Homerin fobiyası — "Simpsonlar" cizgi serialının səkkizinci mövsümünün on beşinci seriyasıdır və ilk dəfə 16 fevral1997-ci ildə, ABŞ-ın Fox televiziya kanalında yayımlanmışdır. Bu seriyada Homer, ailənin yeni dostu olan Conun gey olduğunu öyrənir və bundan sonra ondan uzaqlaşmağa başlayır. Conun, oğlu Barta mənfi təsir göstərəcəyindən qorxuya düşən Homer, Bartın heteroseksuallığını zəmanətə almaq məqsədilə onu ova aparmağa qərar verir.
Seriyanın rejissoru Mayk Anderson, ssenari müəllifi isə Ron Hoc olub. "Homerin fobiyası" Hocun ssenari müəllifi olduğu ilk "Simpsonlar" seriyasıdır. "Homo Bart", seriyanın icraçı prodüserləri Bill Oukli və Coş Vaynşteynin, Lizanın "ədalı şeylərin sevincini kəşf etməsi" mövzusunu əhatə edən seriya çəkməyi planlaşdırarkən, Corc Meyer tərəfindən bir seriyaya başlanğıc ideyası kimi verilib.
Oukli və Vaynşteyn bu iki fikri birləşdirib və nəticədə "Homerin fobiyası" ərsəyə gəlib. Fox əvvəlcə mövzusunun mübahisəli olmağına görə seriyanı nümayiş etdirməyi məqsədəuyğun saymayıb və senzuradan keçirib, ancaq Fox kanalına daxil olan çoxsaylı müraciətlərdən sonra kanal verdiyi qərarı dəyişməli olub.
Ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.
Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu.
XIV əsr səyyahı Marko Polo bu bölgədə neftdən xəstəliklərin müalicəsi üçün istifadə edilməsi və yaxın ölkələrə neftin daşınması barədə yazmışdır. 1594-cü ildə Balaxanıdakı neft quyularının birində aşkar edilmiş daş üzərindəki yazıda 35 metr dərinliyində quyunun usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir.
Ginnesin Rekordlar Kitabına əsasən, yüksəklikdən paraşütsüz sərbəst düşmə zamanı sağ qalmış şəxslər arasında dünya rekordu serbstüardessa, Vesna Vuloviçə (şəkildə) məxsusdur. McDonnell Douglas DC-9-32 təyyarəsi 10.160 metr hündürlükdə partlamışdır. Vesna Vuloviç hadisə məqamını nəinki yaşamış, həmçinin qalıqların yerə düşməsi zamanı 28 sərnişin və ekipaj üzvləri arasında yeganə sağ qalmış şəxs olmuşdur.
Əl-Qaidənin başçıları arasında yer alan və təşkilatın yaradılmasından 2 may2011-ci ildə ölümünə qədər yaradıcısı olduğu Üsamə bin Laden bir dövr gizli şəkildə müxtəlif quruluşlardan yaradılan Abbottabad kompleksində yaşamışdır.
XVIII əsrdə meydana gələn Nazirlər kabinetindən ibarət olan hakimiyyətin başçısı "Baş nazir" (bəzən "Birinci nazir") adlanırdı; bu günə qədər də Baş nazir həmişə nazirliklərdən birinin yerini tutmuşdur (adətən xəzinənin birinci lordu).
Müasir tarixçilər adətən hesab edirlər ki, ilk baş nazir 1721-ci ildən 1742-ci ilə qədər iyirmi il müddətində Böyük Britaniya hakimiyyətinin başında durmuş ser Robert Uolpol olmuşdur. Marqaret Tetçer Böyük Britaniyanın baş naziri vəzifəsini tutmuş ilk qadın olmuşdur. Öz vəzifəsində ölən son baş nazirlər Henri Con Templ və vikon Palmersto olmuşdur (1865-ci il). Yeganə qətlə yetirilmiş baş nazir Spenser Persival olmuşdur (1812-ci ildə).
Baş nazir ənənəvi olaraq LondondakıDauninq-strit, 10 ünvanındakı — Böyük Britaniya kralı II Georq tərəfindən ilk baş nazir Robert Uolpola şəxsən hədiyyə edilmiş evdə yaşayır. Uolpol ona hədiyyə edilmiş evdən şəxsi evi kimi deyil, 1735-ci ildən Birinci lorların rəsmi iqamətgahı kimi məskunlaşdırdı. Birinci lordların əksəriyyəti Dauninq strit, 10 evində yaşasa da, onların bir qismi öz şəxsi evlərində yaşamışdılar.