Malayziya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar

Malayziya
马来西亚
மலேசியா
Malayziya bayrağı Malayziya gerbi
Bayrağı Gerbi
Şüar: Bersekutu Bertambah Mutu
"Birlik gücdür"
Himn: "Negaraku"
"Mənim ölkəm"
Malayziya – xəritədə yeri
Paytaxt Kuala Lumpur[1]
Böyük şəhərlər Kuala Lumpur, Cohor-Baru, Subanq Caya
Rəsmi dil Malay
Etnik qruplar Malay, çinli, tamil, indoneziyalı və s.
Yanq di-Pertuan Aqonq (Ali başçı) Sultan Abdul Halim Muadzam Şah
Baş nazir Nəcib Tun Əbdürrazaq
Yaranması
 - Böyük Britaniyadan müstəqillik 31 avqust 1957
 - Federasiyanın qurulması 16 sentyabr 1963
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

329 845 km² (66-cı)
0,3
Əhali
• Təxmini sayı (2009)
• Siyahıyaalma (2000)
Əhali sıxlığı

28 276 000 nəfər (43-cü)
24 821 286 nəfər
86 nəfər/km²  (114-cü)
ÜDM (AQP)
  • Cəmi (2008)
  • Adam başına

$$384 119 milyon
$$14 071
ÜDM (nominal)
  • Cəmi (2008)
  • Adam başına

$$222 219 milyon
$$8 140
İnsan inkişafı indeksi (2008) 0,823  ({{{3}}}) (63-cü)
Pul vahidi Ringgit (MYR)
Saat qurşağı Standart Malayziya vaxtı (UKV+8)
İnternet domeni .my
Telefon kodu +60
Malayziya Aktı 1963 (rəsmi sənəd)
Malayziya ilə bağlı Saziş (rəsmi sənəd)

MalayziyaCənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, SaravakSabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda TaylandSinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi MalayziyaŞərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır.

Tarixi[redaktə | əsas redaktə]

Müasir insanların indiki Malayziya ərazisində təxminən 40.000 il əvvəl məskunlaşdıqları təxmin edilir. Burada ilk məskunlaşan insanların neqritos etnik qrupuna aid olduqları ehtimal edilir. I əsrdə ÇinHindistandan olan ticarətçilər və məskunlar Malayziyaya köçməyə başladılar. II və III əsrdə onlar burada bir neçə şəhər və limanın əsası qoydular. Onların burada məskunlaşması Malayziya xalqının Çin və Hindistan mədəniyyətinin təsiri altına düşməsi ilə nəticələndi, HinduizmBuddizm dinləri yerli xalq arasında yayılmağa başladı. Sanskrit dili və yazısı IV və V əsrlərdə burada peyda oldu. Malay yarımadasının şimalındakı ərazilərdə Lanqkasuka dövləti II əsrdə formalaşdı və XV əsrə qədər mövcudluğunu qorudu. XV əsrdə Malakkada İslam dini yayıldı və bütün yarımadanı əhatə etdi. Portuqaliyalılar 1511-ci ildə Malay yarımadasını ələ keçirdilər. Ancaq Hollandiyalılar ilə Portuqaliyalılar arasında Malayziya uğrunda davamlı bir mübarizə başladı. 1641-ci ildədə Portuqaliyalılar Malakkadan geri çəkildi. Hollandiyalılar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Penanqda 1786-cı ildə və Sinqapurda 1824-cü ildə yerləşməyə başlayan İngilislər getdikcə ticari və siyasi fəaliyyətlərini artırdılar. Bu vaxt müxtəlif Malayziya ərazilərini işğal etməyə cəhd edən Taylanda qarşı mübarizə başlandı. Malayziyanı Hollandlar 1826-cı ildə təkrar işğal etdilər.

Dini[redaktə | əsas redaktə]

Malayziyada islamın sünni məzhəbi rəsmi din elan olunub. Müsəlmanlar əsasən sünni-şafiilər ölkə əhalisinin 49%-ni təşkil edirlər. Malayziya ilə bağlı Qərbi Malayziyada 51%, Şərqi Malayziyada isə 40% əhali islam dininə etiqad edir. Müsəlmanlar əsasən malaylar və İndoneziyadan gələnlər, ərəblər, əfqanlar, çin-malay metislər, çinlilərin bir qrupudur. Malayziyada yaşayan çinlilər buddizmin maxayana formasını, konfusiçilikdaosizmi qəbul edirlər. Malayziya əhalisinin 5%-i xristiandır. Onlar Cənubi Asiyadan çıxanlar, çinlilər və avropalılardır. Xristianlar həm katoliklər (335 min nəfər, Malayziya və Bruneydə), həm də protestantlarla (225 min nəfər) təmsil olunublar. Protestantlar arasında metodistlər (85 min nəfər) daha çoxdur. Bununla yanaşı anqlikanlar (40 min nəfərdən çox), lüteranlar (35 min nəfər), presviterianlar (20 min nəfər), baptistlər (8 min nəfər), yeddinci gün adventistləri (7 min nəfər) və digər xristian təriqətləri vardır. Əhalinin 9%-i induistlərdir. Bunların da 70%-i Cənubi Asiyadan gələnlərdir. Malayziyada siqxlər də yaşayırlar. Bunlar Cənubi Asiyadan gələnlərin 2%-ni təşkil edir. Şərqi Malayziyada yaşayan dyakların böyük əksəriyyəti və Qərbi Malayziyanın azsaylı xalqları ənənəvi kultlarını qouyub saxlayırlar.

İstinadlar[redaktə | əsas redaktə]

  1. 2007-ci ildən etibarən Malayziya federal hökumətinin iqamətgahı Putracaya şəhəridir.

Həmçinin bax[redaktə | əsas redaktə]