1856
Vikipediya, açıq ensiklopediya
İllər: | 1853 1854 1855 1856 1857 1858 1859 |
Əsr: | XVIII əsr — XIX əsr — XX əsr |
Hadisələr[redaktə | əsas redaktə]
- 1 yanvar - Farer adaları ilə ticarət sahəsində inhisarın ləğv edilməsi.
- 18 fevral - Osmanlı sultanı tərəfindən islahatların keçirilməsi haqqında yeni fərmanın verılməsi.
- 25 fevral - Krım müharibəsinin (1853-1856) yekunlarının müzakirəsi ilə bağlı Paris konqresinin fəaliyyətə başlaması.
- 26 fevral - Kosta-Rika konqresi tərəfindən ölkə prezidenti Xuan Rafael Mora Nikaraqua əleyhinə gözlənilən müharibə ilə əlaqədar fövqəladə səlahiyyətlərin verilməsi.
- 1 mart - Kosta-Rika tərəfindən Uilyam Uokerin idarə etdiyi Nikaraquaya müharibə elan edilməsi.
- 20 mart - Kosta-Rikanın ordusu tərəfindən Santa-Rose tərəfindən Uokerin dəstələrinin darmadağın edilməsi.
- 30 mart:
- Krım müharibəsinin yekunlarına dair Paris sülh müqaviləsinin imzalanması.
- Paris sülh müqaviləsi çərçivəsində Rusiya imperiyası, Fransa və Böyük Britaniya arasında imzalanmış birinci Aland konvensiyasına əsasən Rusiyanın ona məxsus olan Aland adalarında heç bir istehkam qurğusu yaratmamaq öhdəliyini öz üzərinə götürməsi.
- 16 aprel - dəniz müharibələri haqqında Paris bəyannaməsinin imzalanması.
- 11 aprel - Rivas yaxınlığında Kosta-Rika və Nikaraqua orduları arasında döyüşün baş verməsi.
- İngilis ixtiraçısı Q.Bessemer tərəfindən maye çuqundan polad və dəmir alınması üsulunun ixtira edilməsi.
Doğumlar[redaktə | əsas redaktə]
- ABŞ-ın siyasi və dövlət xadimi - Vilson Tomas Vudro.
- Səfərəli bəy Vəlibəyov
- Böyük serb əsilli ABŞ alimi Nikola Tesla (Serbiyada anadan olmuşdur).
Vəfatlar[redaktə | əsas redaktə]
- Rus riyaziyyatçısı Nikolay İvanoviç Lobaçevski.