Mərakeş
Koordinatlar: 34°02′ şm. e. 6°51′ q. u. / 34.033° şm. e. 6.850° q. u.
|
|||||
Şüar: Allah, Vətən və Kral | |||||
Himn: Mərakeş himni | |||||
Paytaxt | Rabat | ||||
Böyük şəhərlər | Kasablanka | ||||
Rəsmi dil | Ərəb dili[1] Amaziğ[2] |
||||
İdarəetmə forması | Konstitusiyalı monarxiya | ||||
Kral | VI Məhəmməd | ||||
Baş nazir | Abdelilah Benkirane | ||||
Əhali • Təxmini sayı (2011) • Siyahıyaalma (2011) • Əhali sıxlığı |
35,000,000[3] nəfər 38-ci nəfər 71.6 nəfər/km² (122-ci) |
||||
Pul vahidi | Mərakeş dirhəmi (MAD ) |
||||
İnternet domeni | .ma | ||||
Telefon kodu | +212 |
Mərakeş (Ərəb dilində: المغرب, əl-Məğrib, tərcümədə "Qərb" deməkdir, və ya Məğrib əl-Əksa, "Uzaq qərb"), tam rəsmi adı Mərakeş Krallığı (Ərəb dilində: المملكة المغربية, Əl-Məmləkə Əl-Məğribiyə) - Afrika materikinin şimal-qərb hissəsində ərəb dövləti. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir.
Mündəricat
Tarixi[redaktə | əsas redaktə]
Ərəb müsəlmanlar Məğribə 638-ci ildə Aqba ibn Nafinin başçılığı altında gəlmişlər. Ölkə ərəb İdrisilər tərəfindən idarə olunmağa başlamışdır ki, bu dövrdə Məğrib elm mərkəzinə çevrilmişdir. Ardıcıl olaraq bir neçə Bərbər sülalələri (əl-Murabiyun, əl-Muvahhidun, Marinilər, Sədilər) və Ələvilər tərəfindən idarə olunmuşdur. 1901-ci ildə Fransa tərəfindən işğal olunmuş, 1956-cı ildə müstəqillik qazanmışdır. 1976-cı ildə Qərbi Saharanı İspaniyadan geri qaytarmışdır.
Əlmoravilər[redaktə | əsas redaktə]
Əlmohadlar[redaktə | əsas redaktə]
Coğrafiyası[redaktə | əsas redaktə]
Məğrib Krallığı geniş çay sisteminə malikdir. Atlantik okeanına tökülən əsas çaylar Umm ər-rabi, Sibu, Tansift, Dera çaylarıdır.
İqlimi ölkənin şərq və cənubunda isti və quru, Aralıq dənizi və Atlantik okeanı sahilləri isə mülayim və yağışlıdır.
İqtisadiyyatı[redaktə | əsas redaktə]
Yağışın çox olması kənd təsərrüfatına şərait yaradır. Burada arpa və buğda becərilməsi ilə ixtisaslaşan kiçik, ənənəvi təsərrüfatla yanaşı, sitrus meyvələri və qış tərəvəzləri ixracı üçün böyük miqyaslı təsərrüfat da var. Əsas məhsulları buğda, qarğıdalı, düyü, şəkər qamışı, çuğundur, üzüm, xurma, sitrus meyvələri, pambıq və zeytundur. Heyvandarlıq əsasən qoyun və keçi heyvandarlığıdır. Balıq sənayesi də iqtisadiyyatın əsas sahələrindəndir.
Məğrib dünyada ən böyük fosfat turşusu ixracatçısıdır. Digər təbii sərvətləri kömür, qurğuşun, dəmir filizi, gümüş və misdir.
Əsas ixrac malları fosfat turşusu, sitrus meyvələri, balıq (sardinya) yağları və xurmadır.
Sənayenin əsasını dağ-mədən sənayesi, gübrə, toxuculuq, xalçaçılıq, neft emalı, sement, qənd və meyvə şirəsi istehsalı təşkil edir.
Əhalisi[redaktə | əsas redaktə]
Əhalinin ümumi sayı - 33,8 mlyn. Misir və Sudan dövlətlərindən sonra üçüncü böyük ərəb dövlətidir. Əhalinin 60%-i ərəblər, 40%i isə bərbərlərdir. Mərakeşdə 7 min yəhudi yaşayır.
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ "An Islamic and fully sovereign state whose official language is Tamazight, the Kingdom of Morocco constitutes a part of the Great Maghreb." "Moroccan Constitution". 2011. http://latimesblogs.latimes.com/babylonbeyond/2011/06/morocco-reform-can-lead-to-a-genuine-constitutional-monarchy.html "An Islamic and fully sovereign state whose official language is Tamazight, the Kingdom of Morocco constitutes a part of the Great Maghreb.".
- ↑ "BBC News – Morocco's King Mohammed unveils constitutional reforms". 2011-06-18. http://www.bbc.co.uk/news/world-africa-13816974.
- ↑ Site institutionnel du Haut-Commissariat au Plan du Royaume du Maroc. Hcp.ma. Retrieved on 2011-07-23.
Həmçinin bax[redaktə | əsas redaktə]
Mərakeş mövzularda | ||
---|---|---|
Gerb • Bayraq • Himn • Dövlət quruluşu • Konstitusiya • Parlament • İnzibati bölgü • Coğrafiya • Şəhərlər • Paytaxt • Əhali • Dillər • Tarix • İqtisadiyyat • Valyuta • Mədəniyyət • Din • Kinematoqraf • Ədəbiyyat • Musiqi • Bayramlar • İdman • Təhsil • Elm • Nəqliyyat • Turizm • Poçt (tarixi və markaları) • İnternet • Silahlı qüvvələr • Xarici siyasət |
İslam Əməkdaşlıq Təşkilatı (OCI) | |
---|---|
Üzv ölkələr |
Albaniya • Azərbaycan • Banqladeş • Benin • Bəhreyn • Birləşmiş Ərəb Əmirlikləri • Bruney • Burkina-Faso • Cibuti • Çad • Əfqanıstan • Əlcəzair • Fələstin • |
Müşahidəçi ölkələr | Bosniya və Herseqovina • Mərkəzi Afrika Respublikası • Rusiya Federasiyası • Şimali Kipr Türk Respublikası • Tailand |
Müşahidəçi təşkilatlar | Afrika Birliyi • Birləşmiş Millətlər Təşkilatı • Ərəb Birliyi • ECO • Bitərəf Dövlətlər Hərəkatı |
Ərəb Dövlətləri Liqası | ||
---|---|---|
Üzvləri | Əlcəzair • Bəhreyn • Cibuti • Misir • İordaniya • İraq • Yəmən • Qətər • Komorlar • Küveyt • Livan • Mavritaniya • Mərakeş • BƏƏ • Oman • Fələstin • Səudiyyə Ərəbistanı • Suriya • Somali • Sudan • Tunis | |
Keçmiş üzvləri | Liviya |
|