Yeniçərilər

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Yeniçərilər (türk. Yeniçeri) — yeni döyüşçü, XIV-XIX əsrlərdə Osmanlı ordusunda daimi piyada qoşunu.

Yeniçərilər sipaxlar və akıncalarla birlikdə imperiya qoşununun əsasını təşkil edirdilər. Kapıkuluların (sultanın qullardan ibarət şəxsi qvardiyası) tərkib hissəsi idilər. Yeniçərilər dövlətdə həmçinin polis rolunu oynayırdılar. Onlar dərviş libasına bənzəyən libas geyinir, bayraqlarında isə şiə nişanı - Həzrət Əlinin zülfüqarı və əl təsvir olunmuş nişan gəzdirirdilər.

Yaranması[redaktə | əsas redaktə]

Yeniçəri ağası

Yeniçəri Sultan Muradın hakimiyyəti dönəmində təşəkkül tapdı. Osmanlılar tutduqları ərazilərdə 8-18 [1] yaşlı xristian uşaqları toplayaraq İstanbula yollayır və onlara məcburi İslamı qəbul etdirirdilər. Müsəlmanlaşdırılmış uşaqlara 12 ilə yaxın məşq keçirilirdi. Onlara at çapmaq, ox atmaq, qılıncdan istifadə öyrədilirdi. Bu cür əsgərlər "Yeniçəri" adlanırdılar. Yeniçərilər yüngül zireh və silahla təchiz olunurdular. Buna görə onlar döyüşdə cox çevik hərəkət edirdilər.

Avropalıların yeniçərilərə qoşulması özü çox maraqlı bir faktdır. Belə ki, türk gənclərinin yeniçəriyə gəlməsi məcburi deyildi. Osmanlı təbəəliyində olan türkmanlar hərbə çağrılmırdılar.

Yeniçərilərin hesabına Osmanlı imperiyasının sərhədlərini genişləndirmək mümkün oldu. Osmanlı ordusu təkcə yeniçərilərdən ibarət olmasa da, əsas qüvvə onlar hesab olunurdu. Osmanlı rəhbərliyi yeniçərilər arasında avropalıların üstün mövqedə olmasına xüsusi diqqət yetirirdilər.

Yeniçəriləri təşkil edən xalqlar coğrafi və mədəni cəhətdən bir-birinə yaxın idilər. Ermənilərdən başqa bütün xalqların nümayəndlərinin kökləri provaslılığa və Avropa köklərinə söykənirdi.

İstinadlar[redaktə | əsas redaktə]

VikiAnbarda Yeniçərilər ilə əlaqəli mediafayllar var.