1808

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
İllər: 1805 1806 1807 1808 1809 1810 1811
Əsr: XVIII əsrXIX əsrXX əsr

Hadisələr[redaktə | əsas redaktə]

Dünyada[redaktə | əsas redaktə]

  • 1 yanvar:
    • ABŞ-a qulların daxil olmasının qadağan edilməsi.
    • Fransada Kommersiya kodeksinin tətbiq olunması.
  • 28 yanvar - Portuqaliyanın Braziliyadakı limanlarının digər olkələrlə ticarət üçün açıq elan edilməsi.
  • 20 fevral - Rus-isveç müharibəsinin başlanması
  • 1 mart:
    • I Napoleon tərəfindən imperiya zadəganlığının təşkili haqqında fərman verilməsi.
    • ABŞ-da embarqo haqqında və İngiltərə ilə münasibətlərin qadağan edilməsi haqqında qanununun ləğv edilməsi.
  • 23 mart - Marşal Müratın başçılığı ilə fransız ordusunun Madridə daxil olması.
  • 27 mart - Fransa imperatoru I Napoleonun İspaniya taxt-tacını qardaşı Lui Napoleona təklif etməsi.
  • 1 aprel - Finlandiyanın Rusiya imperiyasına birləşdirilməsi.
  • 12 aprel - ABŞ-da ordu və donanmanın artırılması haqqında qanun qəbul edilməsi.
  • 1 may:
    • Varşava Böyük hersoqluğunda Fransız Mülki kodeksinin tətbiq olunması.
  • Bavariyada parlamentin təşkilini nəzərdə tutan konstitusiyanın tətbiq edilməsi.
  • 2 may - Madriddə fransız idarə-üsuluna qarşı üsyanın başlanması, marşal Mürat tərəfindən yatırılsa da, bu üsyanın ispan xalqının Napoleon əleyhinə hərəkatın başlanğıcı olması.
  • 17 may - Roma şəhərinin və əyalətinin Fransaya birləşdirilməsi.
  • 30 may - İtaliyanın Toskana əyalətinin Fransaya birləşdirilməsi.
  • 6 iyun - Fransa imperatoru I Napoleon tərəfindən Ispaniya taxt-tacının öz qardaşı Jozef Bonaparta verilməsi haqqında dekret imzalanması.
  • 8 iyun - Fransada pespublikanı bərpa etmək məqsədi daşıyan sui-qəsdin üstünün açılması.
  • 15 iyun - İspaniyada fransız ordusu tərəfindən Saraqosanın mühasirəsinin başlanması.
  • 20 iyun - Fransa ilə İtaliya Krallığı arasında ticarət müqaviləsinin imzalanması.
  • 7 iyul - İspaniyada I Napoleonun əmri ilə tərtib olunmuş Bayonna Konstitusiyasının elan edilməsi.
  • 9 iyul - Jozef Bonapartın İspaniya sərhəddini keçməsi.
  • 14 iyul - Fransa marşalı Jan Batist Bessyerin ordusu tərəfindən Medina del Rio Seko yaxınlığında İspaniya qüvvələrinin darmadağın edilməsi.
  • 15 iyul - Fransa imperatoru I Napoleonun müssiyasının Karakasa (Yeni Qranadada ispan vitse-krallığı) gəlməsi.
  • 28 iyul:
    • Jozef Bonapartın Madridə gəlməsi.
    • Baylen yaxınliğında baş verən döyüşdə ispanlar tərəfindən diviziya generalı Pyer Dyüponun başçılığ etdiyi fransız ordusunun darmadağın edilməsi.
    • İstanbulda baş verən çevriliş nəticəsində IV Mustafanın və keşmiş sultan III Səlimin öldürülməsi, II Mahmudun taxta çıxması.
  • 1 avqust - Jozef Bonapartın Madriddən qaçması.
  • 13 dekabr - Fransa imperatoru I Napoleon tərəfindən Madridin tutulması.

Azərbaycanda[redaktə | əsas redaktə]

Doğumlar[redaktə | əsas redaktə]

Vəfatlar[redaktə | əsas redaktə]