Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu - Beynəlxalq maliyyə təşkilatlarından biri. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds ayalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bunula da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarzalıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə inistitutudur. [1]
İdarəedicilər Şurası[redaktə | əsas redaktə]
BVF-nun ali rəhbər orqanı İdarəedicilər Şurasıdır. Bu şurada hər bir üzv ölkə idarəedici və onun müavini qismində təmsil olunur. Bunlar adətən maliyyə naziri və mərkəzi bankın sədrindən təyin olunur. Bundan sonrakı orqan İdarəedici Şuradır.
Fondun idarəedici direktorlarının sayı 53-dür. BVF-da ən çox səsə malik ölkələr aşağıdakılardır: ABŞ-17.78%, Almaniya-5.58%, Yaponiya-5.53%, Böyük Britaniya-4.48%, Fransa-4.98%, Səudiyyə Ərəbistanı-3.45%, İtaliya-3.09%, Rusiya-2.9%. Bu fond əsasən iki məqsədə xidmət edir: tədiyyə balansındakı qeyri-tarzlığı aradan qaldırmaq, büdcə xərclərinin kreditləşməsi başda olmaqla, ölkənin makroiqtisadi stabilliyinə yönəldilən tədbirlərin həyata keçirilməsi. Qeyd edək ki, üzv ölkələrin cəlb etdikləri kreditin həcmi kvotanın 25%-dən çox ola bilməz. Bundan yuxarı həcmdə kredit verilməsi isə BVF-nun direktorunun razılığından asılıdır və bir qayda olaraq bu elə həmin ölkənin ümumiqtisadi, eləcə də, maliyyə siyasətinin təhlili əsasında həyata keçirilir. Ümumiyyətlə BVF kredit müraciət əsasında və ölkənin iqtisadi durumunu qiymətləndirdikdən sonra verir. Üzv ölkələrin məqsədli lahiyyələri həyata keçirtmək üçün onların qarşısında bir sıra şərtlər qoyulmuşdur. Kredit vəsaitləri yalnız bu şərtlərin reallaşmasından sonra həyata keçirilir. Üzv ölkələrin qarşısında duran şərtlər aşağıdakılardır: beynəlxalq ticarət fəaliyyətində valyuta məhdudlaşdırılmalarına, hissə-hissə üzən valyuta sisteminin tətbiq edilməsinə, eləcə də möhtəkir xarakterli kapital hərəkətinə yol verməmək, dövrü olaraq ölkənin maliyyə və iqtisadi durumu haqqında fonda məlumat vermək, məqsədli devalvasiya siyasətinə zəruriyyət yarandıqda, devalvasiya dərəcəsini fonda bildirmək və s.
Fonda üzv olan ölkələr üzərinə götürdükləri məsuliyyəti yerinə yetirmədikdə, bir sıra cəza tədbirlərinə məruz qalırlar. Belə ki, bu maliyyə qurumu həmin ölkələrə kredit verilişini dayandıra, hətta onları üzvlükdən uzaqlaşdıra bilər. Ümumiyyətlə tətbiq edilən cəzaların ağırlığı öhdəliklərdən yayınmanın səviyyəsindən asılıdır.