Boliviya
|
|||||
Paytaxt | Sukre | ||||
Böyük şəhərlər | La Pas-1 815 min, Santa Kruz de la Sierra-2 105 min, Koçabamba-1 240 min (hamısı-2015-ci il) | ||||
Rəsmi dil | İspan, Keçua, Aymara, Quarani və digər 33 dil | ||||
İdarəetmə forması | Prezident Respublikası | ||||
Prezident | Huan Evo Morales Ayma[ 22.I.2006 ] | ||||
Ərazi • Ümumi |
1 098 581 km² (28-ci yer) |
||||
Əhali • Təxmini sayı (2015-ci il) • Siyahıyaalma (21.XI.2012) • Əhali sıxlığı |
10,8 milyon nəfər (84-cü yer) 10 027 262 nəfər 9,8 nəfər/km² |
||||
ÜDM (AQP) • Cəmi (2014) • Adam başına |
$69,9 milyard (94-cü yer) $5 500 (158-ci yer) |
||||
ÜDM (nominal) • Cəmi |
$67 (36 yer) |
||||
Pul vahidi | Boliviya bolivianosu (BOB ) |
||||
İnternet domeni | .bo | ||||
Telefon kodu | +591 |
Boliviya (tam adı: Boliviya Çoxmillətli Dövləti; isp. Estado Plurinacional de Bolívia) — Cənubi Amerikada dövlət. Paytaxtı Sukre şəhəridir, La Pas ,Koçabamba, Santa Cruz, Potosi kimi digər böyük şəhərləri də var. Ölkə Boliviya idarəçiliyi dövründə Yuxarı Peru adlandırılırdı. Sonradan ölkəyə Cənubi Amerikanı ispan əsarətindən qurtaran Simon Bolivarın şərəfinə Boliviya (Bolivarın ölkəsi) adı verilmişdir.
Mündəricat
Tarix[redaktə | əsas redaktə]
Boliviya 1809-cu ildə İspaniyayadan müstəqilliyini elan etməsinə baxmayaraq, ispan əsgərlərinin ölkədən çıxarılması Boliviya İstiqlal müharibəsinin sonucunda 1825-ci ildə gerçəkləşdirildi.
Müstəqillikdən sonra Boliviyadakı siyasi hakimiyyət sıx kəsintiyə uğramışdır. Ölkə milli müstəqilliyini qazandığı 1825-ci ildən indiki dövrə qədər yüz səksənə yaxın inqilab, ondan çox dəyişdirilmiş konstitusiya və səksənə yaxın prezident gördü. Prezidentlərdən bəziləri hakimiyyəti qan tökərək ələ keçirdilər və yenə eyni şəkildə hakimiyyətdən getməli oldular. Altı prezident hakimiyyətdə olduğu zaman öldürülüb.
Boliviyanın qonşu dövlərlərlə, xüsusi ilə də Çili və Paraqvay ilə olan əlaqələri gərgin olmuşdur. 1879-ci ildə müttəfiqi Peru ilə birlikdə, sərhəd probleminə görə Çiliyə hücum etdi. Ancaq 1883-cü ildə bitən Sakit okeanı müharibəsi Boliviya üçün məğlubiyyətlə bitdi. Sakit Okean bölgəsindəki sahil xəttini Çiliyə verməli olan Boliviyanın okean ilə olan əlaqəsi kəsildi və ölkə quru ərazi dövlətinə döndü. Boliviya xalqı bu müharibənin nəticələrini indi də unuda bilmir.
Boliviya həmcinin 1899-1903-cü illərdə Akri müharibəsində ərazisinin 191.000 km² ərazisini itirir. Ölkədə yenə bir sərhəd problemi üzündən 1932-cı ildə qonşu Paraqvay ilə müharibə edir. Chaco Müharibəsi adlandırılan bu müharibə 1935-cı ildə, Paraqvayın zəfəri ilə sona çatır, Boliviyaisə mübahisəli bölgənin ancaq beşdə birini torpaqlarına qata bilir.
Coğrafiya[redaktə | əsas redaktə]
Boliviyanın ərazisi 1.098.581 km²-dir .[1] Ən iri gölləri Titikaka gölü və Poopo gölüdür.
Demoqrafiya[redaktə | əsas redaktə]
2001-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən Boliviyanın 8.274.325 nəfər əhalisi vardır .[2]
İstinadlar[redaktə | əsas redaktə]
- ↑ Administrative Divisions of Countries ("Statoids") : Departments of Bolivia
- ↑ Administrative Divisions of Countries ("Statoids") : Population of Bolivia by 2001-09-05 census. Source: Instituto Nacional de Estadística de Bolivia
Xarici keçidlər[redaktə | əsas redaktə]
Latın Amerikasının subregionaları | |
---|---|
Mərkəzi Amerika | Meksika • Nikaraqua • Honduras • Beliz • Qvatemala • Panama • Kosta-Rika • Salvador |
Vest-Hind | Kuba • Dominikan Respublikası • Haiti • Baham adaları • Yamayka • Dominika • Trinidad və Tobaqo • Qrenada • Barbados • Sent-Lüsiya • Antiqua və Barbuda • Sent-Vinsent və Qrenadina • Sent-Kits və Nevis |
Cənubi Amerikanın mərkəzi və şimal-şərqi | Qayana • Surinam • Braziliya |
La-Plata hövzəsi | Argentina • Paraqvay • Uruqvay |
And ölkələri | Peru • Kolumbiya • Boliviya • Çili • Ekvador • Venesuela |