Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. (Davamı...)
Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.
İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.
Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər.
Liaohe çayı deltasında yerləşən Panjin çimərliyinin (şəkildə) qırmızı rəngdə olmasının səbəbi dayaz sahildə yaşayan qırmızı yosunların ifraz etdiyi maddələr - "floridean" və purpur bakteriyalarıdır.
Joan Kamper kuboku — Barselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Kamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.