Tabu

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Tabu (Polineziya dilində - qadağan) - dini ovsunlu tədbirin tətbiq olunma şərtinə qəti qadağan. Tabunun pozulması "fövqəltəbii" cəza, xəstəlik və ya ölümlə hədələnir. Tabu sistemi Polineziya adalarında həddindən artıq inkişaf etmişdir. Burada o, hətta dövlət qanunlarını əvəz edir.

Mənbə[redaktə | əsas redaktə]

  • Z. Bünyadov. Dinlər, təriqətlər, məzhəblər. Bakı,2007. səh.260.