçün istifadəsi asan olan alətlər vardır.

Hesabımda məxfiliyinizi və məlumatınızı bir yerdən idarə etmək üçün alətlər tapa bilərsiniz.

Fəaliyyət İdarəetmə Alətlərində Axtarış, YouTube və yer təyinetmə fəaliyyətiniz daxil olmaqla, Bizim topladığımız məlumat növlərini idarə edə bilərsiniz.

Reklam Ayarları alətimiz ilə maraqlarınıza və etdiyiniz axtarışlara əsasən reklamları idarə edə bilərsiniz.

Alətlər və parametrlərimiz haqqında ətraflı öyrənin


Google məlumatlarımı necə təhlükəsiz saxlayır?

Məlumatınız təhlükəsiz deyilsə, o məxfi də olmur. Buna görə də, Google xidmətlərindən istifadə etdiyiniz zaman Siz dünyanın ən təkmil təhlükəsizlik infrastrukturlarından biri ilə qorunursunuz.

1 milyarddan çox insanı qoruyan Təhlükəsiz Baxış texnologiyası Siz ziyankar proqram və ya fişinq cəhdini ehtiva edə bilən sayta daxil olmağa cəhd etdiyiniz zaman sizə xəbərdarlıq edir.

Şifrələmə cihazınız və Google arasında olanda məlumatınızın daha təhlükəsiz olmasını təmin edir.

Gmail təhlükəsizliyi hər hansı digər e-poçt xidməti ilə müqayisədə Sizi spam, fişinq və ziyankar proqramlardan daha yaxşı qoruyur.

Sizi onlayn təhlükəsiz saxlamağımızla bağlı ətraflı öyrənin


Onlayn təhlükəsiz qalmaq üçün nə edə bilərəm?

Bizim məhsullarımız təkmil onlayn təhlükəsizliklə qurulub. Məlumatlarınızı təhlükəsiz saxlamaq üçün üç sadə, lakin vacib olan amillər bunlardır.

Google Hesabınızı təhlükəsiz saxlamağa kömək etmək üçün müntəzəm olaraq Təhlükəsizlik Yoxlanışı aparın. Bu, sadəcə bir neçə dəqiqə vaxt aparır.

Güclü parol yaradın və ondan Google Hesabınızdan başqa nəisə üçün istifadə etməyin.

Hesabınıza mobil bərpa telefon nömrəsi əlavə edin ki, əgər bloklansanız, yaxud başqa birisinin hesabınıza daxil olmağa cəhd etdiyini düşünsək eyniliyinizi təsdiqləyə bilək.

Onlayn təhlükəsiz qalmaq üçün nə edə bilməyinizlə bağlı ətraflı məlumat alın

Məxfilik və təhlükəsizlik ayarlarımı idarə etmək üçün hara keçə bilərəm

Məxfilik və təhlükəsizliyinizi idarə etmək üçün alətlər tapmaq məqsədilə Mənim Hesabım bölməsinə keçin.

Hesabıma keçin