Anqola

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Anqola Respublikası
República de Angola
Anqola bayrağı Anqola gerbi
Bayrağı Gerbi
Şüar: "Angola Avante" (pt.)
"İrəli Anqola"
Himn:
Anqola – xəritədə yeri
Paytaxt Luanda
Böyük şəhərlər Luanda
Rəsmi dil Portuqal dili
Prezident José Eduardo dos Santos
Baş nazir
Yaranması
 - Portuqaliyadan 11 noyabr 1975
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

1.246.700 km² (23-ci)
2,1
Əhali
• Təxmini sayı (2016)
• Siyahıyaalma (16.V.2014)
Əhali sıxlığı

25,5 milyon nəfər (50-ci)
24 383 301 nəfər
20 nəfər/km²  (199-ci)
ÜDM (AQP)
  • Cəmi (2008)
  • Adam başına

$$21 738 milyard
$$6,116
ÜDM (nominal)
  • Cəmi (2008)
  • Adam başına

$$13 350 milyard
$$1 066
İnsan inkişafı indeksi (2008) 0,502  (orta) (153-cü)
Pul vahidi Anqola kvanzası (AOA)
İnternet domeni .ao
Telefon kodu ++244

AnqolaCənubi Afrikada dövlət.

Anqola Cənub-Qərbi Afrikada, Atlantik okeanı sahilində yerləşir. İnzibati cəhətdən 18 mahaldan ibarətdir. Paytaxtı Luanda şəhəridir. Rəsmi dövlət dili portuqal dili, pul vahidi kvanzadır. Anqolanın Namibiya, Konqo Demokratik RespublikasıZambiya ilə quru sərhəddi vardır. Ölkə qərbdən Atlantik okeanı ilə əhatə olunmuşdur. Kabinda adlı anqlav bölgə Konqo Respublikasının tərkibində yerləşsədə, Anqolanın ərazisi hesab olunur. Anqolada əhalinin tərkibi müxtəlifdir, yəni portuqal, ingilis, ambundu, konqo, luçazi və digər xalqlar bu ölkənin sakinləridir.

Anqola 1976-cı ildən BMT-nin, 1999-cu ildən Afrika İttifaqının 1989-cu ildən BYİB-in və 1996-cı ildən isə Ümumdünya Ticarət Təşkilatının üzvüdür.

Adın etimologiyası[redaktə | əsas redaktə]

"Nqola" - ali hökmdarın titulunun təhrif edilməsi deməkdir.

Tarix[redaktə | əsas redaktə]

XV əsrdə Anqolada portəgizlər peyda olur.

1885-1899-cu illərdə Portuqaliya, Belçika, Almaniya və İngiltərə arasında müqaviləyə görə Portuqaliya müstəmləkəsi olan Anqolanın sərhədləri müəyyən olunur.

1975-ci ildə Anqola Xalq Respublikası (MPLA partiyası), Xalq Demokratik Respublikası (NFLA və UNİTA partiyaları) elan olunur.

1975-1996-cı illər ölkə tarixinə Vətəndaş müharibəsi kimi düşmüşdür.

1977-ci ildə Milli Birlik Höküməti formalaşmışdır.

Coğrafiya[redaktə | əsas redaktə]

Malangedə olan Qara Qayalar

Ölkə sərhədlərinin uzunluğu 5.198 km-dir. Sərhədin 2.511 km-i Konqo Demokratik Respublikası (bu sərhədin 225 km-lik hissəsi Cabinda bölgəsindən keçir.), 1,376 km-i Namibiya, 1.110 km-i Zambiya və 201 km-i isə Konqo Respublikasının payına düşür. Anqola Respublikasının ərazisi 1.246.700 km²-dir. Dünyada ölkələri üzrə ərazisinə görə 23-cü yerdədir.[1]

Bu ərazinin əsasını təşkil edən Bie dağlıq sahələri Anqolanın mərkəzinə doğru irəliləmişdir.

Ölkənin ən yüksək nöqtəsi Moco dağıdır (2.619 m). Ölkənin cənub bölgəsi isə daha alçaq bir mövqedədir. Anqolanın şərq hissəsində isə Zambezi çayının qolları axır.

Hökumət[redaktə | əsas redaktə]

Anqola unitar dövlətdir. Anqolanın Konstitusiyası 1975-ci ilin 11 noyabr tarixində qəbul edilmişdir. Ölkənin idarə etmə forması - qarışıq respublikadır. Dövlət başçısı və icra hakimiyyəti ümumi və birbaşa səsvermə yolu ilə 5 il müddətinə seçilmiş prezidentdir. Prezidentin bütün ərazi inzibati vahidlərə nəzarət etmək hüququ vardır. Onun səlahiyyətlərinə dövlətin müdafiəsi və hakimiyyət qolları arasında münasibətləri əlaqələndirmək aiddir. Prezident silahlı qüvvələrin ali baş komandandır. Qanunvericilik hakimiyyətinin ali orqanı ümumi və birbaşa səsvermə ilə 4 il müddətinə seçilmiş birpalatalı Milli Məclisdir. Anqola Milli Məclisi 220 deputatdan ibarətdir. 130 deputat bütün ölkə üzrə proporsional sistemi, 90 deputat isə majoritar sistemi üzrə seçilir. Daimi komissiya sessiyalararası dövrdə onun funksiyalarını yerinə yetirən Yığıncaq orqanıdır. Hökümətə prezident, baş nazir və nazirlər daxildir. Hökümət Milli Məclis qarşısında məsuliyyət daşıyır. Anqolada çoxpartiyalı sistem mövcuddur.

İnzibati ərazilər[redaktə | əsas redaktə]

Nömrələnmiş inzibati ərazilər
Əyalət Sahəsi (km²) Əhalisi (min nəfər) İnzibati mərkəzi
1 Bengela 31.8 721.0 Bengela
2 Benqo 31.4 192.5 Kaşito
3 Biye 70.3 1336.5 Kvito
4 Cənubi Kvanza 55.7 653.1 Sumbe
5 Cənubi Luanda 45.6 146.1 Saurimo
6 Kabinda 7.3 214.4 Kabinda
7 Kunene 89.3 242.0 Onciva
8 Kvando-Kubanqo 199.0 130.0 Menonge
9 Luanda 2.4 2776.1 Luanda
10 Malanje 97.6 1058.4 Malanje
11 Moşiko 223.0 368.4 Luena
12 Namibe 58.1 164.7 Namibe
13 Şimali Kvanza 24.2 402.4 Ndalatando
14 Şimali Luanda 102.8 303.5 Lukapa
15 Uambo 34.3 1802.8 Uambo
16 Uije 58.7 1080.9 Uije
17 Uila 75.0 948.4 Luqanqo
18 Zayri 40.1 377.4 Mbanza-Konqo

İstinadlar[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]

Həmçinin bax[redaktə | əsas redaktə]