Moskva

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Moskva
rus. Москва
MSK Collage 2015.png
Bayraq Gerb
Bayraq
Gerb
Xəritə
Xəritə
Məlumatlar
Ölkə Flag of Russia.svg Rusiya
Bölgə Moskva
Əsası qoyulub 1147
Ərazi 2561,5 km²
Əhali 12 330 126[1] nəfər (2016)
Əhali sıxlığı 2561,5 nəfər/km²
İcra başçısı Sergey Sobyanin
İnternet saytı http://www.mos.ru
Xəritədə yeri
Moskva (Rusiya)
Locator Dot.svg
Moskva
Moskva

Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı. Dünyanın ən bahalı şəhərlərindən biri.

Moskva dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Əhalisinin sayı 11 979 529 (2013). Ərazisi 1081 kvadrat kilometrdir.

Son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub-saxlayır. Əsası hələ XVI əsrdən qoyulan dairəvi planlaşdırma, Moskva çayının əyri yolları, şəhər məhəllələrini bir-birindən ayıran yaşıllıq sahələri, köhnə məhəllələrin qədim döngələri toxunmaz olaraq qalır. Şəhərin əvvəllər boş çöllüklər olan ətrafında yeni-yeni rayonlar, yaşıl parklar, süni meşələr salınır. Moskva həm də dünyanın ən bahalı şəhərləri sırasında illərdir birinci və yaxud Tokiodan sonra ikinci yeri tutur.[2]

Şəhər Rusiya və Avrasiyada böyük bir siyasi, iqtisadi, mədəni və elmi mərkəzidir. Forbes 2013-ə görə, Moskvada dünya milyarderlərinin ən böyük icması var.[3]

Görməli yerlər[redaktə | əsas redaktə]

Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1156-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçiy adlanan qadın monastrı XVI-XVII əsrdə yaranıb.

UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir. 1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.[2]

Əhali[redaktə | əsas redaktə]

2016-ci il siyahıyaalmasına əsasən Moskva şəhərinin 12 330 126 nəfər əhalisi var.[4]

Hadisələr[redaktə | əsas redaktə]

Qalereya[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]