İstehsal üsulu

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

İstehsal üsulu (alm. Produktionsweise) — Marksizmə görə, məhsuldar qüvvələrin və onların şərtləndirdiyi istehsalat münasibətlərinin vəhdəti. İçtimai istehsal üsulları, bir tərəfdən - müvafiq istehsalat texnoloqiyasının tarixi tipinə görə (məhsuldar qüvvələr), o biri tərəfdən - istehsal və bölgü əsnasındakı istehsal şəraitinə və vasitələrinə olan hakim münasibətlərin müvafiq iqtisadi gerçəkləşdirilməsi tipinə görə(istehsalat münasibətləri) fərqlənirlər. Hakim istehsal üsulu ictimai-iqtisadi formasiyanın özülü(bazisi) sayılır.