Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Hazırda Azərbaycan dilində 137.702 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

«Касымушагы».jpg
Qasımuşağı xalçalarıAzərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu xalça.

Qarabağ tipinin Cəbrayıl qrupuna aid edilən "Qasımuşağı xalçaları" Zəngəzur mahalının Hacısamlı nahiyəsinin (indiki Laçın rayonunun) inzibati ərazi vahidində yerləşən Qasımuşağı obasının (Laçın rayonunun mərkəzindən 50-60 km şimalda), eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. XVIII əsrdə Hacısamlı nahiyyəsi də daxil olmaqla bütün Zəngəzur mahalında heyvandarlığın bir qolu olan qoyunçuluq yaxşı inkişaf etdiyindən qoyunun digər məmulatları ilə yanaşı yun və dərisindən bir çox işlərdə geniş surətdə istifadə edilirdi. Hacısamlı nahiyəsində yun toxuculuğun ən qiymətli mənbəyi olduğundan yunun istehsalına xüsusi diqqət yetirilərdi. Burada xalça, palaz, gəbə, kilim, xurcun, çuval, keçə, şəddə, yun corab, şal və s. əşyalar evdə, sadə əl alətləri ilə toxunurdu. Toxuculuq zamanı istifadə edilən alətlər dəmir və taxta olmasından asılı olmayaraq yerli əhali tərəfindən hazırlanırdı.

XIX əsrin ortalarından başlayaraq Şərq xalqlarının incəsənət mədəniyyətinə artmış maraqlar nəticəsində avropalı sənətşünaslar Azərbaycanla maraqlanmağa başladılar. Onlardan bir çoxu Qasımuşağı obasının xəritədə olmadığını dəfələrlə qeyd edirdilər. Ən yaxın keçmişdə, sovet dönəmində Qasımuşağı obası Kürdhacı kənd sovetliyi adlandırılsa da, xəritədə bunu tapmaq mümkün deyildi. Buna səbəb isə kənd sovetliklərinin (indiki inzibati ərazi dairələrinin) heç bir xəritədə qeyd edilməməsi olmuşdur. (Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Hazarlar.jpg
Xəzər xaqanlığı — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti. Xəzər sözü, kaz kökündən yaranmışdır. "Ka-zar", yəni sərbəst olan, bir yerlə bağlı olmayan mənasına gəlir. Naməlum müəllif tərəfindən Qəznəvi hökmdarı Sultan Məhəmmədə həsr olunan Hüdud əl-aləm əsərinə görə Xəzər hökmdarları Ansa sülaləsindəndir və bu sülalə öz növbəsində Mərkəzi Asiyadan gəlmədir. Bəzi müəlliflər belə ehtimal edirlər ki, xəzərlər Böyük Hun imperiyasının qəbilələri arasında da olublar. 586-cı ildən sonrakı Bizans mənbələrində xəzərlərə "Türklər" deyə müraciət edilir. Türklərin İslamdan əvvəl Tanrıçılıq dinində olmasına baxmayaraq, 740-cı illərdə xəzərlərin əksəriyyəti yəhudiliyi qəbul etmişdilər. Habelə, Xəzər xaqanlığında paqanizm də geniş şəkildə yayılmışdı.

Xəzərlərin paytaxtı 723-cü ilə kimi Səməndər, sonra isə İdil şəhəri olmuşdu. Şəhər Volqa çayının keçmiş adı ilə adlandırılmışdır. X əsrlərdə oturaq əhali əkinçilik, maldarlıq, bağçılıq və bostançılıqla məşğul idi. Xəzərlərdə ovçuluq geniş yayılmışdı, onlar balıqçılıqla da məşğul olmuşdular. Şəhərlərdə sənətkarlıq inkişaf etmişdi.

Xəzərlərin sərhədlərindəki xalqlar və dövlətlər ilə sıx əlaqələri olmuşdur. Xəzərlər Göytürk xaqanlığının tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Xəzərlər Bizans, Sasani, Ərəb imperiyaları ilə sıx əlaqələr qurmuşlar, slavyan qəbilələrini və İdil-bulqarlarını öz hakimiyyətləri altına almışlar.

(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Naurunun bayrağı
  • Heyvan hüquqları müdafiəçiləri əlverişsiz şəraitdə saxlanıldığına görə Arturo adlı ağ ayını dünyanın ən gəmgin heyvanı adlandırmışdılar.
  • 1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
  • Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
  • Qlazqonun müasir adı Kyumbrik dilində "yaşıl yarğan" (glascau sözlərinin birləşməsindən) mənasını daşıdığını güman edilir.
  • Beynəlxalq səhnəyə yenicə çıxmağa başlayan Nigeriya kino sənayesi Nollivud adı ilə tanınır.
  • 2016-cı ildə İspaniya dünyanın ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkəsi seçilmişdir.
  • 1996-cı ildə Bülənt Üstün tərəfindən yaradılmış komiks personajı Yaramaz pişik Şərafəddin "Ekşi Sözlük" kimi məşhur saytlarda tez-tez Qarfild və Hitkliff kimi uydurma pişiklərlə müqayisə olunmuşdur.

HSCommons.svg Günün seçilmiş şəkli

Strokkur, Área geotérmica de Geysir, Suðurland, Islandia, 2014-08-16, DD 086.JPG
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Orxan Camal


Son ölümlər: Kofi Annan, Vidiadxar Suracprasad Naypol, Anar Nağılbaz, Həsənağa Sadıqov, Orxan Camal, Xəyyam Mirzəzadə

HSDagensdatum.svg Tarixdə bu gün — 22 avqust

22 avqust: İngiltərədə vətəndaş müharibəsi, Amerikada ilk yəhudi
Xose de la Mar
  • 1138 — Şotlandiya və İngiltərə arasında Standard müharibəsi baş vermişdir.
  • 1642 — İngiltərə vətəndaş müharibəsi başlamışdır.
  • 1654 — Ceykob Barsimson Nyu-Amsterdama (Nyu-York) gəlmişdir. O Amerikaya səfər edən ilk yəhudidir.
  • 1827 — Xose de la Mar Peru prezidenti olur.
  • 1848 — ABŞ Nyu-Meksiko torpaqlarını öz ərazisinə qatır.
  • 1864 — 12 dövlət ilk Cenevrə konvensiyasına imza atmışlar.
  • 1902 — Cadillac avtomobil şirkətinin əsası qoyulmuşdur.
  • Digər günlər: 21 avqust22 avqust23 avqust

    HS Liste.svg Həftənin seçilmiş siyahısı

    SBSP logo.png
    Süngər Bob Kvadrat Şalvar cizgi serialının seriyalarının siyahısıNickelodeon üçün dəniz bioloqu və animator Stiven Hillenburq tərəfindən hazırlanmış amerikan cizgi serialıdır. Birinci çıxışı 1 may 1999-cu ildə olan serialın indiyə qədər 188 seriyası yayımlanıb; onun doqquzuncu sezonunun premyeri 21 iyul 2012-ci ildə olub. Seriyalar uydurma sualtı şəhər Bikini Bottomda baş verir və hadisələrin mərkəzində Süngər Bob Kvadrat Şalvarın (Tom Kenni) macəraları və səyləri durur.

    Süngər Bob Kvadrat Şalvar başqa personajları narahat edən həddindən artıq optimist dəniz süngəridir. Şounun əsas personajları bunlardır: Süngər Bobun ən yaxın dostu Patrik adlı dəniz ulduzu (Bill Faqerbakke), tamakharlıqla pula bağlanmış yencək və Krasti Krabda Süngər Bobun müdiri Mister Krab (Klensi Braun), təkəbbürlü və pis xasiyyətli osminoq Skvidvard Tentikals (Rocer Bampas), Texasdan olan sincab Sendi (Karolin Lorens) və Mister Krabın biznesdə rəqibi Plankton (Mr. Lourens).

    HSTools.svg Kömək səhifələri

    Vikimedia Fondunun digər layihələri
    Türkdilli Vikipediyalar
    Cənubi Azərbaycan

    Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

    Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

    Wikipedia-logo-az.png Vikipediya digər dillərdə