Noyşvanştayn qəsri — Almaniyada, Bavariya vilayətinin cənub-qərbində, Füssen şəhərinin Hohenşvanqau kəndi ərazisində, hündür, sıldırımlı təpənin zirvəsində yerləşən XIX əsrdə inşa olunmuş neoroman üslublu qəsr-saraydır. Qəsr Bavariya kralı II Lüdviqin sifarişi ilə kral iqamətgahı olaraq və Rixard Vaqnerin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilmişdir. Qəsrin inşası üçün lazım olan məbləğ Bavariya büdcəsindən deyil, II Lüdviqin şəxsi büdcəsindən ödənmişdir.
Həyata küskün kralın sığınacağı kimi inşa edilmiş qəsr, onun ölümündən sonra, 1886-cı ildə ictimai ziyarətə açılmışdır. Həmin dövrdən 60 milyondan artıq insan Noyşvanştayn qəsrini ziyarət edib. İl ərzində orta hesabla 1,3 milyondan çox ziyarətçisi olan abidə, yay günlərində bəzən gün ərzinsə 6000 ziyarətçi qəbul edir. Bir neçə filmin çəkiliş meydanı da olmuş qəsr, Disneylendin Yatmış gözəl qəsrinin və sonrakı oxşar tikililərin də ilham mənbəyi olmuşdur. (Davamı...)
Qara Yanvar — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.
Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. (Davamı...)
1990 — SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə sovet ordusu hissələri həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə hücum etmiş, bu hücum nəticəsində 150-dən artıq dinc sakin qətlə yetirilmiş, yüzlərlə insan yaralanmışdır.
Kubok qarşılaşması 1972-ci ildən 1999-cu ilədək UEFA Kuboklar Kubokunu qazanan komanda ilə UEFA Çempionlar Liqasını qazanan komanda arasında keçirilirdi. UEFA Superkuboku sonuncu dəfə bu formatda 1999-cu ildə — "Mançester Yunayted" və "Latsio" komandaları arasında oynanılıb: "Latsio" "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanıb. Qalib 1997-ci ilədək hər iştirakçı komandanın stadionunda bir dəfə oynanılmaqla iki oyunun nəticəsinə görə müəyyənləşirdi. 1998-ci ildən neytral stadionda bir oyun keçirilir. Superkubok oyunu 1998-ci ildən 2012-ci ilədək Monakodakı "II Lui" stadionunda keçirilib.