Ad

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Ad — Canlı və cansız varlıqarı, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər

Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar.

  • Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir.
  • Ümumi adlar ayrılar:
    • Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə....
    • Məna adları: Əllə tutulmayan gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi...
    • Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor...

Adlarda təklik və çoxluq[redaktə | əsas redaktə]

Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir.

Şəxs adları[redaktə | əsas redaktə]

Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.

Romalılar deyirdilər ki, "Nomen est Omen""Ad taledir". Şəxs adlarının insanın xarakterinə və taleyinə təsir göstərməsi barədə inamlar hələ qədim dövrlərdən mövcuddur. Etiqadlara görə, bəzi xalqlar şər qüvvələrdən qorumaq üçün insanların həqiqi adlarını digər bir mühafizəedici ad altında gizlədirmişlər. Hindular indinin özündə də əsl adlarını kənar adamlardan məxfi saxlayır, bir-birlərini yalançı adla çağırırlar. Son yüzilliklərə kimi rus xalqının adətində uşağı xaç suyuna salana qədər, onun adını sirr saxlamaq ənənəsi var idi. Hesab olunurdu ki, insanın əsl ismini bilən qəddar adamlar və ya ruhlar ad vasitəsilə onun taleyinə pis təsir edə bilərlər. Uşağı başqa adla çağırmaq adəti Azərbaycan ailələrində də var. Çoxları bunun hansı səbəbdən olduğunu bilməsələr də, əslində, bu adətin kökündə məhz adını gizlətməklə uşağın taleyini şər qüvvə və ya şeytanların pis əməllərindən qorumaq durur.

Adı dəyişməklə insan ikinci həyat qazanır?..[redaktə | əsas redaktə]

Azərbaycan təcrübəsi[redaktə | əsas redaktə]

Bəzi Azərbaycan ailələrində adamın adını dəyişdirməklə onu nəsillikcə davam edən və ya digər irsi bir xəstəlikdən qorumağın mümkün olduğuna inam hələ də davam edir. Hesab olunur ki, şəxsin adını dəyişdikdə, onun taleyi də dəyişir və insan bir növ ikinci həyata qədəm qoyur. Belə addəyişmə prosesində çox maraqlı bir məqam var ki, bu zaman azərbaycanlı ismindən deyil, digər millət adlarından istifadə olunur. Bundan əlavə, uşaqları doğulandan bir müddət sonra hər dəfə tələf olan ailələr yeni körpə dünyaya gətirəndə, balacanı qorumaq üçün ona əcnəbi adı verirlər. Məsələn, Sergey, Anton, İzabel və s. Belə adlar ailəni izləyən qara qüvvələri, şeytanları çaşdırır və onlar çəkilib gedirlər. Ola bilər hamı inanmasın, ancaq mən şəxsən şahidi olduğu üçün deyirəm ki, bu prosesdə izah olunmaz bir həqiqət var. Bizim şəxs adlarının içərisində bəzi qeyri-millət adlarının olmasının bir səbəbini də məhz bununla bağlamaq olar.Hem oglan hemde qiz adi olan adlar Elcin,Gulur Dursun Seref vs ELCIN turk adi GULUR azerbaycan adi SEREF ermeni adi DURSUN ise ermeni adidir bunlar orta islenen adlardi

Adın səslənməsinin insan beyninə təsiri[redaktə | əsas redaktə]

İnsanla onun ömür boyu gəzdirdiyi ad arasında hansı isə bağlılığın olmasında müəyyən məntiq vardır. Bu faktı psixoloqlar da təsdiqləyir. Onlar qeyd edirlər ki, ad, hər şeydən əvvəl insan səsi olduğu üçün onun xüsusi səs vibrasiyası olur. Bu səs vibrasiyası beyinin müxtəlif hissələrində müvafiq qıcıqlandırmalar əmələ gətirir. Hər gün öz adını eşidən insan uşaqlıqdan öz daxili ruhi vibrasiyalarını adının emosional səs vibrasiyaları üstündə tənzimləyir. Adın hansı səslərdən ibarət olmasından asılı olaraq insanda şüursuz olaraq xarakterin müvafiq cizgiləri formalaşır. Çox vaxt, ilk tanışlıq zamanı ətrafdakıların insana ilkin münasibəti məhz onun adının necə səslənmədən asılı olur. Bəzi isimlər ətrafdakılarda yaxşı hisslər, digərləri isə, əksinə, xoş olmayan emosiyalar yaradır. Təbii ki, adı yaxşı səslənməyən insan ilk baxışdan özü haqda mənfi fikir yarada bilər. Ona görə də valideynlər uşaqlara ad seçərkən bu və digər faktları nəzərə almalıdırlar.

Azərbaycan qız və oğlan isimlərinə nəzər yetirsək, görərik ki, müdrik Azərbaycan xalqı adların səslənməsinə necə böyük önəm verib. Belə ki, bizim qadın adları qızlarımızın incəliyinin, zərifliyinin, gözəlliyinin davamı olaraq daha məlahətli və xoş səslənməklə, əsasən, mehribanlığı, sədaqətliliyi, şirinliyi, mülayimliyi əks etdirən adlarla: gül-çiçək, qiymətli daş-qaş, zərif quş və gözəllik rəmzləri olan digər canlıların isimləri ilə bağlı olur. Oğlan isimləri isə, əksinə, bir qədər sərt səslənməklə, çox vaxt insanda cəsurluq, qəhrəmanlıq, mərdlik və özünə inam hissləri oyadan ilhamverici adlar olur. Adların bu cür fərqli səsləməsi qadın və kişi xarakterlərinin formalaşmasında çox mühüm rol oynayır. Bu amilin əhəmiyyətini anlamaq üçün bir anlığa oğlan uşağına çox incə səslənən bir qız adının və ya əksinə, qıza sərt səslənən kişi adının verildiyini təsəvvür etmək kifayət edər.

Qeyd etmək lazımdır ki, hərdən olur ki, ailədə oğul gözlədikləri vaxt qız dünyaya gələndə ona kişi adı qoyurlar ki, qız kişi kimi böyüsün, ailənin qeyrətin çəksin. Bunun nəticəsi isə bəzən çox ağır olub. Məsələn, götürək görkəmli yazıçı Cəmşid Əmirovun olmuş hadisə əsasında yazdığı "Qara "Volqa" əsərindəki "Pəncəli" Aslan surətini. Atası qızına "Aslan" adı verməklə kişi kimi böyüdür. Nəticədə qız öz adını doğrultmağa çalışır və çox qəddar cinayətkara çevrilir. Bəlkə də, adı Aslan olmasaydı heç o qız kriminal həyat da yaşamazdı.

Uşaqlarımıza necə ad seçək?[redaktə | əsas redaktə]

Qədim Azərbaycan dastan və rəvayətlərindən də görürük ki, keçmişdə türk dünyasında ad insan haqqında çox şey deyirmiş. "Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət" kitabında qeyd olunur ki, "Advermə türk ənənəsində çətin, şərəfli, məsuliyyətli prosesdir. Ad alan hər bir uşaq, yaxud yeniyetmə nəinki cəmiyyətin bərabərhüquqlu üzvünə çevrilir, həm də adına görə yaşamalı olur... Adla tale, adla ömür arasında əski görüşlərə görə, eyniyyət olduğundan, hər adamın kiməsə ad verməsi mümkün deyil. Ad özündə qəhrəmanın mənşəyini, yurd-yuvasını, atının rəngini xarakterizə etdiyindən sosial statusludur".

Buradan aydın olur ki, o dövrlərdə ad almaq və vermək çox məsuliyyətli iş imiş. Ad insanın həyata vəsiqəsi hesab olunurmuş. "İgidin adını eşit, üzünü görmə" məsəli də çox güman ki, buradan yaranıb. Bir sözlə, keçmişdə insana hünərinə görə ad verərdilər. Müasir dövrümüzdə isə ad insana lap körpəlikdən doğmaları tərəfindən qoyulur və uşağın özünə ad seçmək hüququ olmur. Ona görə də valideynlər balalarına ad qoyarkən hisslərə qapılmayaraq çox diqqətli olmalıdırlar. Adlar üzrə mütəxəssislər adseçmə prosesində bir neçə məsləhətə əməl etməyi tövsiyə edirlər. Əvvəla, ciddi zərurət olmadıqda, uşağa rəhmətə getmiş qohumun adını verməklə tələsmək olmaz. Əgər həmin qohumun taleyi acı olubsa və ya o, ağır bir xəstəlikdən cavan ikən dünyasını dəyişibsə, onda belə addım atmaq, qəti məsləhət görülmür. Çünki, həmin adamın ağır həyatı, acı taleyi uşağın gələcəyinə mənfi təsir edə bilər. Lakin dünyadan köçmüş adamın həyatı uğurlu alınıbsa, adı el içində həmişə hörmətlə və ehtiramla çəkilirsə, onda həmin adamın ismini uşağa vermək olar.

İkinci məsləhət odur ki, uşağa ad seçərkən, son sözü valideynlər deməklə, bütün məsuliyyəti öz üzərinə götürməlidirlər. Çünki, bir sıra ailələrdə adqoyma prosesinə, az qala bütün nəsil müdaxilə edir. Belə məqamlarda ad seçmək daha da çətinləşir və bəzən nənə, baba, xala, bibi elə adlar təklif edirlər ki, onu körpəyə vermək, gələcəkdə uşağı gülüş obyektinə çevirə bilər. Çikaqo alimlərinin apardıqları tədqiqatlar göstərir ki, qəribə və qeyri-adi adı olan insanlar müxtəlif növ psixi komplekslərə daha çox meylli olurlar. Bunun səbəbini, belə izah edirlər ki, əgər uşağa istehza, rişxənd doğura bilən ad qoyularsa, onda bu ad onu öz yaşıdları arasında müdafiə olunmaq pozisiyasına salır ki, uşaq ona lağ edilməməsi və normal münasibət üçün həmişə mübarizə aparmalı olur. Üçüncü tövsiyə isə odur ki, seçilən isim milliliyi göstərən, yaxşı səslənən, qısa və asan tələffüz edilən olsa, daha uğurlu alınar. Bir də rəsmi mərasimlərdə və ya sənədlərdə ad familiya ilə birgə çəkildiyi üçün ad familiya ilə ahəngdar olsa daha yaxşı olar.

Bəzi fəlsəfi yanaşmalarda varlıqlardan əvvəl onların adlarının var olduğuna inanılmışdır. Əlbəttə ki, bu fəlsəfi bir müzakirə mövzusudur. Ancaq ad anlayışı Türk mədəniyyətində əhəmiyyətli bir yerə malikdir. Adı olmayan varlıqlar, ancaq kənar aləmə aid görülürlər. İslam ilə birlikdə Bismillah "Adlama" anlayışı çox məşhur bir hala gəlmişdir. Buna görə hər işə Allah (cc) 'ın adıyla başlamaq lazımdır. Üzərinə Allah (cc) 'ın adının xatırlanmadan kəsildiyi və ya özbaşına ölən heyvanların yeyilməsi qadağandır. Bismillah cümləsinin məzmunu Türkcəyə məna olaraq; "Acıyıcı və Acıyan Allahın adıyla ..." ya da qısaldılmış formasıyla (Bismillah) "Allahın adıyla ..." olaraq çevrilə. Bismillah, təbii proseslərə yaradıcını daxil etməyi nəzərdə tutur. Yəni əvvəl maddənin deyil fikrin olduğu fikiri mənimsənmişdir. Ad insanoğlunun var olduğu hər yerdə obyektləri və faktları xarakterizə üçün istifadə edilən mücərrəd bir vasitədir. Türklərdə Yayguçı Çağ (Yaradılış vaxtı) inancı aktivin bir-birindən ayrışmadığı bir dövrü ifadə edər. Başqa hiçbirşeyin olmadığı hər şeyin sonsuz bir su olduğu bu çağda, göy deyə bir şey yox ikən hər şey kar və dilsizdir. Yəni mənası və adı yoxdur hiçbirşeyin. Sayan söylencelerine görə bu sonsuzluqda əvvəl ad verilərək yaradılış başlamışdır. Ad isə məna deməkdir.

Etimologiya[redaktə | əsas redaktə]

(Ad / At) kökünden törənmişdir. Təyin etmə, növ mənası ehtiva edər. Türkcədə ad eyni zamanda at deməkdir və bir çox lehçede d / t fərqi ortadan qalxar. At müqəddəs bir heyvan olaraq o adamın şəxsiyyətinin eyni zamanda. Tərsinə bir məntiqlə, adamın adının əslində onun mücərrəd bir atı olduğu və özünü daşıdığı düşünülə. Bu səbəblə köhnədən Türklər Öldüklərində atları ilə (yəni adlarıyla) birlikdə basdırılmışlar. Yer üzündəki bütün Türk şivə və lehçelerinde Ad / At formasıyla minlərlə ildir iştirak edən ortaq bir sözdür. Eyni zamanda bir kök olaraq yüzlərlə sözün türemesine imkan vermişdir.

Xarici təcrübə[redaktə | əsas redaktə]

Ərəb ölkələrində adlar çox mürəkkəb olur. Şəxsi ad və soyaddan başqa onun adında "ibn" (atasının adı) birləşməsi ilə bir çox babalarının adı və eyni zamanda döğulduğu yer adı göstərilir.

Mənbə[redaktə | əsas redaktə]