Mali

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Mali Respublikası
'République du Mali'
Mali bayrağı Mali gerbi
Bayrağı Gerbi
Şüar: Un peuple, un but, une foi
"Tək millət və Tək dövlət və Tək inanc"
Himn: Le Mali
"Mali"
Mali – xəritədə yeri
Paytaxt Bamako
Böyük şəhərlər Bamako- 2 515 min( 2015-ci il)
Rəsmi dil Fransızca,Vernacular dilləri
Etnik qruplar Bambara
İdarəetmə forması Unitar parlament respublikası
Prezident Ibrahim Bubacar Keyta[ 4.IX.2013 ]
Baş nazir Modibo Keita[8.I.2015 ]

Mali — rəsmi şəkildə Mali Respublikası. Qərbi Afrikada dövlət, dənizə çıxışı yoxdur. Qərbdə Seneqal, şimalda MavritaniyaƏlcəzair, şərqdə Niger, cənub-qərbdə Burkina-Faso, cənubda Kot-dİvuarQvineya ilə həmsərhəddir. Mali Respublikasının şimal-şərq hissəsinə "Əl-Qaidə" ilə əlaqələri olan Ansar-əd-Din" islam qruplaşması nəzarət edir.

Mali

Tarixi[redaktə | əsas redaktə]

Müasir Mali dövlətinin ərazisi bir neçə min il əvvəl zənci irqinə mənsub xalqlar tərəfindən məskunlaşdırılmışdır. Onlar ovçuluq, balıqçılıq, heyvandarlıqla məşğul olurdular. E.ə. III minillikdə hazırda səhra və yarımsəhraya çevrilmiş ərazilərdə yaşayan əhali əkinçiliklə məşğul olmağa başlamışlar. Mali mədəniyyətinə aid ən qədim abidələr neolit dövrünə aiddir. III əsrdən sonrakı dövrlərdə müasir Mali ərazisində bir-birini əvəz edən 3 imperiya mövcud olmuşdur: Qana (III-XI əsrlərdə), Mali (XIII-XV əsrlərdə), Sonqay (dövlət) (XV-XVI əsrlərdə)

2012-ci ilin 22 martda Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını, Dövlət Televiziyası Binasını və Hərbi barakı ələ keçirdi.Hərbçilər Kapitan Amadou Sanogo başda olmaqla Milli Komitə yaradıldığını demoklratiyanın bərqərar olunacağını elan etdilər. Onlar həmçinin Mali prezidenti Amadu Tumani Tureki, devrilmiş rejiminin xarici işlər naziri Sumeylu Bubey Maiqa daxil olmaqla bir sıra nazirlər həbs edildiyini elan edildiyini bildiriblər.Hərbiçilər tezliklər 2012-ci il aprelin 29-da prezident seçkilərinin keçiriləcəyini bildirdilər. Çevrilişin səbəbi hərbçilər hakimiyyətin Malinin şimalındakı tuareq tayfasının üsyanına göstərdiyi münasibətdən narazı olmalarıdır. Hərbçilər bildirir ki, üsyanın yatırılması tədbirləri lazımi səviyyədə aparılmır, əsgərlər qida və hərbi sursatla lazımınca təchiz olunmur. [1] 2 Aprel 2012 EKOVAS üzvü ölkələr dərhal Malidə hakimiyyəti ələ keçirən hərbiçilərə qarşı diplomatik, iqtisadi və maliyyə sanksiyalar elan etdi.Onlar Mali arasında diplomatik və ticarət münasibətlərin dayandırıldığını, ümumi sərhədlərin bağlanıldığını, eləcə də Malinin regional mərkəzi bankındakı bütün aktivlərin dondurulmasını elan etdilər.

Əhalisi[redaktə | əsas redaktə]

17 milyon ( 2015-ci ilin təxmini)

Mədəniyyəti[redaktə | əsas redaktə]

Dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir. Tikintisi 1907-ci ildə başa çatan Cənnə məscidi dünyanın çiy kərpicdən tikilən ən böyük məscididir. Malidə Bani çayının sahilində yerləşən məscid memarlıq abidəsi kimi, Sahel-Sudenez memarlığının ən böyük müvəffəqiyyətindən biri sayılır. Məscid Cənnə şəhərinin, ümumilikdə isə ölkənin rəmzi kimi inşa edilib. Ümumiyyətlə, bu bölgədə ilk məscid XIII əsrdə inşa edilib. Məscid mali xalqı üçün böyük əhəmiyyət daşımaqla yanaşı, Afrikanın dəyərli simvolu sayılır. Hər il yağış mövsümündən sonra 4 min könüllü çox böyük bir hissəsi suyun təsiri ilə dağılan Cənnə məscidini yenidən inşa edir. [2]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Malidə hərbçilər çevriliş edib Azadlıq Radiosu
  2. Dünyanın çiy kərpicdən tikilmiş ən böyük məscidi Malidə yerləşir Salamnews Agentliyi