Qana

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Republic of Ghana
'Republic of Ghana'
Qana bayrağı Qana gerbi
Bayrağı Gerbi
Şüar: Azadlıq və Ədalət
Himn:
Qana – xəritədə yeri
Paytaxt Akkra
Böyük şəhərlər Akkra, Tamale, Kumasi, Bolqatanqa.
Rəsmi dil İngilis dili
Prezident
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

238 533 km² (82-ci yer)
4,5
Əhali
• Təxmini sayı (2016)
• Siyahıyaalma (26.IX.2010)
Əhali sıxlığı

27,5 milyon nəfər (48-ci yer)
24 658 823 nəfər
115 nəfər/km²
İnternet domeni .gh
Telefon kodu +233

Qana, rəsmi adı Qana Respublikası — Qərbi Afrikada dövlət. Qərbdə Kot d’İvuar, şimal-qərbdə və şimalda Burkina-Faso, şərqdə Toqo dövlətləri ilə həmsərhəddir, cənub sahilləri Qvineya körfəzinin suları ilə əhatə olunmuşdur.

Siyasi və coğrafi mövqeyi[redaktə | əsas redaktə]

Afrikada Qvineya körfəzi sahilinin ölkələrindən sayılan Qana Respublikası Volta çayı hövzəsində yerləşir. Sahəsi 238,5 min kv. km, əhalisi 25,2 mln. nəfərdir (2013). Paytaxtı Akkra şəhəridir. Dövlət dili ingilis dilidir.

Təbii resursları[redaktə | əsas redaktə]

Region ölkələri arasında Qananın ekoloji-coğrafi mühiti bir sıra xüsusiyyətləri ilə fərqlənir. Bu fərq ilk növbədə dəniz sahilində özünü göstərir. Takoradidən şərqə doğru savanna yerləşsə də, həmin enlikdə rütubətli meşə zonası üstünlük təşkil edir. Savannanın dəniz sahilinə yaxın olmasının əsas səbəbi yağıntıların 650–800 mm və illik temperaturun yüksək olmasıdır. Takoradidən qərbə doğru yağıntılar kəskin artır-2000 mm. Burada həmişəyaşıl tropik meşələrlə yanaşı, yağlı palma, şəltik əkin sahələri də üstünlük təşkil edir. Ən isti aylarda (mart) orta temperatur 27°S, ən soyuq ayda (avqust) 23°S.-dir.

Qana Respublikası qızıl, almaz, dəmir filizi, manqan, xromit və neft-qaz. meşə materialları, balıq, hidpoenerji resursları ilə zəngindir. Ölkənin əsas ixrac məhsulları qızıl, almaz, alüminium, boksit, marqan filizi, kakao, meşə materialları və balıq məhsullarıdır.

Əhalisi[redaktə | əsas redaktə]

Əhalinin illik artım 1,9% , orta illik ömür: kişilərdə 59 yaş, qadınlarda 62 yaş təşkil edir. Qana əhalisinin 72%-i Qvineya dil yarımqrupuna daxildir. Əhalinin etnik tərkibinin 43%-ni akan, 15,2%-ni mole-daqbon, 11,7%-ni eve, 7,3%-ni adanqme, 4%-ni quan, 3,6%-ni qurma, 2,6%-ni qrusi və s. xalqlar və etnik qruplar təşkil edir (2000-ci il siyahıyaalınmasına əsasən). Akan etnosları Qvineya dil yarımqrupunun 65%-ni, bütün ölkə etnik qruplarının isə 43%-ni təşkil edir. Akan etnosuna çvi (tvi), fanti (meşə zonasında), akvapim (dəniz sahilində), aşanti, dençira, baule və s. xalqlar daxildir. Akanların dili dörd ədəbi dil formalarına bölünür: çvi (tvi), fanti, Akvapim və akim.

Siyasət[redaktə | əsas redaktə]

Qananın ilk baş naziri və ilk prezidenti Kvame Nkruma idi. Hal-hazırki prezident Con Dramani Maxamadır.

İstinadlar[redaktə | əsas redaktə]


Xarici keçidlər[redaktə | əsas redaktə]