Komor adaları

Vikipediya, açıq ensiklopediya
(Komor səhifəsindən istiqamətləndirilmişdir)
Keçid et: naviqasiya, axtar
Komor Adaları İttifaqı
komor Udzima wa Komori
fr. Union des Comores
ərəb. الاتحاد القمري‎‎
Komor bayrağı Komor gerbi
Bayrağı Gerbi
Şüar: Unité  — Justice — Progrès
(fr. "Birlik, Ədalət, İnkişaf")
Himn: KomorcaUdzima wa ya Masiwa
Adalar İttifaqı
Komor – xəritədə yeri
Paytaxt Moroni
Rəsmi dil komor, fransız, ərəb
Dövlət dini İslam
Etnik qruplar Komrorlular
İdarəetmə forması Federativ Respublika
Prezident Azali Assoumani
Vitse Prezident Nourdine Bourhane
Yaranması
Ərazi
• Ümumi

1862 km²
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (15.IX.2003)
Əhali sıxlığı

780,971 nəfər (165-ci yer)
575 660 nəfər
355 nəfər/km²
ÜDM (AQP)
  • Cəmi (2014)
  • Adam başına

$1 211 million  (201-ci yer)
$1 700  (213-cü yer)
İnsan inkişafı indeksi (2013) 0,429  (aşağı) (169-cu yer)
Pul vahidi Komor frankı ([[ISO 4217|]])
Saat qurşağı +3 (UKV)

Komor adaları, Qəmər adaları, rəsmi adı Komor Adaları İttifaqı[1], daha çox Komor adaları adı işlədilir (2002-ci ilədək — Federativ İslam Komor Adaları Respublikası) — Hind okeanında dövlət. Mozambik körfəzində Madaqaskar adasının şimalı ilə Mozambikin şimalı arasında yerləşir. Ərazisi — 1862 km²( Mayotta (Maore) adası ilə 2235km²).Federativ Respublika olan Komor adaları 3 muxtar vilayətdən (adadan) ibaretdir: Nqazidja (Qrand Komor), Ndzvani (Anjuan)Mvali (Moheli)

Paytaxtı — Moroni şəhərinin 54 min sakin (2011-ci il) var.

Ölkənin adı ərəb sözü olan əl-qəmər (al-kamr)dən yaranıb, «ay» deməkdir. Ayın təsviri bayrağında da vardır.

6.VII.1975-ci il tarixindən Komor adaları - müstəqil dövlətdir. Ölkənin prezidenti 26.V.2016 başlayaraq - Azali Assoumani, eyni zamanda o, həm baş nazirdir.

Komor Adaları

Tarix[redaktə | əsas redaktə]

Komor Adalarının doğru adı Qəmər adalarının. Osmanlı qeydlərində və Ərəbcədə bu adla keçər. Qəmər sözü Ərəbcədə "ay" deməkdir. Ancaq Fransızlar bu adı "Komor (Comores)" olaraq oxuyublar və resmi olaraq da bu ad istifadə edilmişdir.

Komor Adalarına İslam xıv əsdə gətirilib ve əlahi tamamilə Müslüman olub.Tarixi məndələrə görə bu adalarda Müslümanların gəlməsinə qədər məskunlaşma nəzərə çarpaçaq dərəcədə az olub. Müslümanlar bu adalara gəldikdən sonra burada ayrı bir sultanlık qurdular. Sonralar bu adaların hər birində ayrı-aurı sultanlıqlar yaradıldı və onlar arasinda bəzən müharıbələr olurdu.

xvııı əsrdə Tanqanika sahilindən gələrək Böyük Komor adasına yerləşən Şeyx Ngome də Pate adanın xanım sultanının bacısıyla evləndi. Bu evlilikdən doğulan Mwinye Mku adlı şəxs Sultan Əhməd adını alaraq xalasının taxtına keçdi və digər adaları da özünə birləşdirdi. Sultan Əhmədin Böyük Komor Adasındakı rəhbərliyi 1875-ci ilə qədər davam etdi. Ancaq onun sultanlığı dövründə Fransız müstəmləkəçilər Komor adalarına hücumlara başladılar və 1841-ci ildə Mayotta adasını ələ keçirdilər.

Böyük Komorda 1875-ci ildə Sultan Əhmədin yerinə keçən nəvəsi Seyyid Əli fransızlara yanaşmaq və onların himayədarlığı qəbul etmək məcburiyyətində qaldı. Fransızlar Anjuan adasını da 1886-cı ildə Sultan III Abdullahın hakimiyyətidə oldu vaxt özdərinə tabe etdilər. Beləcə , bütün Komor Adaları Fransız hakimiyyətinə keçmiş oldu.

Adalardakı ənənəvi sultanlıq (əmirlik) Fransız hakimiyyəti altında 1912-ci ildə qədər davam etdi. Fransızlar 1912-ci ildə bütün yerli rəhbərlikləri və İslami tətbiqləri ortadan qaldırdılar və Komor adalarını yenə öz hakimiyyətlərində olan Madagaskara tabe etdilər. II Dünya Müharibəsindən sonra Kamor adaları Müsəlmanları müstəqillik uğrunda mübarizələrini sürətləndirdilər və bu məqsədlə Tanzaniyada bəzi təşkilatlar yaratdılar. Bu təşkilatlar sonra Kamor adaları Milli Qurtuluş Hərəkatında birləşərək güclü fəaliyyət başladılar.

Fransa 1974-cü ildə adaların gələcəyi ilə bağlı referendum keçirmək məcburiyyətində qaldı. Açıqlanan nəticələrə görə Mayotte Adası xalqının 65%-i Fransız idarəsinin davamını , digər adalardakı xalqın isə 95%-i müstəqilliyi istəmişdi. Fransa 1 yanvar 1976-ci ildə Mayotta Adasından başqa adaların müstəqilliyini qəbul etdi. Ancaq maraqlıdır ki, qurulan müstəqil respublikanın başçılığına bir qərb heyranı olan Əli Suveylih keçirildi.

Ali Suveylih ölkəsini müasirləşdirmə iddiası ilə İslami sıxışdıraraq aradan qaldırmaq kimi bəzi islahatlar həyata keçirmək surətilə Fransız işğalçılarının bacara bilmədiklərini həyata keçirməyə səy göstərdi. Ancaq 1978-ci ildə Əhməd Abdullah tərəfindən çevriliş etdilərək Ali Suveylih vəzifədən uzaqlaşdırıldı. Yeni başçı oktyabr 1978-ci ildə konstitusiyanı dəyişdirərək dövlətin rəsmi adını Komor Federativ İslam Respublikası etdi. Əhməd Abdullah da Fransa ilə yaxşı dolanmağa diqqət göstərməsinə və İslamlaşdırma fəaliyyətini yalnız xalqı özünə bağlamaq üçün istifadə etməsinə baxmayaraq qərblilərin dəstəklədiyi muzdlu əsgərlər tərəfindən özünə qarşı bir neçə dəfə uğursuz çevriliş cəhti edildi. Qərb Əhməd Abdullahın ölkənin İslamlaşdırılmasına əhəmiyyət verməsindən narahat olurdular. Əhməd Abdullah noyabr 1989-cu ildə bir sui-qəsd nəticəsində öldürüldü və yerinə Səid Məhəmməd Cuhar keçirildi.

Dövlət quruluşu[redaktə | əsas redaktə]

Respublika. 2001-ci ilin konstitusiyasina görə prezident 5 il müdəədtinə seçilir, namizədlər növbəilə 3 adadan birindən seçilir. 26.05.2001-26.05.2006 illərdə və 26.05.2016 tarixindən Nqazidja (Qrand Komor) adasından Azali Assoumani, 26.05.2006-26.05.2011 illərdə Ndzvani (Anjuan) adasından Ahmed Abdallah Mohamed Sambi, 26.05.2011-26.05.2016 illərdə Mvali (Moheli) adasından Ikililou Dhoinine olub.

Parlamen (Assambleya) 33 deputatdan ibarət olub bunun 18-i ümumi səsvermə yolu ilə, 15-i adaların Assambleyası tərəfindən seçilir.

Komor Adalarının ordusu 500 nəfərdən ibarət daimi ordu və polisdən və həmçinin 500 nəfərdən təşkil onunmuş Silahlı Qüvvələrdən ibarətdir. Su və Hava təhlükəsizliyinə müqavilə əsasında Fransa məhsuliyyət daşıyir.

Əhalisi[redaktə | əsas redaktə]

Əhalisi 806 153 nəfərdir. (iyul 2016-ci il) (Mayotta (Maore) adası ilə birlikdə 1 050 000 nəfərdən çoxdur.)

2012-ci il siyahıyaalmasina görə 724 294 nəfərdir. (Mayotta (Maore) adası ilə birlikdə təxmini 936 900 nəfər)

İllik artım tempi - 2.7%-dir.

Uzun ömürlülük - kişilərdə 61, qadınlar üçün 66 ildir.

Etnik tərkibi - antaloatra (metis Afro Ərəb Malaqas mənşəli) - 95%-də çoxu, Makua (Zənci Bantu) - 1.5%, Ərəblər - 0,5%, Malagaslar - 0,5% və həmçinin: farslar, fransızlar və hindistanlilardan - (0,2%) ibarətdir.

Rəsmi dövlət dili Ərəb və Fransizdir. Əhalinin böyük əksəriyyəti Komor dilində danişir(suaxili və ərəb dilini qarışığı olan dildir.)

Din - əsasən sünni müsəlmanlar, az sayda şiə müsəlmanlar, fransız və Malagas əhali - xristian katolikdir.

Kişilərin 63%-i, qadınların 39%-i oxuyub yaza bilir.(2003)

Əhalini 28% şəhərlərdə yaşayır.

İqtisadiyyat[redaktə | əsas redaktə]

Komor inkişaf etməkdə olan bir iqtisadiyyata malikdir. Ölkədə həyat standartları yüksək olan insanlar çox deyil . Heyvandarlıqla yanaşı taxıl , kartof və ədviyyat da istehsal edilir.

İstinadlar[redaktə | əsas redaktə]

  1. Атлас мира. ред. Поздняк Г. В.; Омск: Роскартография, ФГУП «ОКФ», 2007 ISBN 5-9523-0164-9