Kuba

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
República de Cuba
Kuba Respublikası
Kuba bayrağı Kuba gerbi
Bayrağı Gerbi
Şüar: Patria o Muerte
(azərb. Vətən və ya Ölüm)
Himn: "La Bayamesa"
Kuba – xəritədə yeri
Paytaxt Havana
Böyük şəhərlər Havana-2 137 min ( 2015-ci il), Santyaqo-de-Kuba
Rəsmi dil İspan
İdarəetmə forması Sosialist respublikası
Dövlət Şurasının Sədri Raul Kastro[ 24.II.2008 ]
Ərazi
• Ümumi
• Su sahəsi (%-lə)

110 860 km² (106-cı)
1
Əhali
• Təxmini sayı (2015)
• Siyahıyaalma (14.IX.2012)
Əhali sıxlığı

11,2 milyon nəfər (77-ci)
11 167 325 nəfər
102 nəfər/km²  (103-cü)
ÜDM (AQP)
  • Cəmi (2014)
  • Adam başına

$128,5 milyard  (76-cı yer)
$11 000  (131-cı yer)
ÜDM (nominal)
  • Cəmi (2009)
  • Adam başına

$67,3 milyard  (62-ci yer)
$5 984  (78-ci yer)
İnsan inkişafı indeksi (2010) 0,760  (yüksək) (53-cü)
Pul vahidi Kuba pesosu (CUP)
Saat qurşağı (UKV-5)
Yay vaxtı (UKV-4)
  (11 mart — 4 noyabr)
İnternet domeni .cu
Telefon kodu +53

Kuba Respublikası (isp. República de Cuba) — Qəraib bölgəsində yerləşən bir ada dövləti. Kuba Isla de la Juventud və bir çox arxipelaqlardan əlavə, əsasən Kuba adasından ibarətdir. Havana Kubanın ən böyük şəhəri və ölkənin paytaxtıdır. Santyaqo de Kuba ikinci ən böyük şəhərdir. Kubanın şimalında ABŞ, qərbində Meksika, Bahamalar, cənubunda Kayman AdalarıYamayka, cənub-şərqində HayitiDominikan Respublikası yerləşir.

28 oktyabr 1492 tarixində Xristofor Kolumb quruya çıxdı və hazırda Kubaya aid olan adada İspaniya Krallığı üçün haqq iddia etdi. 1898-ci ildə bitən İspaniya-Amerika müharibəsinə qədər İspaniyanın bir bölgəsi olaraq qaldı və 1902-ci ildə Birləşmiş Ştatlardan rəsmi istiqlaliyyət əldə etdi.

Kuba 11 milyondan artıq insanın vətənidir və Qəraib bölgəsində ən böyük əraziyə malik olmaqdan əlavə, ən sıx yerləşən ada millətidir. Ada, ətrafındakı sular tərəfindən ilıqlaşdırılmış bir tropik iqlimə sahibdir. Eyni zamanda Qəraib Dənizinin isti suları və adanın Meksika körfəzinə paralel yerləşməsi adanı qasırğalar üçün açıq hədəf vəziyyətinə gətirib. 1232,5 kilometr uzunluğundakı Kuba adası planetimizin ən böyük 13-cü adasıdır.

Tarixi[redaktə | əsas redaktə]

Kubaya gələn ilk avropalı 1492-ci ilin oktyabrında arxipelaqın şərq hissəsinə qədəm qoyan Xristofor Kolumb olmuşdur. 1511-ci ildə Dieqo Velaskes de Kuelyar adanın yerli əhalisini özünə tabe edərək Barakoa limanının əsasını qoydu və Kubanın ilk ispan qubernatoru oldu. 1514-cü ilə kimi burada 7 yeni yaşayış məskəninin əsası qoyulmuşdu. 1515-ci ildə Dieqo Velaskes de Kuelyar öz iqamətgahını Kubanın birinci paytaxtı olan Santyaqo de Kubaya köçürdü. Adanın yerli əhalisinin 75 faizini təşkil edən hündu mənşəli tainolar ispanların müstəmləkə siyasətinə qarşı ciddi müqavimət göstərirdilər.

Faydalı qazıntıları[redaktə | əsas redaktə]

Kuba 1943-cü ildən hasilatına başlanıldığı nikel ehtiyatlarına görə dünyada ikinci yeri tutur.[1].Nikel istehsalı 1959-cu il inqilabından sonra SSRİ ilə birlikdə şaxta avadanlıqlarının modernləşdirilməsindən və dağ-mədən kombinatının yaradılmasından sonra əhəmiyyətli dərəcədə artmışdır.[2]. Müasir dövrdə Kuba nikel istehsalına görə dünyada birinci yeri tutur.

Kuba zəngin kobalt ehtiyatlarına malikdir, kobalt emalına və istehsalına görə dünyada üçüncü yeri tutur.[3].

Kuba həmçinin iri mis filizi (Oryente və Pinar-del-Rio əyalətlərində), marqan filizi (Oryente əyalətində), xromit (Kamaquey əyalətində), kaolin (Pinos adasında)[4], dəmir filizi, asbest, daş duz və fosfor yataqlarına malikdir.

1984-cü ildə ölkənin qərbində neft və qaz yataqları aşkar edilmişdir.[5].

2006-cı ildən adanın şimalında, Florida sahillərindən bir qədər aralı məsafədə yeni neft-qaz yataqlarının mənimsənilməsinə başlanılmışdır.[6]

Bəzi məlumatlara görə Kubada neft ehtiyatları 5 milyard barreldən, qaz ehtiyatları isə 300 milyard kub metrdən çoxdur. 2010-cu ildə təsdiq edilmiş məlumatlara görə Kubada neft ehtiyatları 178,9 mln. barrel, təbii qaz ehtiyatları isə 70,9 milyard kub metrdir.[7]

Mədəniyyəti[redaktə | əsas redaktə]

Kuba mədəniyyəti dünyanın müxtəlif bölgələrindən gətirilmiş etnik mədəniyyətin qarışığından ibarətdir. XVI əsrdən başlayaraq Kuba plantasiyalarında işləmək üçün gətirilən qullar sonradan ağ dərili kolonistlər və yerli xalq ilə qaynayıb-qarışaraq müasir kubalıların bir xalq kimi yaranmasına səbəb olmuşdur. Burada aborigenlərin, ispanların, afrikalıların, sonradan gəlmiş qərbi avropalıların və çinlilərin gətirdiyi mədəniyyət müasir Kuba mədəniyyətini formalaşdırmışdır.[8]

İnzibati ərazi bölgüsü[redaktə | əsas redaktə]

Kuba federasiyadır. Ölkə ərazisi 14 əyalətə və bir xüsusi bələdiyyəyə - Huventud adasına bölünür.Sosialist dövlətdir

  1. Huventud adası (isp. Isla de la Juventud)
  2. Pinar-del-Rio (isp. Pinar del Rio)
  3. Artemisa (isp. Artemisa)
  4. Mayabeke (isp.  Mayabeque)
  5. Havana (isp. Ciudad de La Habana)
  6. Matansas (isp. Matanzas)
  7. Syenfueqos (isp. Cienfuegos)
  8. Vilya-Klara (isp. Villa Clara)
  1. Sankti-Spiritus (isp. Sancti Spiritus)
  2. Syeqo-de-Avila (isp. Ciego de Avila)
  3. Kamaquey (isp. Camagüey)
  4. Las-Tunas (isp. Las Tunas)
  5. Qranma (isp. Granma)
  6. Olqin (isp. Holguin)
  7. Santyaqo-de-Kuba (isp. Santiago de Cuba)
  8. Quantanamo (isp. Guantanamo)
CubaSubdivisions.png


İstinadlar[redaktə | əsas redaktə]

  1. Большая Советская Энциклопедия. / редколл., гл. ред. Б. А. Введенский. 2-е изд. Т.23. М., Государственное научное издательство «Большая Советская энциклопедия», 1953. стр.578-584
  2. Страны мира: краткий политико-экономический справочник. М., Политиздат, 1988. стр.397-400
  3. Ivette E. Torres. «The Mineral Industry of Cuba». U.S. Geological Survey. 1997
  4. Э. А. Гриневич, Б. И. Гвоздарёв. Вашингтон против Гаваны: кубинская революция и империализм США. М., «Международные отношения», 1982. стр.40-42
  5. Страны мира: краткий политико-экономический справочник. М., «Республика», 1993. стр.224-226
  6. Wayne S. Smith. After 46 years of failure, we must change course on Cuba // «The Guardian», 1 ноября 2006
  7. CIA The World Fact Book. Cuba (ing.)
  8. Ən məşhur mədəniyyət mərkəzləri — ann.az