Ana səhifə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keçin Axtarışa keçin
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Müqəddəs Georgi kafedralı — ətrafındakı Müqəddəs Böyük Bazili ordeninin tikililəri ilə birlikdə Ukrayna yunan-katolik kilsəsinin (UYKK) Qalisiya mitropoliyasının tabeliyində olan binadır; barokko-rokoko üslubunda inşa edilmiş (inşası 1744–1762-ci illərdə həyata keçirilmişdir) və ifadəli milli bəzək elementləri ilə bəzədilmiş monumental memarlıq ansamblı yerli yunan katoliklərin əsas ziyarətgah yeri hesab edilir.

Kafedral kilsə Müqəddəs Georgi dağının ən yüksək nöqtəsində yerləşir. Kilsənin yaxınlığında eyniadlı meydan yerləşir. Bundan başqa kafedral dəniz səviyyəsindən təxminən 321 metr yuxarıda yerləşir.

1998-ci ildə Lvovun tarixi mərkəzinin ansamblı ilə birlikdə, Müqəddəs Georgi kafedralı UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Kafedral kilsə geniş kompleksin tərkib hissəsidir; barokko üslubunda inşa olunmuş kafedraldan başqa, burada həmçinin rokoko üslublu füsünkar zəng qülləsi (tikintisi 1341-ci ildə başlamışdır), klassisizm üslublu və iki portikli Mitropolit palataları (1761–1762), Kapitul evi, teraslaşdırılmış pilləkən sırası, kafedral həyətindəki iki triumfal giriş qapısı (1771) və bəzəkli hasarlar, eləcə də Kapitul evinin ətrafındakı divarlarhökmdar bağı (1772) yerləşir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Fleş (II mövsüm)ABŞ superqəhrəman teleserialı olan "Fleş"in ikinci mövsümünün premyerası 6 oktyabr 2015-ci ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 24 may 2016-ci ildə yayımlanmışdır.

Birinci mövsümdə Sentral-sitinin xilas edilməsindən sonra Barri, paralal kainatdan gələn Zum adlı yeni təhlükə ilə üzləşir. Zum, sürət gücü ilə əlaqəsi olan hər kəsi məhv etməyə çalışır. "Fleş" serialı Ox Kainatına daxil olduğuna görə, onun hadisələri bu kainata daxil olan digər serialların hadisələri ilə birbaşa əlaqəlidir. İkinci mövsümün istehsalı ilə "Berlanti Productions", Warner Bros. Television və DC Entertainment məşğul olmuş, Endryu Kraysberq, Qabriel Stenton, Aaron və Todd Helbinqlər isə şouranner kimi layihədə iştirak etmişlər.

İkinci mövsüm 2015-ci ilin yanvarında sifariş edilmiş və həmin ilin iyulundan növbəti ilin aprelinə kimi Vankuverdə çəkilmişdir. Əsas rolu canlandıran Qrant Qastinlə yanaşı, Kendis Petton, Daniella Panabaker, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin öz rollarına qayıtmışlar. (Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Fullmetal Alchemist fəsillərinin siyahısıyapon manqaka Hiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır.

Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir.

Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli