“Albaniya tarixi”ndə Şəki hökmdarlığının mövcud olması faktı yalnız IХ əsrin ortaları üçün xatırlanır. IХ əvvəllərində Şəki hökmdarı Qriqor Hammamın oğlu Atrnerseh, həmin əsrin ortalarında Atrnersehin oğlu İşxan Əbu Əbdülmalik olmuşdur.
XI əsrin onuncu illərinin əvvəlləri üçün isə mənbələrdə çariça Dinarın adı çəkilir. Dinar Atrnersehin arvadı və İşxan Əbu Əbdülmalikin anası idi, XI əsrin onuncu illərində onun 90-dan çox yaşı olmalı idi. XI əsrin birinci rübündə Şəki iki dəfə gürcü çarı III Baqrat (1008–1014/15) tərəfindən tutulmuş, onun ölümündən sonra (1014/15) isə müstəqilliyi bərpa olmuş, az sonra – XI əsrin otuzuncu illərinin əvvəllərindən geç olmayaraq Kaxeti ilə birləşmişdir. (Davamı...)
LiSA — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür.
2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustundaAnimelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online" və "Fate/Zero" kimi bir çox anime seriallarında səsləndirilmişdir. Onun sinqlları Oricon-un həftəlik sinqllar çartının ilk onluğunda yer almışdır.
İran İslam İnqilabının əsas ideoloqlarından hesab olunan filosof və ilahiiyatçı alim Mürtəza Mütəhhəri1979-cu ildə radikal kommunist təşkilat olan "Xalqın Mücahidləri" tərəfindən başından vurularaq öldürülmüşdür.
İslam filosofu Fərabi dünyada elmdə Aristoteldən sonra "İkinci müəllim" (əl-Müəllim əs-sani) fəxri adı ilə tanınır.
Azərbaycanlı alim Nəsrəddin TusiTəhriri-Öqlidis əsərində Evklidin "Əsaslar" (və ya "Başlanğıc") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir.
Kanadanın Kvebek əyalətində yerləşən qayalıqlarda aparılan elmi araşdırmalarda 3.8 milyard illik dəmir cövhəri nümunələrində daşlaşmış bakteriyaların izləri aşkar edilib. Ölkə bununla dünyanın ən qədim həyat izlərinin mövcud olduğu yer kimi müəyyənləşdirilib.
1992 — Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılmışdır. Parlamenti mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verməyə məcbur olmuşdur.
Kventin Tarantinonun filmoqrafiyası — ABŞkinorejissoru, prodüser, ssenarist və aktyor kimi fəaliyyət göstərir və 2015-ci ilin göstəricilərinə əsasən, 11 film çəkmiş və onların hər birinin ssenari müəllifi olmuşdur. Öz karyerasını 1980-ci illərin sonlarında başlayan Tarantino ağ-qara filmi olan "Ən yaxşı dostumun doğum günü" filmində həm rejissor, həm ssenari müəllifi, həm də aktyor kimi iştirak edir. Bu film rəsmi olaraq, heç vaxt təqdim edilməmiş və həvəskar şəkildə çəkilmiş müstəqil qısametrajlı bədii film idi. 1988-ci ildə "Qızıl qızlar" sitkom serialında məşhur müğənni Elvis Preslinin obrazını canlandırmış, ardınca isə "Eddi Presli" filmində (1992) epizodik rolda çıxış etmişdir.
Rəsmi müstəqil film istehsalçısı kimi bir-birini tanımayan beş nəfərin qiymətli daş-qaş oğurluğu naminə yığışıb birgə fəaliyyət göstərməsindən bəhs edən "Quduz köpəklər" (1992) kriminal triller filmini çəkmiş, eyni zamanda bu layihənin ssenari müəllifi və rol ifaçısı olmuşdur. (Davamı...)