Cənubi Koreya

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Koreya Respublikası
대한민국
大韓民國
Cənubi Koreya bayrağı Cənubi Koreya gerbi
Bayrağı Gerbi
Cənubi Koreya – xəritədə yeri
Paytaxt Seul
Böyük şəhərlər Busan, Dəjeon, İnçeon,
Ulsan, Dəgu, Quanqju
Rəsmi dil Koreya dili
Prezident Pak Kın He[1]
Baş nazir Hwang Kyo-ahn
Yaranması
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

100 min.kv.km. km²
0,3%
Əhali
• Təxmini sayı (2013)
• Siyahıyaalma (2010)
Əhali sıxlığı

50 219 669 nəfər
48 580 293 nəfər
1kv.km 480 nəfər nəfər/km²
Pul vahidi Cənubi Koreya vonu (KRW)
İnternet domeni .kr
Telefon kodu +82

Cənubi Koreya Respublikası (대한민국 / 大韓民國 / Dae Han Min Quk) — Şərqi Asiyada Koreya yarımadasıda yerləşən dövlətdir.

Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, YaponiyaŞimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir.

Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında – icraedici, məhkəmə və qanunverici hakimiyyətləri – bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var.

Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.

1948-ci ildə qəbul olunmuş konstitusiyaya sonrakı illərdə bəzi dəyişikliklər edilib. 1980-ci illərə kimi bir neçə hərbi diktatura hakimiyyətini sinaqdan keçirmiş Koreya Respublikası hazırda müvəffəqiyyətlə liberal demokratiyanı inkişaf etdirməkdədir, 188-dən çox ölkə ilə diplomatik əlaqə saxlayır.

Tarixi[redaktə | əsas redaktə]

İkinci dünya müharibəsinin ardıca Sovet və ABŞ-ın hərbi qüvvələrinin işğalından sonra Şimali Koreya və Cənubi Koreya bölündü. Cənubi Koreya ikinci bir demokratik dövlət olaraq 1948-ci ildə quruldu.

İmcin müharibəsi[redaktə | əsas redaktə]

Əsas məqalə: İmcin müharibəsi

Coğrafiyası[redaktə | əsas redaktə]

Ölkənin ərzisi 99 461 km²-dir.[2] .[3]

İdman[redaktə | əsas redaktə]

Şimali və Cənubi Koreyada əsas idman növlərindən biri taekvondodur. Başqa Şərq döyüş növlərindən fərqli olaraq burada ayaqla endirilən zərbələr həddindən artıq yer tutur. Faizlə götürsək, taekvondodakı zərbələrin 80 faizi ayaqla endirilir.

İqtisadiyyatı[redaktə | əsas redaktə]

Cənubi Koreya yüksək inkişaf etmiş sənaye və iqtisadiyyata malikdir. Dünyada gəmiqayırma, polad emalı, avtomobil, eloktron və eloktrotexnika istehsalına görə əsas yerlərdən birini tutur. Dünyada ən sürətli internet Cənubi Koreyadadır.

Təhsil[redaktə | əsas redaktə]

Məktəb 6-12 yaş arasında məcburi və ödənişsizdir. Ölkədə oxucu-yazar nisbəti 92%-dir. Cənubi Koreyada 197 universitet və 222 ali məktəb var. Сənubi Koreyada təhsil sistemi 12 illikdir. Universitetlərin 80% özəldir. Təhsil haqqları ixtisas və universitetdən asılı olaraq, bakalavr pilləsində 1 illik 2-7 min USD, magistr pilləsində isə 8400 USD təşkil edir.

Əhalisi[redaktə | əsas redaktə]

2000-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Koreya Respublikasında 46 136.101 nəfər əhali yaşayır.[4] Bu siyahıya almaya əsasən ölkənin ən böyük (milyonçu) şəhərləri Seul (9 895 217 nəfər), Pusan (3 662 884 nəfər), Tequ (2 480 578 nəfər), İnçxon (2 475 139 nəfər), Tecon (1 368 207 nəfər), Kvancu (1 352 797 nəfər) və Ulsan (1 014 428 nəfər) şəhərləridir.[2]

Dünyada etnik və dil baxımından ən çox homogen quruluşa sahib ölkələrdən biri Koreya Respublikasıdır. Əhalinin az bir hissəsi çinlilərdir. Koreyalılar Mançuryada yüzillər boyu yaşamışlar. Keçmişdəki siyasi, iqtisadi və ictimai sabitsizliklər bir çox koreyalını ABŞKanadaya köçməyə məcbur etmişdir. Kaliforniyada çox sayda koreyalı yaşamaqdadır. Koreyalı amerikalıların sayı bir milyondan çoxdur. Hazırda Koreya Respublikasından gedənlərin və ölkəyə gələnlərin sayı bir-birinə bərabərdir. Əhalinin artım nisbəti 1950-ci illərdə 3%-dən daha çox ikən bu nisbət 2005-ci ildə 0,38%-a qədər geriləmişdir. 1960-cı ildən etibarən sürətli bir şəhərləşmə və çöl sahələrdən şəhərlərə doğru bir köç dalğası başlanmışdır. İndi əhalinin 85%-i şəhərlərdə yaşayır. İkinci Dünya müharibəsindən sonra 4 milyondan çox insan Şimal tərəfdən Cənuba keçmişdir. Bu birdən meydana gələn əhali artımı Koreya Respublikasından gedənlərlə tarazlanmışdır. Koreya Respublikasının iqtisadiyyatı 1990-cı ildən sonra daha da inkşaf etmişdir. Koreya Respublikasında təxminən 378 000 xarici işçi var. Bu işçi qüvvəsinin böyük bir qismi Cənubi Asiya ölkələrindən gəlmələrdir. Onlar Hindistan, Şri-Lanka, Myanmar, Filippin, RusiyaNigeriyadan gəlmişlər.

Ən böyük şəhər paytaxt Seuldur. Koreya Çin ilə Yaponiya arasında bir körpü olmasına baxmayaraq, özlərinə xas bir mədəniyyət inkşaf etmişdir. Əhalinin kəndlərdə yaşyan az bir hissəsi əsrlər əvvəlki kimi geyinir və yaşayırlar. Şəhərlərdə yaşayanlar isə müasir texnologiyalara sahibdirlər və müasir həyat tərzi sürürlər.

Dini[redaktə | əsas redaktə]

Əhalinin 50 faizi özünü heç bir dinə mənsub hesab etmir. Qalan əhalinin böyük hissəsi konfutsiçilikbuddizmə inanır. 25%-ə qədər əhali xristiandır.

Dili[redaktə | əsas redaktə]

Ölkə əhalisinin istifadə etdiyi və rəsmi dövlət dili Koreya dilidir.

Şəkillər[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. Azərbaycan Respublikasının Prezidentinin Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə göndərdiyi 30 sentyabr 2013-cü il tarixli məktubu.  (azərb.)
  2. 2,0 2,1 The Major Cities and Agglomerations of the World – Overview : South Korea: Municipalities (Census)
  3. Koreya təhsil alan tələbələrin saytı
  4. Sitat səhvi: Yanlış <ref> teqi; The_Major_Cities_and_Agglomerations_of_the_World_.E2.80.93_Overview:_South_Korea:_Municipalities_.28Census.29 adlı istinad üçün mətn göstərilməyib

Həmçinin bax[redaktə | əsas redaktə]