Tailand
|
|||||
Paytaxt | Banqkok | ||||
Rəsmi dil | Tay dili | ||||
Yaranması | |||||
Ərazi • Ümumi |
513.120 km² km² |
||||
Əhali • Təxmini sayı • Əhali sıxlığı |
67.091.089 (2012) nəfər nəfər/km² |
||||
Pul vahidi | Baht ([[ISO 4217|]] ) |
||||
Saat qurşağı | (UTC+7) (UKV) | ||||
İnternet domeni | .th | ||||
Telefon kodu | ++66 |
Tailand krallığı (Pratet Tai, th. ราชอาณาจักรไทย [râːtɕʰa ʔaːnaːtɕɑ̀k tʰɑj]) — Hind-Çin yarımadasında dövlət. Monarxiya quruluşuna malikdir. Digər yarımada dövlətlərinə görə nisbətən inkişaf etmişdir. Adı bir vaxtlar Siyam Krallığı olan ölkə 1939-cu ildə Tailand adlandırılmışdır. Paytaxt Banqkokun tai dilindəki mənası "mələklər şəhəri"dir. 200 il bundan əvvəl kiçik bir balıqçı şəhəri olaraq Siyam Krallığının paytaxt qurulan şəhəri, indi Asiyanın ən böyük şəhərlərindən biridir.
Tailand 4 ölkə ilə həmsərhəddir – Kamboca, Laos, Myanma və Malayziya.
Mündəricat
Dövlət rəmzləri[redaktə | əsas redaktə]
Tailand Krallığının dövlət rəmzləri: Tailand bayrağı, Tailand gerbi və Tailand himnidir.
Əhalisi[redaktə | əsas redaktə]
Tailand çoxmillətli ölkə olub əhalisinin yarıdan çoxunu tai xalqları təşkil edir. Tailand ərazisində həmçinin laolar, çinlilər, vyetnamlılar, khmerlər və başqa xalqlar da yaşayır. Ölkədə tai dili rəsmi dil kimi qəbul edilmişdir.
2009 – cu ilin aprel ayının əvvəlinə olan rəsmi təxminlərə əsasən Tailandın 66,8 milyon nəfər əhalisi var .[1]
Tarixi[redaktə | əsas redaktə]
Tailand ərazisində ilk dövlətlər I – II əsrlərdə yaranmağa başlamışdır. Tailərin üstünlük təşkil etdiyi ilk böyük dövlət XII əsrin sonu-XIII əsrin əvvəllərində yarandı və Sukotai dövləti adlandı. XIII əsrin ortalarından sonra Tailand ərazisində Siam dövləti yarandı. Ölkə Tailand adını yalnız 1932-ci ildə baş vermiş dövlət çevrilişindən sonra aldı.[2]
Mədəniyyəti[redaktə | əsas redaktə]
Tailand inkişaf etmiş aqrar – sənaye ölkəsidir. Zəngin təbii sərvətlərə malikdir. Lakin iqtisadi inkişafı xarici kapitaldan, xüsusilə də ABŞ və Yaponiyadan asılıdır. Ölkəyə edilən iqtisadi müdaxilə istər – istəməz onun mədəniyyəti, maarifi və incəsənətinə də təsir göstərir.
Maarif[redaktə | əsas redaktə]
Tailandda təlim ədəbi tai dilində aparılır. İbtidai təhsil 7 illik olub bütün əhali üçün məcburidir. Tailanda əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 4 – 7 yaşlı uşaqların tərbiyəsi ilə məşğul olan məktəbəqədər tərbiyə müəssisələri də mövcuddur. Orta təhsilin müddəti 5 il, texniki – peşə təhsilinin müddəti isə 1 – 3 ildir. Banqkokda 5 Universitet, Milli Kitabxana, Milli Muzey fəaliyyət göstərir.
Mətbuat[redaktə | əsas redaktə]
Tailandda çoxsaylı gündəlik qəzetlər nəşr edilir. Qəzetlər tai dilində çıxır. "Deyli nyus", "Tai rat", "Siam rat" və s. gündəlik çıxan qəzetlər vardır. Tai dilindən başqa ingilis dilində də "Banqkok post", "Neyşn revyu" kimi qəzetlər nəşr edilir. Çin əhalisi çox olduğundan çin dilində də qəzetlər çıxır, məsələn, "Sinsyan jibao" və s.
1930-cu ildə Tailand milli radio verlişləri stansiyası, 1955-ci ildən isə Tailand milli televiziyası fəaliyyət göstərir. Tailand Xəbərlər Agentliyi isə 1977-ci ildə yaradılmışdır .
Ədəbiyyat[redaktə | əsas redaktə]
Tailandın ilk ədəbi abidələri salnamə xarakteri daş kitabələrdir. Bu daş kitabələr XIII əsrin sonu- XIV əsrin əvvəllərinə aiddir. "Rama Kamhengin Stelası" ən qədim epiqrafik abidədir. Qədim Tailand ədəbiyyatına Hind ədəbiyyatı güclü təsir etmişdir. klassik şerlər əsasən dini – mədhiyyə xarakteri daşıyırdı. Epik poemalar və lirika XV – XVI əsrlərdən inkişaf etməyə başlamışdı. "Böyük həyat", "Yunanların məğlubiyyəti", "Parlo" və s. əsərlər həmin dövrün məhsullarıdır. XVIII əsrin məşhur lirik şairlərindən Sipart, Maharatçakru, Tammatibeti göstərmək olar. Həmin dövrün ədəbi yaradıcılığında "çərçivəli povestlər" deyilən janrlar mühüm yer tuturdu. Bu "çərçivəli povestlər" müxtəlif məzmunlu hekayələrdən ibarət idi. Dünyəvi mövzulara maraq XVIII əsrin sonundan artmağa başladı, nəşr işi inkişaf etdi.
Çauprayya Praklanqın "Raçatirat" tarixi romanı da həmin dövrün ədəbi nümunəsi idi. Sunton Punun "Kun Çanq və Kun Pen", "Pra Apaymani", Kral II Ramanın "Snao" poemaları, Pra Mahamontrinin "Şahzadə Landay" satirik poeması XIX əsr Tailand ədəbiyyatının ən yüksək səviyyəli nümunələridir. Tailanda realist ədəbiyyatı XX əsrin 30-cu illərindən inkişaf etməyə başladı. Siburapa, Lao Kamhom, Açin Pançapan, Seni Sauvaponq, Manat Tyanrayonq, İtsara Amantanun realizmin görkəmli nümayəndələri idi. Qadın yazıçı Tamayanti sosial mövzuda roman və hekayələr yazan müəllif kimi şöhrət qazanmışdır
Musiqi[redaktə | əsas redaktə]
Tailandda qədim zamanlardan dini və başqa mərasimlər, kənd bayramları musiqi ilə müşaət edilmişdir. Musiqi əsərləri əsasən sadə ritmli olub iti templə ifa olunur. Tailanda skripka tipli sau donq, sau o, sau sam say syounq, khim, tyakau (simli), khliy, pinay, khen, ranad yok, ranad thum, vonq iau, thon (nəfəs) və s. musiqi alətlərindən istifadə edilir. Tailandda həmçinin instrumental ansambllar geniş yayılmışdır. Montri Tramote, Narisi müasir Tailand bəstəkarlarına, U.Sukanthamalai, T.Aylen, Ç.Duryabhand və başqa müğənniləri nümunə gətirmək olar.
Dini vəziyyət[redaktə | əsas redaktə]
Tailanda buddistlər ölkə əhalisinin 96 faizini təşkil edirlər. Birmada olduğu kimi burada da buddizm özünün txeravad formasında inkişaf edib. Bura siam, kxmer, mon, lao, karen, dağ kxmerlərinin bir qrupu, və digər etnik qruplar daxildir. Buddizimin şimal məktəbi olan maxayanaya Tailandda yaşayan çinlilər, fyetnamlılar və bəzi laolar ibadət edir. Əhalinin 4 faizi müsəlmanlardır (malaylar, tyamlar, Banqladeş və Pakistandan gələnlər), əsasən sünnü-şafii məzhəblidirlər. Az sayda sünnü-hənəfilər və şiələr vardır. Çinləlirin bir hissəsi konfusianlıq və daosizmə etiqad edir. Tailandın əhalisinin kiçik bir hissəsi xristiandır. Xristian missionerləri bura XVI əsrdən çalışsalar da heç bir uğur qazana bilməyiblər. Əhalinin 0,5 faizini təşkil edən xristianlar əsasən Banqokda və ölkənin şimal hissəsində məskunlaşıblar. Katoliklərə(165 min nəfər) tailandda yaşayan vyetnamlılar, eləcə də avroasiyalı metislər arasında rast gəlmək olar. Protestanlar 30 min nəfərdirlər. Bununla yanaşı baptistlər, yeddinci günün adventistləri, lüteranlar və digər təriqətlərə mənsub xristianlar da vardır. Mərkəzi rayonlarda əsasən Hindistandan gələn induistlər (4 min nəfər), Banqokda isə az sayda siqxlər yaşayır. Tailandın bəzi dağ qəbilələri ənənəvi kultlara ibadət edirlər. Tailandın 14 min nəfər əhalisi heç bir dinə etiqad etmir.
İqtisadiyyatı[redaktə | əsas redaktə]
İnkişaf etmiş infrastruktura, azad bazar iqtisadiyyatına malik olan Tailand Krallığının iqtisadiyyatı ümumilikdə investisiya yönümlüdür və güclü ixrac potensialına malikdir. 1997-1998-ci illərdə Asiya maliyyə böhranından qurtulmuş Tailandın 2000-2008-ci illərdə ÜDM-də illik 4% artım müşahidə olunmuşdur. Tayland yüksək ixrac potensialına malik ölkədir. İxrac məhsulları əsasən maşınqayırma və elektron avadanlıq komponentləri, kənd təsərrüfatı məhsulları və zərgərlikdir. Bu üç sahənin ÜDM-də payı 50%-dən çoxdur. 2008-2009-cu illərdə dünyada hökm sürən maliyyə böhranı Tailandın ixracatını kəskin azaltdı. 2009-cu ildə iqtisadiyyatın artım tempi 2.2% təşkil etmişdir.
2010-cu ildə Taylandın ÜDM üzrə artımı 1995-ci ildən bəri ən yüksək həddə, 7.6%-ə çatmışdır. Buna səbəb ölkənin ixracatının dünya maliyyə böhranından sonra dirçəlməsi olmuşdur. 2010-cu ilin mart – may aylarında ölkədə baş vermiş iğtişaşlar Tailandın biznes mühitini və müştəri etimadını zəiflətmişdir. İğtişaşlar zamanı turizm sektorunun ciddi zərər çəkməsi və qısa müddətdə yenidən canlanması daha yüksək səviyyəli müştəri etimadının bərpa olunmasına rəvac vermişdir. Bundan başqa, ölkədə biznes və investisiya mühiti Tailand fond birjasının mart – may aylarında 5%-lik artım göstərməsi sayəsində öz mövqeyini qoruyub saxlaya bilmişdir. 2011-ci ildə ölkə iqtisadiyyatının həcminin artacağı ehtimalı böyükdür.
- Ümumi daxili məhsul: alıcılıq qabiliyyəti – 580,3 mlrd. ABŞ dolları. (2010)
- real artım nisbəti – 7,6% (2010), adambaşına – 8 700 ABŞ dolları (2010)
- ÜDM sektorlar üzrə: kənd təsərrüfatı: 10.4%, sənaye: 45.6%, xidmət: 44% (2009)
- Xarici valyuta və qızıl ehtiyatları – 176,1 mlrd. ABŞ dolları (2010)
- Büdcə: Gəlirlər: 56.33 mlrd. ABŞ dolları, Xərclər: 56.87 mlrd. ABŞ dolları (2010)
- İnflyasiya: 3.3% (2010)
- Sənaye: turizm, tekstil və geyim, kənd təsərrüfatı məhsullarının emalı, içki, tütün
məmulatları, zərgərlik məmulatları, sement, kompüter və hissələri, mebel, avtomobil hissələri, volfram (dünyada ikinci istehsalçı).
- Kənd təsərrüfatı məhsulları: düyü, tropik bitkilər, şəkər çuğunduru, kokos, soya.
- İxrac: 191.3 mlrd. ABŞ dolları (2010)
- İxrac tərəfdaşları: ABŞ – 10.9%, Çin – 10.6%, Yaponiya – 10.3%, Honkonq – 6.2%,
- Avstraliya – 5.6%, Malayziya – 5%, Sinqapur – 4.97% (2009)
- İxrac malları: tekstil və ayaqqabı, balıq məhsulları, düyü, rezin, zərgərlik məmulatları,
avtomobil, kompüter və elektrik avadanlıqları.
- İdxal: 156.9 mlrd. ABŞ dolları (2010)
- İdxal tərəfdaşları: Yaponiya – 18,7%, Çin – 12,7%, Malayziya – 6.4%, ABŞ – 6.3%,
BƏƏ – 5%, Sinqapur – 4.3%, Cənubi Koreya Respublikası – 4.1% (2009)
- İdxal malları: istehsal vasitələri, sənaye məhsulları, yanacaq.
- Xarici borc: 82.5 mlrd. ABŞ dolları (2010)
- Pul vahidi: Baht; 1 ABŞ dolları = 31.663 baht (2010)
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Tailand Milli Statistika Ofisi
- ↑ Mədəniyyət tarixi və nəzəriyyəsi. Ali məktəblər üçün dərslik M.J.MANAFOVA, N.T.ƏFƏNDİYEVA və S.A.ŞAHHÜSEYNOVANIN ümumi redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh. İSBN 5-86106-104-1
Həmçinin bax[redaktə | əsas redaktə]
Tailand mövzularda | ||
---|---|---|
Gerb • Bayraq • Himn • Dövlət quruluşu • Konstitusiya • Parlament • İnzibati bölgü • Coğrafiya • Şəhərlər • Paytaxt • Əhali • Dillər • Tarix • İqtisadiyyat • Valyuta • Mədəniyyət • Din • Kinematoqraf • Ədəbiyyat • Musiqi • Bayramlar • İdman • Təhsil • Elm • Nəqliyyat • Turizm • Poçt (tarixi və markaları) • İnternet • Silahlı qüvvələr • Xarici siyasət |
Asiya ölkələri | ||
---|---|---|
Azərbaycan • Banqladeş • Bəhreyn • BƏƏ • Bruney • Butan • Cənubi Koreya • Çin • Ermənistan • Əfqanıstan • Filippin • Gürcüstan • Hindistan • İsrail • İndoneziya • İordaniya • İraq • İran • Kamboca • Kipr • Qazaxıstan • Qətər • Qırğızıstan • Koreya Xalq Demokratik Respublikası • Kuveyt • Laos • Livan • Malayziya • Maldiv • Misir • Monqolustan • Myanma • Nepal • Oman • Özbəkistan • Pakistan • Rusiya • Səudiyyə Ərəbistanı • Sinqapur • Suriya • Şərqi Timor • Şimali Kipr Türk Respublikası • Şri-Lanka • Tacikistan • Tayland • Türkmənistan • Türkiyə • Vyetnam • Yaponiya • Yəmən |
İslam Əməkdaşlıq Təşkilatı (OCI) | |
---|---|
Üzv ölkələr |
Albaniya • Azərbaycan • Banqladeş • Benin • Bəhreyn • Birləşmiş Ərəb Əmirlikləri • Bruney • Burkina-Faso • Cibuti • Çad • Əfqanıstan • Əlcəzair • Fələstin • |
Müşahidəçi ölkələr | Bosniya və Herseqovina • Mərkəzi Afrika Respublikası • Rusiya Federasiyası • Şimali Kipr Türk Respublikası • Tailand |
Müşahidəçi təşkilatlar | Afrika Birliyi • Birləşmiş Millətlər Təşkilatı • Ərəb Birliyi • ECO • Bitərəf Dövlətlər Hərəkatı |
|
|
|