Mavritaniya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Mavritaniya İslam Respublikası
مهوری اسلامی موريتانيا
République islamique de Mauritanie
Mavritaniya bayrağı Mavritaniya gerbi
Bayrağı Gerbi
Şüar: "شرف إخاء عدل"
"Şərəflik, Qardaşlıq, Ədalətlik"
Himn:
Mavritaniya – xəritədə yeri
Paytaxt Nuakşot- 910 min sakin (2014-cü il)
Böyük şəhərlər Nuakşot
Rəsmi dil Ərəb dili, Fransız dili
Prezident Məhəmməd Uld Əbdüləziz[6.VIII.2008 ~]
Baş Nazir Molaye Uld Məhəmməd Ləğzəf [14.VIII.2008 ~]
Yaranması
 - Müstəqillik elan edilməsi 28 noyabr 1960
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

1 030 700 km² (29-cu)
0,03
Əhali
• Təxmini sayı
Əhali sıxlığı

3 600 min nəfər (133-cü)
3,4 nəfər/km²
İnternet domeni .mr
Mavritaniyalı qız

Mavritaniya (ərəbcə: موريتانيا, ya da Mavritaniya İslam Respublikası) — Qərbi Afrikada yerləşən bir dövlət, qərbdə Atlantik okeanı ilə yuyulur. Ölkənin dövlət quruluşu 1991-ci ildə qəbul olunmuş konstitusiya ilə idarə edilən respublikadır. Ümumi səsvermə yolu ilə 6 illik müddətə seçilmiş prezident ölkəni idarə edir. Yüksək qanunverici orqan Milli yığıncaq (aşağı palata) və Senatdan (yuxarı palata) ibarət iki palatalı parlamentə məxsusdur.

Bayrağı[redaktə | əsas redaktə]

Mavritaniya bayrağı yaşıl rəng üzərində qızılı sarı rəngli üfüqi aypara və 5 guşəli ulduzdan ibarətdir. Yaşıl və qızılı sarı rəng Pan-Afrika (Pan-yunanca birlik, bütünlük, tam) rəngləri olaraq qəbul edilir. Yaşıl rəng İslamı təmsil edir, sarı rəng isə Sahara çölünün qumlarını təmsil edir. Aypara və ulduz da Mavritaniyanın əsas dini olan İslama işarədir.

Coğrafiyası[redaktə | əsas redaktə]

Mavritaniya 4 ölkə ilə həmsərhəddir: Qərbi Saxara, Seneqal, ƏlcəzairMali.

Tarixi[redaktə | əsas redaktə]

1904-cü ildə Mavritaniyanın bir hissəsi, 1946-cı ildə isə bütünlüklə Fransanın idarəsinə keçmiş, 1958-ci ildə isə Fransa cəmiyyətinin avtonom respublikası statusu almışdır.

1960-cı il, 28 noyabr tarixdə ölkə Fransanın əsarətindən qurtularaq müstəqillik əldə etmişdir.

Əhalisi[redaktə | əsas redaktə]

3,359,185 nəfərdir. Köləliyin ən gec ləğv olunduğu ölkə Mavritaniya İslam Respublikasıdır. Köləlik 1981-ci ildə ləğv olunub, kölə sahibi olmağa görə cəza nəzərdə tutan qanun 2007-ci ildə qəbul edilib. Rəsmən ləğv olunsa da praktikada köləlik davam edir, ölkə əhalisinin 10 ilə 20%-nin kölə olduğu düşünülür. Əsas kölə sahibləri ölkənin elit təbəqəsini təşkil edən ərəblərdir, kölə hədiyyə etmək böyük hörmət jesti sayılır.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Mavritaniyanın pul vahidi uqiyadır.

Hazırda Mavritaniya iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr sırasına daxildir. İxracatda əsas yeri balıq və balıq məhsulları, qızıl, dəmir filizi, mis konsentratı tutur. Çin, Fransa, İspaniya, İtaliya, NiderlandBelçika kimi ölkələrlə ticarət əlaqələri vardır.

İstinadlar[redaktə | əsas redaktə]


Həmçinin bax[redaktə | əsas redaktə]