Namaz

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Namaz (Ərəbcə: صلاة) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər."[1] Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır.

Gündəlik vacibi namazlar[redaktə | əsas redaktə]

Şəriətə görə, müsəlmanlar gündə beş vaxt vacibi namaz qılmalıdırlar:

  1. Sübh namazı;
  2. Zöhr namazı;
  3. Əsr namazı;
  4. Şam namazı;
  5. İşa namazı.

Sübh[redaktə | əsas redaktə]

Sübh namazı 2 rükətdir. Vaxtı dan yeri söküləndən günəş çıxana qədərdir.

Zöhr[redaktə | əsas redaktə]

Zöhr namazı 4 rükətdir. Vaxtı günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir.

Əsr[redaktə | əsas redaktə]

Əsr namazı 4 rükətdir. Vaxtı hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədər davam edir.

Məğrib[redaktə | əsas redaktə]

Məğrib namazı 3 rükətdir. Vaxtı günəş batandan şəfəq itənə qədər davam edir.

İşa[redaktə | əsas redaktə]

İşa namazı 4 rükətdir. Vaxtı şəfəq itəndən gecə yarısına qədər davam edir.

Müstəhəb namazlar[redaktə | əsas redaktə]

Gündəlik müstəhəb namazlar[redaktə | əsas redaktə]

Gündəlik müstəhəb (nafilə) namazlar 34 rəkətdir.

  1. Sübh namazının nafiləsi 2 rükətdir və sübh namazından əvvəl qılınır.
  2. Zöhr namazının nafiləsi 6 rükətdir və 4 rükəti zöhr namazından əvvəl, 2 rükəti isə sonra qılınır;
  3. Əsr namazının nafiləsi yoxdur.
  4. Məğrib namazının nafiləsi 2 rükətdir və məğrib namazından sonra qılınır.
  5. İşa namazının nafiləsi 2 rükətdir və işa namazından sonra qılınır.

Namazın rükunları[redaktə | əsas redaktə]

Sünnilikdə[redaktə | əsas redaktə]

Namazın fərz və vacib əməlləri vardır ki, namaz onlardan ibarətdir. Əgər onun fərz əməllərindən biri edilməzsə, şəriət qaydalarına əsasən həmin namaz düzgün olmaz. Həmin rükunlar bunlardır:

  1. Təkbirətul ihram - Namazın başlanğıcında edilən təkbirdir. „Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir.[2]
  2. Fərz namazının ayaq üstə qılınması - Gücü çatan hər kəs namazı ayaq üstə qılmalıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) İmran ibn Hüseyn adlı səhabəyə əmr edərək demişdir: „Namazı ayaq üstə qıl. Əgər bacarmasan otur qıl. Əgər bunu da bacarmasan onda uzan qıl.[3]
  3. Hər rükətdə fatihə surəsini oxumaq - Namaz qılarkən hər bir rükətdə mütləq fatihə surəsi oxunmalıdır. Ubadə ibn əs-Sammit Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: „Fatihə surəsini oxumayanın namazı yoxdur.[4]
  4. Rüku etmək - Namaz qılarkən qiyamdan sonrakı hərəkət rüku etməkdir. Uca Allah buyurur: „Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın.”[5]
  5. Rükudan qalxandan sonra qamətini düzəltmək - Rükudan qalxandan sonra səcdəyə etməmişdən əvvəl qamətini tam düzəltmək lazımdır. Əbu Məsud əl-Ənsari Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: „Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil.”[6]
  6. Səcdə etmək - Rükudan qalxdıqdan sonra səcdə edilir. Uca Allah Qurani-Kərimdə buyurur: „Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın.”'[5] Səcdə isə 7 əza üzərində edilməlidir. İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: „Mənə yeddi əza üzərində səcdə etmək əmr olunmuşdur. Həmin əzalar: Alın, sonra burnuna da işarə etdi. İki əl, iki diz, iki ayağın baş tərəfi.[7] Həmçinin İbn Abbas Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət etmişdir: „Burnunu alnı kimi yerə qoymayanın namazı düzgün olmaz.”[8]
  7. İki səcdə arasında oturmaq - Birinci səcdə və ikinci səcdə arasında oturmaq lazımdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: „Namaz zamanı rüku və səcdə edəndə qamətini düzəltməyən kimsənin namazı düzgün deyil.[6]
  8. Axırıncı təşəhhüd - Namazın son rükətində təşəhüddə oturmaq lazımdır. İbn Məsud rəvayət etmişdir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) məni qarşısında oturtub təşəhhüdü Qurandan bir surə öyrətdiyi kimi öyrətmişdir.
  9. Axırıncı təşəhhüddən sonra Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat demək - Fudalə ibn Ubeyd əl-Ənsari deyir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: „Biriniz namaz qılarkən namazını Rəbbinə tərif deyib, Ona həmd-səna etməklə başlasın. Peyğəmbərə (səllallahu aleyhi və səlləm) salavat desin, sonra istədiyi duanı etsin.[9]
  10. Salam vermək - Namazın sonunda salam verilir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: „Namazın başlanğıcı təmizlikdir. Namazda artıq hərəkətləri haram edən təkbir etməkdir. Artıq hərəkətləri halal edən isə salam verməkdir.[2]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Ənkəbut surəsi, 45-ci ayə
  2. 2,0 2,1 Həsənun Səhih. Səhih Sünən İbn Macə: N.222. Tirmizi: 1/5/ N.3. Əbu Davud: 1/88/ N.61. İbn Macə: 1/101/ N.275
  3. Hədis səhihdir. Səhih əl-Cami əs Səğir: N.3778. Buxari 2/587/ N.1117. Əbu Davud 3/233/ N.939. Tirmizi 1/231/ N.369
  4. Buxari: 2/236/ N.756. Müslim: 1/295/ N.394. Tirmizi: 1/156/ N.247. Nasai: 2/137. İbn Macə: 1/273/ N.837
  5. 5,0 5,1 əl-Həcc surəsi, 77-ci ayə
  6. 6,0 6,1 Hədis səhihdir. Səhih Sünən İbn Macə: N.710. Nəsai: 2/183. Tirmizi: 1/165/ N.264. Əbu Davud: 3/93/ N.840. İbn Macə: 1/282/ N.870
  7. Buxari: 2/297/ N.812. Müslim: 1/354/ N.490. Nəsai: 2/209
  8. Darəqutni: 1/348/ N.3. Bu rəvayəti Albani "Sifətus Salət" kitabında (səh.123) rəvayət etmişdir.
  9. Hədisin sənədi səhihdir. Sifətus Salət: səh.182. Məktəbətul Məarif nəşri. Tirmizi: 5/180/ N.3546. Əbu Davud: 4/354/ N.1468

Həmçinin bax[redaktə | əsas redaktə]

Xarici keçidlər[redaktə | əsas redaktə]