Suriya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Suriya Ərəb Respublikası
الجمهوريّة العربيّة السّوريّة
(Al-Jumhuriya al-`Arabiya as-Suriya)
Suriya bayrağı Coat of arms of Syria.svg
(In Detail)
National Motto:
Syria in its region (claimed).svg
Rəsmi dil Ərəb dili

Rəsmi din İslam

Paytaxt Dəməşq
Prezident Bəşşar əl-Əsəd
Ərazi
 - Ümumi
 - % Su
88-cı yer
185,180 km²
0.06%
Əhali
 - Ümumi
 - Əhali sıxlığı
55-ci yer
20 milyon ( 2016 il,təxmini)
93/km²
Pul Suriya pound
Saat qurşağı UTC +2
Internet TLD .sy
Telefon kodu 963

Suriya Ərəb Respublikası (azərb. الجمهوريّة العربيّة السّوريّة) - Orta Şərqdə dövlət, paytaxtı Dəməşq şəhəridir. Suriya şimalda Türkiyə, şərqdə İraq, cənub – şərqdə İordaniya, cənub – qərbdə İsrailLivanla, qərbdə isə Aralıq dənizi ilə əhatə olunmuşdur. Ən böyük şəhərləri Hələb, Dəməşq, Hims, Həma, Ər-Rəqqə, Əl-Qamışlı, Deyr əz-ZurƏl-Həsəkədir.

Əhali[redaktə | əsas redaktə]

Suriya əhalisi
Tarix Əhali[1]
1960 sa. 4 565 121[2][1]
1970 sa. 6 304 685[2][1]
1981 sa. 9 046 144[2][1]
1994 sa. 13 782 315[2][1]
2004 sa. 17 920 844[3][1]
  • Suriya Mərkəzi Statistika Bürosunun son rəsmi məlumatına əsasən 31.12.2011 tarixinə ölkənin daimi əhalisinin sayı 21,377,000[4] nəfərdir.

Etnik tərkib[redaktə | əsas redaktə]

Suriyada təxminən 22 milyon əhali yaşayır. Suriyalılardan başqa livanlılar, fələstinlilər, iordaniyalılar, az sayda isə maltalılar bu ölkənin vətandaşlarıdır.

Danışılan dillər[redaktə | əsas redaktə]

Rəsmi dil ərəb dilidir. Müasir ərəb dialektindən istifadə olunur. Ölkənin şimal qərbində kürd və türk dillərindən istifadə olunur.

Dini vəziyyət[redaktə | əsas redaktə]

Suriyada əhalinin əksər hissəsini (90%-dən çox) müsəlmanlar təşkil edir, ölkədə xristianlar (7%) da vardır. İslam ardıcıllarının çoxu hənəfi və digər məzhəbli sünnilərdir (74%). Onlardan başqa əsasən Latakiyada yaşayan nusayritlər (12%), Əs-Suveydə yaşayan druzlar (3%) - hər iki vilayətdə sünnilər azdır – , Salamiyyədə rast gəlinən ismaililər (38 min), ortodoksal şiə-imamlar (15 min) da mövcuddur. Sünnülər əsasən ərəblərin böyük hissəsi və kürdlər, çərkəzlər, türkman və türklərdir. Şiələr isə ərəblərin bir hissəsi və farslardır.

Xristianlar arasında pravoslavlar (300 min nəfər) və katoliklər (205 min nəfər, yunan-katoliklər, siro-katoliklər, erməni-katoliklər, maronitlər, xaldo-katoliklər, latın ənənəli katoltiklər). Bunlardan başqa, erməni-qriqoryanlar (150 min nəfər), yakobitlər (125 min nəfər), nestorianlar (20 min nəfər), protestantlar (20 min nəfər, presvitreianlar, Yaxın Şərqdə erməni Yevanqelist kilsələri Birliyinin ardıcılları, anqlikanlar, yeddinci günün adventistləri və s.) da yaşayırlar. Xristianlıq əsasən ərəblər arasında yayılıb, eyni zamanda ermənilər və assuriyalılar arasında da mövcuddur. Digər dinlərin ardıcıllarından yezidlər (10 min nəfər, kürdlərin bir hissəsi) və iudaistlər (4,5 min nəfər) vardır.

İnzibati bölgü[redaktə | əsas redaktə]

Suriya inzibati cəhətdən 14 muhafazlığa , muhafazlıqlar 60 məntəqəyə , məntəqələr isə öz növbəsində 206 nahiyyəyə bölünür .

Suriya Ərəb Respublikasının muhafazlıqları :

Syria-blank-governorates.png

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :Population existed in Syria according to censuses(1960, 1970, 1981, 1994, 2004) and estimates of their number in mid years 2005-2011 (000), Table 10/2
  2. 2,0 2,1 2,2 2,3 GeoHive: Global Statistics :Syria population statistics
  3. Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :نتائج تعداد السكان والمساآن لعام ٢٠٠٤ على مستوى المحافظات
  4. Syrian Arab Republic Office Of Prime Minister - Central Bureau Of Statistics :Estimates of Population actually living in Syria by governorate and sex (000) * on 31/12/2011, Table 3/2---or---تقدير عدد السكان المتواجدين في سورية حسب المحافظة والجنس (بالألف)* في31 / 12 / 2011: The number doesn’t include syrian population abroad

Həmçinin bax[redaktə | əsas redaktə]