Pakistan

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Pakistan İslam Respublikası
اسلامی جمہوریۂ پاکستان
Islamic Republic of Pakistan
Pakistan bayrağı Pakistan gerbi
Bayrağı Gerbi
Şüar: Ittehad, Tanzim, Yaqeen-e-Muhkam  (urdu)
"Birlik, İntizam ve İnam"
Himn: Qaumi Tarana
Pakistan – xəritədə yeri
Paytaxt İslamabad
Böyük şəhərlər Karaçi, Lahor, Feysəlabad, Ravalpindi, Multan, Heydərabad
Rəsmi dil Urduİngilis
Etnik qruplar Pəncablılar (44,15%)
Puştunlar (15,42%)
Sindxlər (14,1%)
Seraikilər (10,53%)
Mühacirlər (7,57%)
Bəluclar (3,57%)
digər (4,66%)
Prezident Məmnun Hüseyn
Baş nazir Nəvaz Şərif
Yaranması
 - Müstəqilliyin elanı 14 avqust 1947
 - İslam respublikasının elanı 23 mart 1956
 - Şərqi Pakistanın ayrılması 26 mart 1971
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

796 096 km² (36-cı)
3,1
Əhali
• Təxmini sayı (2016)
• Siyahıyaalma (1998)
Əhali sıxlığı

192.540.254 nəfər (6[1]-cı)
132 352 279 nəfər
206 nəfər/km²  (55-ci)
ÜDM (AQP)
  • Cəmi (2008)
  • Adam başına

$$439 558 milyon
$$2 738
ÜDM (nominal)
  • Cəmi (2008)
  • Adam başına

$$167 640 milyon  (47-ci yer)
$$1 044
İnsan inkişafı indeksi (2008) 0,562  ({{{3}}}) (139-cu)
Pul vahidi Rupi (Rs.) (PKR)
Saat qurşağı Standart Pakistan Vaxtı (UKV+5)
Yay vaxtı (UKV+6)
İnternet domeni .pk
Telefon kodu +92

Pakistan (urdu. پاکِستان — «təmizlərin torpağı», ing. Pakistan) tam adı Pakistan İslam Respublikası (urdu. اسلامی جمہوریہ پاکِستان İsləmi‘ Cumhüri‘yah-e-Pəkistan, ing. Islamic Republic of Pakistan) – Cənubi Asiyada dövlət. Cənubda Benqal körfəzi, qərbdə Əfqanıstanİran, şərqdə Hindistan və şimal-şərqdə Çin ilə həmsərhəddir.

Pakistan Azərbaycanın ərazilərini işğal etdiyi üçün Ermənistanın dövlət müstəqilliyini tanımayan yeganə BMT üzvüdür[2]

Etimologiyası[redaktə | əsas redaktə]

Pakistan - ölkəyə bu ad 1933-cü ildə siyasi-aktivist Çudhari Rəhmət Əli tərəfindən verilmişdir. Mənası isə “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da vardır. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P” – Pəncab, “a” – afqan, “k” – Kəşmir, “s” – Sinda, “tan” isə - Belucistan deməkdir.

Tarixi[redaktə | əsas redaktə]

Müasir tarix[redaktə | əsas redaktə]

1947-ci ildə istiqlaliyyət qazanan Hindistan dini icma prinsipi əsasında iki dövlətə - Hindistan və Pakistan dövlətlərinə bölündü. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan dövlətinin yaradıldığı elan edildi. Onun əhalisi əsasən müsəlmanlardan ibarət idi. 1948-1950-ci illərdə ölkədə vergi və torpaq islahatları keçirildi. 1956-cı ilin martın 23-də Pakistan federativ respublika elan olundu. Onun tərkibinə iki vilayət - Qərbi və Şərqi Pakistan daxil idi. Ölkədəki qeyri-sabitlik 1958-ci il oktyabrın 8-də hərbi çevrilişə gətirib çıxardı. Hərbi hökümət konstitusiyanın və siyasi partiyaların fəaliyyətini qadağan etdi. 1962-cı il martın 1-də Pakistan prezident respublikası oldu. Prezident vəzifəsinə hərbi hakimiyyətin başçısı Əyyub xan seçildi. 1965-ci ildə Hindistanla Kəşmir ərazisi uğrunda hərbi münaqişə baş verdi.

1966-cı ildə Daşkənddə Hindistan və Pakistan başçılarının görüşü oldu. Birgə razılıq bəyannaməsi qəbul edildi və münaqişə dinc yolla nizama salındı. Siyasi müxalifətin güclənməsi və Şərqi Benqaliyanın ayrılması uğrunda kütləvi hərəkatın başlanması 1969-cu ildə Pakistanda siyasi böhrana səbəb oldu. Həmin il martın 25-də Pakistanda yeni hərbi çevriliş baş verdi. Hakimiyyətə general Yəhya xan gəldi. 1970-ci ildə Pakistanın tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirildi. Seçkilər zamanı əksəriyyət səsi ölkənin şərqində Xalq Liqası partiyası, qərbində isə Pakistan Xalq partiyası qazandılar. Xalq Liqası partiyası Şərqi Benqaliyaya muxtariyyət verilməsi tələbi ilə çıxış etdi. Pakistan höküməti bu tələbi rədd etdi. Ölkənin şərq hissəsində separatizm hərəkatı başlandı.

1971-ci il martın 25-dən 26-na keçən gecə Şərqi Benqaliyaya qoşun yeridildi. Qanlı vətəndaş müharibəsi başlandı. Müharibənin ilk günündə, martın 26-da Banqladeş Xalq Respublikası elan olundu. 1971-ci ilin dekabrında hərbi münaqişəyə Hindistan da qoşuldu. Hindistan-Pakistan müharibəsi başlandı. Pakistan ordusu məğlub edildi. Bu məğlubiyyət nəticəsində Pakistanda hərbi rejim iflasa uğradı və general Yəhya xanın höküməti istefa verdi. Hakimiyyətə başda Pakistan Xalq partiyasının lideri Zülfüqar Bhutto olmaqla mülki hökümət gəldi. Yeni hökümət bir sıra mütərəqqi iqtisadi və sosial tədbirlər həyata keçirdi. Aparıcı sənaye sahələri, banklar milliləşdirildi. Aqrar islahatlar həyata keçirildi. Mülkədar torpaq sahibliyi məhdudlaşdırıldı. Kəndli təsərrüfatlarına dövlət yardımı artırıldı. 1972-ci ildə Hindistanla Pakistan arasında mübahisəli məsələləri həll etmək üçün saziş imzalandı.

1974-cü ildə Pakistan Banqladeşi müstəqil dövlat kimi tanıdı. 1976-cı ildə Hindistanla diplomatik münasibətlər yarandı. Xalq Partiyası (PXP) başda Z.A.Bhutto olmaqla yenidən seçkilərdə qələbə çaldı. Lakin müxalifət bloku - Paxistan Milli Alyansı seçkilərin nəticələrini tanımadı və yeni seçkilər keçirilməsi tələbini irəli sürdü. Ölkəni siyasi böhran bürüdü. Bundan istifadə edən general Ziya-ül-Həqq iyulun 5-da hərbi çevriliş edərək hakimiyyətə gəldi. O, parlamenti buraxdı. Konstitusiyanı ləğv etdi. Siyasi partiyaların fəaliyyati dayandırıldı. Baş nazir Z.O.Bhutto hakimiyyatdən sui-istifada etməkdə günahkar bilinərək 1979-cu il aprelin 4-da edam olundu. Ölkədə ənənəvi həyat tərzinin dəyişməsi, yeniliklə köhnəliyin toqquşması keçmişi həsrətlə anmağı, dini dirçəltməyi yada saldı. Rahbarlik dünyəvi döv1ət qurmaq prinsiplarindan uzaqlaşdı.

1979-cu ildə prezident Ziya-ül-Haqq Paxistanı İslam Respublikası elan etdi. Yeni hökümət cəmiyyətin sosial-siyasi hayatını islamlaşdırmağa başladı. Bu dövrdə xarici siyasətin əsas istiqamati qonşu Əfganıstanda baş verən hadisələrə yaxından müdaxilə etməyə, oradakı müqavimət hərəkatına hər cür yardım göstərməyə yönəldildi. Pakistan ərazisində 3 milyondan çox əfqan qaçqınına sığınacaq verildi. Daxildə isə siyasi sabitlik yox idi. Müxtəlif istiqamətli siyasi partiyalar bir-biri ilə mübarizə aparər, əhali arasında milli-dini zəmində toqquşmalar törədirdilər. Belə münaqişələr hamişə ordunun köməyi ilə yatırılırdı.

1988-ci ilin avqustunda Ziya-ül-Haqq təyyarə qazasında halak oldu. Keçirilən parlament seçkilərində PXP kiçik üstünlüklərlə qələbə qazandı. Partiyanın sədri, edam olunmuş Z.O.Bhuttonun qızı Bənazir Bhutto baş nazir vəzifəsini tutdu. Yeni hökumət islahatlar keçirməyə, ölkə həyatını demokratikləşdirməyə, əhalinin vəziyyətini yaxşılaşdırmağa dair tədbirlər planı irəli sürdü. Lakin müxalifətdə olan İslam Demokratik Alyansı partiyası onun apardıği siyasətə qarşı çıxdı və istefasını tələb etdi. Ölkəni yeni iğtişaşlar bürüdü.

1990-cı ildə prezident Qulam İshaq xan Bənazir Bhuttonu vəzifədən kənarlaşdırdı və parlamenti buraxdı. Yeni parlament seçkiləri keçirildi. İslam Demokratik Alyansı partiyası seçicilərin əksəriyyətinin səsini qazandı və yeni hökuməti formalaşdırdı. 1999-cu ildə Pakistanda yeni hərbi çevriliş baş verdi. General Pərviz Müşərrəf hakimiyyəti ələ keçirdi. Parlamenti buraxdı. Ölkədə vəziyyət sabitləşdikdən sonra hakimiyyəti mülki hökumətə verəcəyi barədə bəyanatla xalqa müraciət etdi. 2001-ci ildə keçirilmiş prezident seçkilərində P.Müşərrəf ölkə prezidenti seçildi.

Əhalisi[redaktə | əsas redaktə]

Pakistan İslam Respublikası dövlət statitika orqanının (Population Census Organization) məlumatına əsasən 796.096[3] km² ərazisi olan ölkənin əhalisinin sayı 23 noyabr 2012-ci il üçün 181.435.603[4] nəfərə çatdığı ehtimal olunur. Son siyahıyaalma 1998-ci ildə aparılmış, onun nəticələrinə əsasən Pakistanın əhalisi 132.352.279 nəfər olmuşdur.[5]

Etnik tərkibi[redaktə | əsas redaktə]

Pakistandakı etnik qruplar

"Ethnologue report for Pakistan"a görə ümumilikdə ölkə ərazisində 72 dildə danışan etnik qrup var:[6] pəncablılar, puştunlar, Sindhilər, seraikilər, bəluclar, brahuilər, həzaralar, qucaratlılar, nuristanlılar, parslar, ərəblər, çinlilər, özbəklər, türkmənlər, uyğurlar və sairə.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population
  2. Nilufer Bakhtiyar: "For Azerbaijan Pakistan does not recognize Armenia as a country"
  3. Population Census Organization of Pakistan : Area 796,096 Sq.Kms
  4. Government of Pakistan: Population Census Organization: Population Clock
  5. GeoHive: Global Statistics : Pakistan
  6. Ethnologue : Languages of the World – 16 edition (2009): Languages of Pakistan

Həmçinin bax[redaktə | əsas redaktə]