Nikel

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
28 kobaltnikelmis
-

Ni

Pd
Ni-TableImage.png
Ümumi
Ad, İşarə, Nömrə nikel, Ni, 28
Qrup, Dövr, Blok 10, 4, d
Xarici görünüşü
Ni,28.jpg
Atom kütləsi 58.6934(4) q/mol
Elektron formulu [Ar] 4s1 3d9
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 1455 °C
(1728 K, 2651 °F)
Qaynama temperaturu 2913 °C
(3186 K, 5275 °F)


Nikel (Ni) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 28-ci element.

Hələ eramızdan 200 əsr əvvəl nikelin digər metallarla (mis, sink) əmələ gətirdiyi ərintilərdən müxtəlif metal əşyalar, sikkə ərintisi hazırlayırmışlar. Nikel 1751–ci ildə A. Kronsdent tərəfindən alınmışdır. Kimyəvi mexaniki və termik davamlığa malikdir, sənayedə, xüsusən metallurgiyada geniş istifadə olunur. Oksidləşmir, yaxşı cilalanır, bu səbəbdən metal əşyaların nikelləşdirilməsində tətbiq olunur. Son illər reaktiv aviasiyada, raket qurğuların hazırlanmasında, atom reaktorlarının tikintisində tətbiq olunmağa başlamışdır. Nikelin müxtəlif metallarla əmələ gətirdiyi ərintilər (latun, neyzilber, melxior, bürünc, nixrom, platinit və s.) xalq təsərrüfatında geniş istifadə olunmuşdur.

Qısa geokimyavı səciyyəsi və mineralogiyası[redaktə | əsas redaktə]

Nikelin beş sabit izotopu məlumdur: 58Ni, 60Ni, 61Ni, 62Ni və 64Ni. Onların içərisində 58Ni (67, 8%) daha geniş yayılmışdır. Klarkı 0, 0058% dir. Turş süxurlardan əsasi və ultraəsasi süxurlara doğru miqdarı artır. Nikel olivində izomorf qarışıq şəklində dəmiri və maqneziumu əvəz edir. O habelə bu mineralda xırda sulfidlər şəklində iştirak edir. Nikel siderofil və xalkofil xüsusiyyətləridir. O, Mendeleyev cədvəlində dəmir-kobalt-nikel triadasına daxil olur. Əsas valentliyi 2–dir. Dəmir və kobalt isə 2 və 3 valentlidir. Bu səbəbdən adları çəkilən elementlərdən ciddi sürətdə fərqlənir və hipergenez zonasında ayrıca miqrasiya edir.


VikiAnbarda Nikel ilə əlaqəli mediafayllar var.