Küveyt

Vikipediya, açıq ensiklopediya
(Kuveyt səhifəsindən istiqamətləndirilmişdir)
Keçid et: naviqasiya, axtar
Küveyt Dövləti
Küveyt
Küveyt bayrağı Küveyt gerbi
Bayrağı Gerbi
Küveyt – xəritədə yeri
Paytaxt Küveyt-2 million sakin (2008-ci il)
Böyük şəhərlər Küveyt
Rəsmi dil ərəb,ingilis
Dövlət dini islam
Etnik qruplar Küveyt ərəblər-31%,digər ərəblər-28%, iranlılar,pakistanlılar,hindistanlılar.
İdarəetmə forması Monarxiya
əmir Sabah əl-Əhməd əl-Cabir əs-Sabah [29.I.2006 ~]
baş nazir Cabir əl-Mübarək əl-Həməd əs-Sabah
Yaranması
Ərazi
• Ümumi

17 818 km² (158-ci yer)
Əhali
• Təxmini sayı (2014)
• Siyahıyaalma (20.IV.2005)
Əhali sıxlığı

3 020 min nəfər (140-cı yer)
2 193 651 nəfər
169 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2013)
  • Adam başına

$165,8 milliard  (61-ci yer)
$43 000  (23-cü yer)
Pul vahidi Küveyt dinarı (KD)
Saat qurşağı UTC +3 (UKV)
İnternet domeni .kw
Telefon kodu +965

Küveyt(ərəb. كويت‎‎), rəsmi adı Küveyt Dövləti (ərəb. دولة الكويت‎‎; Dauyat əl- Kuveyt) — Yaxın Şərqdə dövlət (əmirlik). Şimalda və qərbdə İraqla, cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Şərqdən Fars körfəzi sahilindədir. Paytaxtı Küveyt şəhəridir.Küveyt ərəb əsilli dövlətdir.

Ərazisi[redaktə | əsas redaktə]

Küveyt dövləti Cənub-Qərbi Asiyada Fars körfəzinin sahilində yerləşir. Sahəsi:17,819 km²-dir. Ərazisinin çox hissəsi yaylalardır. Ərazisi qərbdən şərqə doğru alçaqlaşır və Fars körfəzi sahilində düzənliyə çevrilir. Küveytdə su ehtiyyatları olduqca azdır və dəzin suyunun saflaşdırılması üçün müəssisə tikilib. Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur. Məhz neftin sayəsində iqtisadiyyatı sürətlə inkişaf edərək İEÖ (İnkişaf Etmiş Ölkələr)lə bir səviyəyə çatmışdır. Adambaşına düşən gəlir yüksəkdir (21300 ABŞ dolları).

Əhalisi[redaktə | əsas redaktə]

Əhalisi 2,3 mln (2005-ci il) nəfərdir. Əhalisinin 45% bu ərazidə məskunlaşan etnik ərəblər (küveytlilər), 35% bu əraziya sonradan mühacirət etmiş ərəblər, qalan 20%-ni isə iqtisadiyyatın sürətli inkişafı səbəbiylə artan işçi qüvvəsinə olan tələbatı ödəmək üçün xaricdən gələnlər təşkil edir.

Tarixi[redaktə | əsas redaktə]

Əsas məqalə: Küveyt tarixi

8-ci əsrdən Ərəb Xilafəti tərkibinə daxil olmuşdur. 1899-1961-ci illər ölkə İngiltərənin siyasi təsir dairəsinə düşür. Ölkənin əsas problemləri İraq Respublikası ilə olmuşdur. 1922-ci il İraqla sərhədlər haqqında müqavilə imzalanır. 1961-ci il Küveyt İngiltərənin siyasi təsiridən çıxır. Küveyt 1990-ci ildə Səddam Hüseynin rəhbərlik etdiyi İraq tərəfindən işğal olunur. 1991-ci ildə isə Fars körfəzi müharibəsinin gedişində Koalisiya qoşunları (NATO ordusu və Fars köfəzi sahili dövlərlərin ordusu) tərəfindən İraq orduları məğlub edilir və Küveyt azad olunur.

Dini vəziyyət[redaktə | əsas redaktə]

Küveytin də əksər əhalisi müsəlmanlardır. 92 % əhali islama ibadət edir. Müsəlmanlar arasında sünniliyin maliki məzhəbi geniş yayılıb. Eyni zamanda sünnü-hənəfi və sünni-sələfilər də vardır. 15-20 faiz əhali şiə məzhəblidir (şəhər əhalisinin bir hissəsi və ölkənin Şimal rayonlarının əhalisi, farslar, bəzi induslar və pakistalılar, İraqdan və digər ölkələrdən gələn ərəblər). Şiələr arasında ismaililər üstünlük təşkil edir. Küveytdə az sayda induslar (böyük əksəriyyəti hindlilərdir) da yaşayır. Ölkə əhalisinin 6 faizi xristianlardır. Bunlar anqlikan və reformatolar (4 min nəfər), katoliklər (18 min nəfər), pravoslav, yakobit, koptlar (bu üç qrupun ümumi sayı 4 min nəfər), erməni-qriqoryalar (6 min nəfər) və s. Xristianlığa (pravoslav, monofizitlik, anqlikalıq, reformatorluq formasında) az sayda ərəblər və əcnəbilər. İnduslar, ingilislər, amerikanlar və digərləri ibadət edir.

İstinadlar[redaktə | əsas redaktə]


Mənbə[redaktə | əsas redaktə]

İstifadə olunan faktlar :Dünya ölkələri(müəllif:Əminə Yusifqızı)2008-ci il

Həmçinin bax[redaktə | əsas redaktə]