Qvatemala

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Qvatemala Respublikası
'República de Guatemala'
Qvatemala bayrağı Qvatemala gerbi
Bayrağı Gerbi
Şüar: El País de la Eterna Primavera 

Daim yazın olduğu ölkə

Himn: Guatemala Feliz
Qvatemala – xəritədə yeri
Paytaxt Qvatemala şəhəri
Böyük şəhərlər Qvatemala- 2 915 min (2015-ci il)
Rəsmi dil ispan dili
Dövlət dini Katolizim
Etnik qruplar Hindular,qvatemalalılar
İdarəetmə forması Prezident respublikası
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

108 890 km² (107-ci yer)
1,6
Əhali
• Təxmini sayı (2015-ci yer)
• Siyahıyaalma (24.XI.2002)
Əhali sıxlığı

15,1 milyon nəfər (67-ci yer)
11 237 196 nəfər
138 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2014)
  • Adam başına

$119 milyard  (79 yer)
$7 500  (151-ci yer)

Qvatemala — Mərkəzi Amerikada dövlət. Sahəsi 108.9 min km², əhalisi 10,9 milyon nəfərdir. İnzibati ərazisi 22 departamentə bölünür. Dövlət və hökumət başçısı prezidentdir. Qanunvericı orqanı birpalatalı Milli Konqresdir. Paytaxtı Qvatemala şəhəridir.

Adın etimologiyası[redaktə | əsas redaktə]

Atstek dilindəki "quauhtemallan" sözündən - meşə ilə örtülü yer mənasını verir.

Tarix[redaktə | əsas redaktə]

1523-1524-cü illərdə ərazisi ispanlar tərəfindən işğal edilmişdir. Bu işğal 1821-ci ilədək davam etmişdir. Elə həmin ildə ölkə müstəqillik əldə edir.

1823-1839-cu illərdə Mərkəzi Amerika Birləşmiş Əyalətləri Federasiyasının tərkibində varlığını sürdürür.

Bir sıra hərbi çevrilişlərdən sonra 1952-1985-ci illərdə ölkədə hərbi diktatura rejimi bərqərar olur.

Nəhayət 1996-cı ildə hökumətlə Qvatemala Milli İnqilabi Hərəkatı arasında sülh haqqında müqavilə imzalanır.

Fiziki-coğrafi xarakteristika[redaktə | əsas redaktə]

Ölkə Şimali Amerika qitəsində yerləşir və qərbdə Meksika, cənubda Salvador, şərqdə Beliz və cənub şərqdə Honduras ilə qonşudur.

İnzibati ərazi bölgüsü[redaktə | əsas redaktə]

Ölkənin ərazisi 108,889 km²-dir. Şəhər və kəndlərdən ibarətdir.

İqtisadiyyat[redaktə | əsas redaktə]

Mərkəzi Amerikanın ən kasıb ölkələrindən biri hesab olunur. Hazırda 400.000 insanın işsiz olduğu göstərilir. Başqa sözlə əhalinin 56,2 % yoxsul şəraitdə yaşayır.

Əhali[redaktə | əsas redaktə]

15,806,675. Əhalinin 59,4%-ni metislər, qlanın isə başqa yerli etnoslar təşkil edir.

Dil[redaktə | əsas redaktə]

Rəsmi dil ispan dili olsa da bəzi qismlərdə yerli qvatemal dilində danışırlar.

Din[redaktə | əsas redaktə]

Əhalisinin 50-60 %-i xristianlığın katolik məzhəbinə, 30-40 %-i protestanlıq, qalanları isə provaslavlıq məzhəbinə qulluq edirlər.

Mədəniyyət[redaktə | əsas redaktə]

Ölkənin paytaxtında müxtəlif muzey və qallereyalar fəaliyyət göstərir.

İdman[redaktə | əsas redaktə]

Futbol ölkənin ən populyar idman növüdür.

Təhsil[redaktə | əsas redaktə]

Ölkədə adətən ikinci dərəcəli məktəblər fəaliyyət göstərir və bunların hamısı pulsuzdur.

Mətbəx[redaktə | əsas redaktə]

Əsaəsən mayya mətbəxinin nümunələrindən qida kimi istifadə olunur.

İstinadlar[redaktə | əsas redaktə]


Xarici keçidlər[redaktə | əsas redaktə]