Kif

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Mushroom.svg Diqqət: Vikipediyaya əlavə olunan göbələk məqalələri yalnız məlumatlandırmaq məqsədi daşıyır. Burada olan məlumatları oxuyaraq, göbələk toplamayın. Zəhərli və ya zəhərsiz göbələkləri birbirindən fərqləndirmək çox zaman çətin olduğundan meşə göbələkləri yalnız mütəxəssislər tərəfindən toplanmalıdır..
Kif göbələyi
Qida məhsulu üzərində kif göbələyi
Time-lapse photography sequence of a peach becoming progressively discolored and disfigured
Çürüyən şaftalı üzərində artan kif.

Kif - göbələk növü olub, əsasən qida məhsulları üzərində yaranaraq çoxalır.

Kif çörək üzərində yaşıl nöqtələrlə, meyvələrdə isə məxməri xallarla müşahidə olunur. Taxıl və taxıl məhsulları başda olmaqla, düyü, fındıq, fıstıq kimi ərzaqlarda kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə əmələ gətirir. Orqanizmə dərhal təsir etməyən aflatoksin tədricən yayılaraq bədənin immunitet sistemini, daxili orqanları, xüsusilə də, qaraciyəri zədələyir, sirroza, böyrək çatışmazlığına, xərçəng xəstəliyinə səbəb olur.

Təhlükəsi[redaktə | əsas redaktə]

Kiflənmiş qida məhsullarının kifli hissəsini ayırıb, qalanından istifadə edirik. Halbuki ekspertlər, kifin bütün məhsula yayıldığını və tədricən orqanizmin immunitet sistemini zəiflətdiyini, daxili orqanları və qaraciyəri zədələdiyini söyləyirlər. Çünki kif orqanizmə öldürücü təsir göstərir. Qidaları hazırlayarkən gigiyenik qaydalara diqqət edilməməsi, məsələn, kifayət qədər bişirilməməsi nəticəsində bədənə faydadan çox, zərər verə bilər. Kiflənmiş ərzaqdan qənaət məqsədi ilə istifadə edilməsi qaraciyər xəstəliklərinə yol açır.

Kifli yem yeyən heyvanların südü, yumurtası və əti də insanlara ciddi zərər verir.

Mənbə[redaktə | əsas redaktə]