1918

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
İllər: 1915 1916 1917 1918 1919 1920 1921
Əsr: XIX əsrXX əsrXXI əsr

Hadisələr[redaktə | əsas redaktə]

Dünyada[redaktə | əsas redaktə]

  • 10 fevral - Zaqafqaziya Seyminin yaradılması.
  • 3 mart - Sovet Rusiyası ilə Almaniya arasında Brest-Litovsk sülh müqaviləsinin imzalanması.
  • 27 mart - Bessarabiya və Moldovanın Rumıniyaya birləşdirilməsi.
  • 11 may - Şimali Qafqaz Dağlı İttifaqının öz müstəqilliyini elan etməsi.
  • 26 may - Gürcüstanın Zaqafqaziya Seymindən çıxaraq öz müstəqilliyini elan etməsi, Seymin buraxılması.
  • iyul - Yekaterinburqda çar II Nikolayın və onun ailə üzvlərinin güllələnməsi.
  • 30 avqust - Sovet hökumətinin başçısı V.İ.Leninə qarşı sui-qəsd.
  • 15 sentyabr - Dobro cayı rayonunda Antanta ölkələrinin qüvvələri tərəfindən Bolqarıstan ordusunun darmadağın edilməsi.
  • sentyabr- Antanta ilə Avstriya arasında Sen-Jermen sülh müqaviləsinin imzalanması.
  • 28 oktyabr - Çexoslovakiyanın işğal edilməsi.
  • 7 noyabr - Münhendə fəhlə və əsgərlərin güclü nümayişlərinin keçirilməsi.
  • 12 noyabr - Avstriya Respublikasının elan olunması.
  • 22 noyabr - Polşanın respublika elan edilməsi.
  • noyabr - Antanta ilə Bolqarıstan arasında Neyi sülh müqaviləsinin imzalanması.
  • noyabr - Antanta ilə Macarıstan arasında Trianon sülh müqaviləsinin imzalanması.
  • noyabr - Krım Xalq Respublikasının yaradılması, general M.A.Sulkeviçin başçılığı ilə yeni hökumətin təşkil olunması.
  • 1 dekabr - Qars şəhərində Cənub-Qərbi Qafqaz Respublikasının yaradıldığının elan edilməsi.
  • 4 dekabr - Serb-Xorvat-Sloven Krallığının yaradılması.
  • 9 dekabr - Ermənistanla - Gürcüstan arasında müharibənin başlanması

Azərbaycanda[redaktə | əsas redaktə]

Fevral[redaktə | əsas redaktə]

  • 10 fevral - Cənubi Qafqazdan Ümumrusiya parlamentinə - Müəssislər Məclisinə seçilmiş azərbaycanlı (müsəlman), gürcü və erməni deputatlarin Tiflisdə toplaşaraq Cənubi Qafqaz (Zaqafqaziya) Seymini yaratmaları.

Mart[redaktə | əsas redaktə]

  • 7 mart - Bolşevik Rusiyasının xarici işlər naziri Çiçerin tərəfindən Azərbaycan Xalq Cümhuriyyətindən general Denikinlə müharibəyə qoşulmağı tələb edən üçüncü notanın Bakıya göndərilməsi.
  • 17 mart - Cənubi Azərbaycanın Urmiya şəhərində xarici ölkə diplomatlarının (Britaniya, ABŞ, Fransa, Rusiya konsulları) gözü qarşısında erməni quldur dəstələri azərbaycanlı əhaliyə divan tutulması.
  • 18 mart - Erməni quldur dəstələri tərəfindən Şamaxıda azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlar törədilməsi.
  • 30 mart - Bakıda erməni-daşnak və rus-bolşevik dəstələrinin azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınlarının başlaması.

Aprel[redaktə | əsas redaktə]

  • 13 aprel - Trabzon konfransı nəticəsiz bitdikdən sonra Zaqafqaziya Seymi tərəfindən türk qoşunlarının yürüşünü dayandırmaq üçün Osmanlıya müharibə elan etmək barədə qərar qəbul edilməsi.
  • 20 aprel - Fətəli xan Xoyskinin başçılıq etdiyi Bakı şəhər Dumasının buraxılması
  • 22 aprel - Zaqafqaziya Seyminin azərbaycanlı, erməni və gürcü deputatları tərəfindən paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığının elan edilməsi.
  • 25 aprel - Bakı Xalq Komissarları Sovetinin yaradılması.

May[redaktə | əsas redaktə]

  • 11 may - Batumida Zaqafqaziya Seymi ilə Osmanlı imperiyası arasında yeni danışıqların başlanması.
  • 26 may - Zaqafqaziya Seyminin son iclası Gürcüstanın öz müstəqilliyini elan etməsi. Seymin buraxılması.
  • 27 may - Zaqafqaziya Seyminin süqutundan sonra qurumun azərbaycanlı deputatları tərəfindən Tiflisdə Azərbaycan müvəqqəti Milli Şurasının yaradılması.
  • 28 mayAzərbaycan Xalq Cümhuriyyətinın, Şərqdə ilk demokratik cümhuriyyətinin elan edilməsi.
  • 30 may - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında dünya parlamentlərinə radioqram göndərilməsi

İyun[redaktə | əsas redaktə]

  • 4 iyun - Batumida aparılan danışıqların yekunu olaraq Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında "Sülh və dostluq haqqında" müqavilənin imzalanması.
  • 10 iyun - Stepan Şaumyanın başçılıq etdiyi “Bakı Komissarları Soveti”nin qoşunlarının Gəncə istiqamətində yürüşə başlaması.
  • 12 iyun - Kürdəmirin Bakı Xalq Komissarlığının qoşunları tərəfindən işğalı.
  • 16 iyun - Azərbaycan Milli Şurasının və hökumətinin Gəncəyə köçməsi.
  • 17 iyun:
    • Gəncədə ilk iclasını keçirən Azərbaycan Milli Şurası tərəfindən ölkədə yaranmış ağır vəziyyəti nəzərə alaraq fəaliyyətini dayandırmaq və yeni parlament (Müəssislər Məclisi) çağırılanadək bütün hakimiyyətin (qanunvericilik və icra) Nazirlər Şurasına vermək barədə qərar qəbul edilməsi.
    • Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının tərkibində yeni strukturun - Səhiyyə Nazirliyinin təşkil olunması.
  • 18 iyun - Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 18 iyun tarixli qərarı ilə hökumətin dini məsələlərlə bağlı iclaslarında Şeyxülislama və Müftiyə həlledici səs hüququ ilə iştirak etmək hüququnun verilməsi.
  • 19 iyun - Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilməsi.
  • 21 iyun - Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə dövlət bayrağının təsis edilməsi.
  • 23 iyun - Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası tərəfindən ölkə ərazisində hərbi vəziyyətin elan olunması və bütün qüvvələrin daşnak-bolşevik “Bakı Kommunası”nın ilə mübarizəyə səfərbər edilməsi barədə qərar qəbul edilməsi.
  • 24 iyun - Azərbaycanın üzərində ağ aypara və ağ ulduz.səkkizguşəli əks olunmuş dövlət bayrağının qəbul olunması
  • 26 iyunGəncədə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Əlahiddə Azərbaycan korpusunun yaradılması.
  • 27 iyunTürk dilinin dövlət dili elan edilməsi.

İyul[redaktə | əsas redaktə]

  • 15 iyul - Fövqəladə Tədqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul olunması.
  • 31 iyul - Bakı XKS-nin istefa verməsi

Avqust[redaktə | əsas redaktə]

  • 1 avqust - 'santrokaspi diktaturası"nın hakimiyyəti ələ keçirməsi
  • 11 avqust - Hərbi mükəlləfiyyət haqqında qərar qəbul olunması.
  • 23 avqust - Azərbaycan Xalq Cumhuriyyətinin vətəndaşlığı haqqında qanunun qəbul olunması.

Sentyabr[redaktə | əsas redaktə]

Noyabr[redaktə | əsas redaktə]

  • 9 noyabrAzərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının qəbul edilməsi.
  • 10 noyabr - Osmanlı ordusunun Bakını tərk etməsi
  • 17 noyabr - İngilis ordusunun Bakıya gəlməsi
  • 20 noyabr - Milli Şura tərəfindən "Azərbaycan parlamentinin yaradılması haqqında" qanunun qəbul edilməsi.

Dekabr[redaktə | əsas redaktə]

  • 7 dekabr – Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətə başlaması.

Doğumlar[redaktə | əsas redaktə]

Vəfatlar[redaktə | əsas redaktə]