Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 126.065 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

ErevanKhanate.gif
İrəvan xanlığı — İrəvan xanlığının əsası XVIII əsrin ortlarında Mir Mehdi xan tərəfindən qoyulub. Xanlıq Qarabağ, NaxçıvanMaku xanlıqları ilə, Osmanlı imperiyası, Kartli-Kaxetiya çarlığı, Borçalı, Qazax sultanlıqları ilə həmsərhəd olub. Mərkəzi İrəvan şəhəri idi.

Övliya Çələbinin yazdığına görə Səfəvi hökmdarı Şah İsmayıl 1509-1510 illərdə qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını "Rəvan" qoymuşdur.

Digər versiyada isə İrəvan toponimi qədim türk dilində "kişi", "igid" mənasını verən "ir" türk etnonimi ilə "ölkə", "yer", "kənd", "şəhər" mənası daşıyan "avan" sözü əsasında əmələ gəlib "igidlər ölkəsi" mənasını ifadə edir. Ermənilər isə İrəvan (Yerevan) toponimini Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni mənşəli toponim olduğunu iddia edir və bu iddianı əsaslandırmırlar.

İrəvan xanlığı Mirmehdi xandan sonra Hüseynəli xanın dövründə möhkəmləndi. Hüseynəli xanın oğlu Məhəmməd xan Qacarın dövrü İrəvan xanlığında ən uzunmüddətli xan dövrü sayılır. Məhəmməd xan fasilələrlə İrəvan taxtında 21 il oturdu.

(Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

Affiche émigration JP au BR-déb. XXe s..jpg
Braziliya yaponlarıCənubi Amerika qitəsində yerləşən Braziliyada məskunlaşmış yapon əsilli əhali. Braziliyada 1,600,000 nəfərə yaxın yapon əsilli vətəndaşın yaşadığı təxmin edilir. Bu rəqəm ölkə əhalisinin 1 % təşkil edir. İlk yapon icması 1908-ci ildə Braziliyaya gəlib. Bu gün Yaponiyadan sonra ən çox yaponların yaşadığı ikinci ölkə Braziliyadır.

XIX əsrin sonları XX əsrin əvvəllərində qəhvə Braziliyanın əsas ixrac məhsulu hesab olunurdu. XIX əsrdə fermərlər öz plantasiyalarında əsasən Afrikadan olan qara dərililərin əməyindən istifadə edirdilər. 1850-ci ildə ölkədə qul əməyindən istifadənin qadağan edilməsindən sonra bu üsul aradan qalxdı. Quldarlığın qadağan edilməsi plantatorları çətin vəziyyətə salmaqla yanaşı, ümumi məhsuldarlığın aşağı düşməsinə də səbəb olurdu.

Mülk sahibləri Avropadan sahələrdə çalışmaq üçün işçi cəlb etməyin yollarını axtarmağa başladılar. Bu axtarışlar dövlətin daxili, ağlaşdırmaq siyasəti ilə də oxşarlıq təşkil edirdi. Həmin dövrdə rəsmilər afroamerikalıların kütləvi artımının qarşısının almağın yeganə yolu kimi Avropadan əhalənin ölkəyə gətirilməsində görürdülər.


(Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Vikipediya məqalələrindən
Sati ritualı.

HSCommons.svg Günün seçilmiş şəkli

Abyaneh, Irán, 2016-09-19, DD 13-15 PAN.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Hyu Hefner



Son ölümlər: Hyu Hefner, Ədalət Nəsibov, Lütfi Zadə, Bayram Kürdəxanlı, Yusif Aslanov, Fuad Musayev, Əbdül Hüseynov

HSDagensdatum.svg Tarixdə bu gün — 10 oktyabr

10 oktyabr: Qilyotinin maketi; ABŞ-da ilk yuyucu toz.
Edit Piaf

Digər günlər: 9 oktyabr10 oktyabr11 oktyabr

HS Liste.svg Həftənin seçilmiş siyahısı

Badge 50 years in the CPSU.png
SSRİ medallarıkommunizm quruculuğunda, sosialist ölkəsinin müdafiəsində xüsusi xidmətlərə görə verilən dövlət mükafatları. SSRİ konstitusiyasına görə (maddə 121, bənd 9) SSRİ medallarını SSRİ Ali Sovetinin Rəyasət Heyəti təsis edir və verir. Hər bir medalı təsis edərkən SSRİ Ali Sovetinin Rəyasət Heyəti eyni zamanda müvafiq medal haqqında Əsasnaməni və həmin medalın təsvirini təsdiq edir. SSRİ medalları ilə təltifetmənin ümumi qaydası həmçinin "SSRİ-nin ordenləri, medalları və fəxri adları haqqında Ümumi Əsasnamə" (1979) ilə nizamlanır.

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə