Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 113.113 məqalə mövcuddur.

HSUtvald.svg Həftənin seçilmiş məqaləsi

Castle Neuschwanstein.jpg
Noyşvanştayn qəsriAlmaniyada, Bavariya vilayətinin cənub-qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.

Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində orta hesabla 1,3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzinsə 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr, Disneylendin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur. (Davamı...)

HS VdQ.svg Həftənin yaxşı məqaləsi

20 yanvar, January, Baku, Azerbiajan, Bloody January.jpg
Qara Yanvar1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. (Davamı...)

PL Wiki CzyWiesz ikona.svg Bilirsinizmi...

Mikhail lermontov.jpg

HSCommons.svg Günün seçilmiş şəkli

St. Sebastian, Berlin-Wedding, 160429, ako.jpg
 

PL Wiki Aktualnosci ikona.svg Xəbərlər

Amit Quluzadə


Son ölümlər: Heydər Camal, Andrey Karlov, Muxtar Maniyev, Corc Maykl

HSDagensdatum.svg Tarixdə bu gün

Bu gün — 20 yanvar 20 yanvar tarixində baş verən hadisələr:
Qara Yanvar qurbanlarından.

Digər günlər: 19 yanvar20 yanvar21 yanvar

HS Liste.svg Seçilmiş siyahı

2015 UEFA Super Cup 54.jpg
UEFA Superkuboku1972-ci ildə əsası qoyulmuş hər il keçirilən futbol turniridir. Hazırda kubok uğrunda UEFA Çempionlar Liqası qalibi ilə UEFA Avropa Liqası qalibi qarşılaşır.

Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.

(Davamı...)

HSTools.svg Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə