Kalsium

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
20 kaliumkalsiumskandium
Mg

Ca

Sr
Ca-TableImage.png
Ümumi
Ad, İşarə, Nömrə kalsium, Ca, 20
Qrup, Dövr, Blok 2, 4, s
Xarici görünüşü
Ca,20.jpg
Atom kütləsi 40.078 q/mol
Elektron formulu [Ar] 4s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 842 °C
(1115 K, 1548 °F)
Qaynama temperaturu 1484 °C
(1757 K, 2703 °F)

Kalsium (Ca) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 20-ci element. Kalsium təbiətdə bərk, gümüşü ağ metal şəklində olur.

Kalsium insan orqanizmində[redaktə | əsas redaktə]

İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.

Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır. Təəssüflər ki, bu gün kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir. Kalsium çatışmazlığı:

  • Əzələ və oynaq ağrıları
  • Sümük əriməsi
  • Yuxu problemləri
  • Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.

Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800–1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.

Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam, kələm, balıq və. s[1]

Mənbə[redaktə | əsas redaktə]

  1. Kalsiumun insan orqanizmində rolu

Vikianbarda Kalsium ilə əlaqəli mediafayllar var.