Əhali

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

ƏhaliYer kürəsində və ya dünyanın konkret hansısa hissəsində (ölkə, qitə, region, ölkələr qrupu) daima yenidən istehsal nəticəsində yenilənən və yaşayan insanların toplusu.

Bizim eranın əvvəlində Yer kürəsində təqribən 230 mln, birinci minilliyin sonunda — 275 mln, 1800-ci ildə — 1 mlrd, 1900-cu idə — 1,6 mlrd, 1960-cı ildə — 3 mlrd, 1999-cu ildə 6 mlrd nəfər yaşayırdısa, 1 iyul 2009-cu ildə bu rəqəm 6 768 167 712 nəfər oldu. 2050-ci ilə proqnoz — 9,2 мilyard nəfər götürülür.

1970-ci ilədək əhali hiberbolik templə artırdı. Hal-hazırda Yer kürəsi əhalisinin artım tempinin azaldığı hiss edilir.

Dünyanın əhalicə ən böyük ölkələri[redaktə | əsas redaktə]

2016-сı ilin iyul ayına əhalisi 80 milyondan çox olan ölkələr:[1]

Ölkə Əhalisi Artım
1 Çin 7,432,663,275 + 0.5%
2 Hindistan 1,326,801,576 + 1.2%
3 ABŞ 324,118,787 + 0.7%
4 İndoneziya 260,581,100 + 1.2%
5 Braziliya 209,567,920 + 0.8%
6 Pakistan 192,826,502 + 2.1%
7 Nigeriya 186,987,563 + 2.6%
8 Banqladeş 162,910,864 + 1.2%
9 Rusiya 143,439,832 0.0%
10 Meksika 128,632,004 +1.3%
11 Yaponiya 126,323,715 - 0.2%
12 Filippin 102,250,133 + 1.5%
13 Efiopiya 101,853,268 + 2.5%
14 Vyetnam 94,444,200 + 1.1%
15 Misir 93,383,574 +2.2%
16 Almaniya 80,682,351 0.0%
17 İran 80,043,146 +1.2%

Əhali göstəriciləri[redaktə | əsas redaktə]

Dünya əhalisinin artım dinamikası (milyard nəfər), e.ə.10000-ci il — eramızın 2000-ci ili

Hayns fon Fyorster, Andrey Korotayev, Sergey Kapitsa və digərlərinin tədqiqatlarında isbat edildi ki, axırıncı 100 min ildə (XX əsrin 60-70-ci illərinə qədər), dünya əhalisinin artımı sayının kvadratı tempi ilə artırdı. Bu hiberbolik qanun adlandırıldı.[2][3]

Mənbə[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]