Maldiv adaları

Vikipediya, açıq ensiklopediya
(Maldiv səhifəsindən istiqamətləndirilmişdir)
Keçid et: naviqasiya, axtar
Maldiv Respublikası
mald. ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ
Dhivehi Raajjeyge Jumuhooriyyaa
Maldiv Respublikası bayrağı Maldiv Respublikası gerbi
Bayrağı Gerbi
Maldiv Respublikası – xəritədə yeri
Paytaxt Male
Böyük şəhərlər Male
Rəsmi dil Maldiv dili
Prezident
Ərazi
• Ümumi

298 [1] km² (167-ci)
Əhali
• Təxmini sayı (2013)
Əhali sıxlığı

393 min nəfər (175-ci yer)
1 102 nəfər/km²  (11-ci)
Pul vahidi Rufiya (MVR, 462)
Saat qurşağı +5 (UKV)
İnternet domeni .mv
Telefon kodu +960

Maldiv adaları(maldiv dil. ދިވެހިރާއްޖެ, Dhivehi Raa’je), rəsmi adı Maldiv Respublikası (ދިވެހިރާއްޖޭގެ ޖުމުހޫރިއްޔާ}} {divehi raːɟɟeːge ɟumhuːrijjaː} Divexi Raddeqe Cumxuriyye) — Cənubi Asiyada dövlət[2], Hindistanın cənubunda, Hind okeanındakı atollarda yerləşir.Paytaxtı Male şəhəridir-150 min sakin (2014-cu il).

Tarix[redaktə | əsas redaktə]

Maldiv adalarında əhalinin məskunlaşması min il bundan əvvəl başlamışdır. Əvvəl Buddizm dininə itaət edən sakinlər, Ərəb taciri olan Əbul Bərəkət Əl-Bar Barinin təbliğatları ilə müsəlmanlığı qəbul etdi. Hazırda Maldiv adalarının əhalisinin demək olar ki, 100%-i müsəlmandır. XII əsrdən etibarən müstəqil sultanlıq, 1887-1965-ci illər ərzində isə [[Böyük Britaniya[[nın protektoratı olmuş Maldiv 1965-ci ilin iyul ayında müstəqilliyini elan etmişdir (1968-ci ildən respublikadır). 2005-ci il 15 noyabr tarixində isə iqlim dəyişikliklərinin təsiri ilə yüz illər sonra Maldiv adalarının suda batması gözlənildiyindən bu dövlətə Avstraliyaya sığınma haqqı verilmişdir. Maldiv Respublikasının hazırkı prezidenti - Abdulla Yəmin (2013).

Coğrafiyası[redaktə | əsas redaktə]

Maldiv Respublikası Hind okeanının ekvotirial sularında, Şri Lankanın (cənub-qərb istiqamətində) 700 kilometrliyində yerləşir. 1192 orta-kiçik adanı birləşdirən 20 atoldan ibarətdir. Əhalisi təxminən 365 min nəfərdir.(2015-ci il).Əhalinin sıxlığı çox yüksəkdir-1200 nəfər/kv.km!

Adalar okean səviyyəsindən bir qədər yüksəkdədirlər, arxipelaqın ən hündür nöqtəsi - cənubdakı Addu adalarında — 2,4 m.

Ümumi sahəsi — 90 min km², quru ərazi — 298 km². Paytaxtı Male şəhəri — arxipelaqın yeganə şəhəri və portu — eyni adlı atollda yerləşir.Ölkənin iqtisadiyyatın əsas sahələri-turizm və balıqçılıqdır.

Dövlət quruluşu[redaktə | əsas redaktə]

Maldiv Respublikası məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1965) 26 iyulda qeyd olunur. Ölkə Konstitusiyası 7 avqust 2008-ci ildən qüvvədədir.

İnzibati bölgüsü[redaktə | əsas redaktə]

Maldiv Respublikası Paytaxt Male və 20 adalar qrupundan ibarət olan 8 regiona (Uzaq Şimal, Şimal, Mərkəzi-Şimal, Mərkəzi, Mərkəzi-Cənub, Cənub, Uzaq Cənub və Paytaxt) bölünür.

Dövlət başçısı[redaktə | əsas redaktə]

Dövlət və hökumət başçısı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Lakin Prezidentliyə namizəd şəxs ilk növbədə ümumxalq referendumunda təsdiq edilməli və ən azı 51% səs toplamalıdır. Prezidentin ümumi səlahiyyət müddəti qeyri-məhduddur.

Tərkibi Parlamentin deputatlarından və dövlət qulluqçularının korpusundan təşkil olunan Nazirlər Kabinetinə Prezident rəhbərlik edir. Dövlət başçısı müstəsna səlahiyyətlərindən istifadə edərək 14 nazirin hər birini təyin və yaxud azad edə bilər və buna görə Parlament qarşısında heç bir məsuliyyət daşımır.

Maldiv Respublikasının 2008-ci ilin avqust ayında qəbul edilmiş yeni Konstitusiyasına əsasən Prezidentin səlahiyyətləri xeyli məhdudlaşdırılmışdır, yerli hakimiyyət orqanlarının hüquqları genişləndirilmişdir. Konstitusiyaya əsasən ölkədə çoxpartiyalı siyasi sistemin mövqeyi möhkəmləndirilmiş, insan hüquqları üzrə komissiyanın, Ali Məhkəmənin və Seçki Komissiyalarının hüquqları genişləndirilmişdir.

İcraedici hakimiyyət[redaktə | əsas redaktə]

Maldiv Respublikasında icraedici hakimiyyətə - Nazirlər Kabinetinə Prezident başçılıq edir. (Baş Nazir vəzifəsi 1975-ci ildən ləğv edilmişdir. Nazirlər Kabinetinin üzvləri Prezident tərəfindən parlamentin deputatlarından və ya dövlət qulluqçularından təyin edilir və ya azad olunur.

Qanunverici hakimiyyət[redaktə | əsas redaktə]

Maldiv Respublikasının qanunverici hakimiyyət orqanı bir palatalı Xalq Məclisidir. Parlamentin 50 üzvü 5 il müddətinə seçilir. (onlardan 42 nəfəri ümumi seçkilərin nəticələrinə əsasən müəyyən olunur, 8 nəfəri isə Prezident tərəfindən təyin olunur. Parlamentin səlahiyyətlərinə ölkə Konstitusiyası istisna olmaqla bütün qanunların baxılması və qəbulu, dövlətin illik büdcənin təsdiqi, beynəlxalq müqavilə və sazişlərin ratifikasiyası və s. məsələlər daxildir. Parlament tərəfindən qəbul edilmiş qərarlar təsdiq olunmaq üçün Prezidentə təqdim olunur. Prezident qərar layihəsini təkrar müzakirə olunmaq üçün parlamentə qaytarmaq hüququna malikdir. Qərar layihəsi təkrar müzakirə zamanı deputatların 2/3 hissəsi tərəfindən qəbul edərsə, Prezident həmin qanunu təsdiq etməlidir. Ənənəyə əsasən parlamentin sessiyaları ildə 2-3 dəfə çağrılır.

Maldiv Respublikasında 21 yaşına çatmış bütün vətəndaşlar seçki hüququna malikdirlər.

Məhkəmə hakimiyyəti[redaktə | əsas redaktə]

Ali Məhkəmə, 8 aşağı instansiya məhkəməsi və 19 yerli şəhər məhkəmələri ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.

Prezident tərəfindən təyin edilən, dövlət başçısının və formal olaraq Hökumətin qarşısında məsuliyyət daşıyan inzibati vahidliklərin rəhbərləri də kifayət qədər məhkəmə səlahiyyətlərinə malikdirlər. Yerlərdə şəriət hüquq sisteminin elementlərindən geniş istifadə edilir.

Mənbə[redaktə | əsas redaktə]

  • Печуров Л. В. Мальдивская Республика. — М., 1973.
  • Мальдивы. Карманный путеводитель. — М., 1997.
  • Мальдивские острова (Путеводитель Ле Пти Фюте). — М., 2001.
  • Страны мира. — М., 2003.

İstinadlar[redaktə | əsas redaktə]

  1. CIA - The World Factbook
  2. «Мальдивы»Большая советская энциклопедия — slovari.yandex.ru

Həmçinin bax[redaktə | əsas redaktə]