Eldəniz Zeynalov

Vikipediya, azad ensiklopediya
Jump to navigation Jump to search
Eldəniz Zeynalov
Eldəniz Zeynalov.jpg
Doğum tarixi 1 yanvar 1937(1937-01-01)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 noyabr 2001(2001-11-05) (64 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Peşəsi Aktyor
Təhsili
Fəaliyyət illəri 1963–2001
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2000 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1974
IMDb ID 0954367

Eldəniz Məmməd oğlu Zeynalov (1 yanvar 1937(1937-01-01), Bakı5 noyabr 2001(2001-11-05), Bakı) — görkəmli Azərbaycan aktyoru[1], Azərbaycan Respublikasının xalq artisti (2000).

Həyatı[redaktə | əsas redaktə]

Eldəniz Zeynalov 1 yanvar 1937-ci ildə anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatı (1999), əməkdar artist (1974), xalq artisti Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib, Yasamal qəbiristanlığında dəfn edilmişdir.

Aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır.

Xatirəsi[redaktə | əsas redaktə]

2017-ci ilin oktyabrında Mərdəkan Mədəniyyət Sarayında Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.[2]

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. 100 (film, 1985)(qısametrajlı bədii film-Mozalan № 100)
  2. 777 №-li iş (film, 1992)(tammetrajlı bədii film)
  3. 777 №-li sexdə (film, 1979)(qısametrajlı bədii süjet-Mozalan № 47)
  4. Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
  5. Babamızın babasının babası (film, 1981)
  6. Bağ mövsümü (film, 1985)
  7. Bəyin oğurlanması (film, 1985)
  8. Bir cənub şəhərində (film, 1969)
  9. Bir Eldənizimiz yoxdur (film, 2002)
  10. Bizim Cəbiş müəllim (film, 1969)
  11. Dörd bazar günü (film, 1975)
  12. Əhməd haradadır? (film, 1963)
  13. Əzablı yollar (film, 1982)
  14. Fədailər (film, 1986)
  15. Foto "Fantaziya" (film, 1970)
  16. Gözlə məni (film, 1980)
  17. Hər şey yaxşılığa doğru (film, 1997)
  18. Həyat bizi sınayır (film, 1972)
  19. Hörmətli alim yoldaşlar (film, 1971)
  20. İcazə (film, 1972)
  21. "İmportnı" yaxud zırrama (film, 1972)
  22. İyirmialtılar (film, 1966)
  23. Kontor (film, 1978)
  24. Qızıl uçurum (film, 1980)
  25. Qonşu qonşu olsa... (film, 1989)
  26. Mən mahnı qoşuram (film, 1979)
  27. Metamarfoza (film, 1983)
  28. Musiqili xaş (film, 1984)
  29. "Müstəntiq və məntiq" (film, 1971)
  30. Nakəs (film, 1991)
  31. Nə haqla? (film, 1983)
  32. Nigarançılıq (film, 1998)
  33. O qızı tapın (film, 1970)
  34. Ömrün səhifələri (film, 1974)
  35. Sehrli çıraq (film, 1987)
  36. Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
  37. Şəbih (film, 1971)
  38. Telefon macəraları (film, 1990)
  39. Uğurlu təyinat (film, 1984)
  40. Vulkana doğru (film, 1977)
  41. Yaramaz (film, 1988)
  42. Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
  43. Yeddi oğul istərəm... (film, 1970)
  44. Yeganə çıxış yolu (film, 1980)
  45. Yenilik (film, 1986)
  46. Yerlə göy arasında (film, 1999)
  47. Yol əhvalatı (film, 1980)
  48. Yorulmamışam. Rövşən Behcət (film, 2007)
  49. "Yüz vədə bir borcu ödəməz" (film, 1971)

İstinadlar[redaktə | əsas redaktə]

  1. İsaq, İ. Dünyadan dəhşətli ağrılarla köçən Eldəniz Zeynalov – İradə İsaq yazır //Həftə içi.- 2015.- 6 yanvar.- S.6.
  2. Muz TV (31.10.2017). "Eldəniz Zeynalovun 80 illik yubileyi keçirildi" (azərb.). Youtube.com. İstifadə tarixi: 2017-10-31.

Xarici keçidlər[redaktə | əsas redaktə]