Koreya dili

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Koreya dili
Orijinal adı: 한국어, 조선말
Ölkələr: KXDR, Cənubi Koreya, Çin, Yaponiya, ABŞ, Kanada, Rusiya
Rəsmi status: Flag of North Korea.svg KXDR
Flag of South Korea.svg Cənubi Koreya
Flag of the People's Republic of China.svg ÇXR:
* Yanbyan Koreyalı Muxtar Dairə
Tənzimləyən təşkilat: Milli Koreya dili İnstitutu (Cənubi Koreyada)
Danışanların ümumi sayı: 78 milyon
Təsnifatı
Kateqoriya: Avrasiya dilləri
Təcrid olunmuş dil
Yazı: xanqıl, xançça
Dil kodları
QOST 7.75–97: коо 330
ISO 639-1: ko
ISO 639-2: kor
ISO 639-3: kor
Bax: Layihə:Dilçilik

Koreya dili (한국어, 조선어 Hangugeo, Chosŏnŏ) — koreyalıların dili və Koreya yarımadasında yerləşən hər iki dövlətin, yəni Koreya Xalq Demokratik Respublikasının və Koreya Respublikasının rəsmi dövlət dilidir.

Koreya dilinin yazılışı.jpg

Bəzi mənbələrdə Altay dillərilə, digər mənbələrdə isə tunqus-mancuriya dilləri ilə genetik qohumluğu fərz edilir. Koreya dili tərkibcə altı dialektə bölünür: şimal-şərqi, şimal-qərbi, mərkəzi, cənub-şərqi, şərq-qərbi və, nəhayət, Çedcudo adasmda işlənən dialekt.

Tarixən yazısı 1446-cı ildən bu yana məlumdur. Çin yazı sisteminə əsaslanan Han qul-yazısıdır. Koreya dilinin fonoloji sistemi 40 fonemdən ibarətdir. Bunlardan 19-u samit, 21-i isə sait fonemlərdir. Koreya dili nominativ quruluşlu aqqlütinativ dillərdən hesab olunur.

Dilin adı[redaktə | əsas redaktə]

1945-ci ilinə gədər bütün koreyalılar öz dilinə əsasən «çosomnal» kor. 조선말, 朝鮮語 və ya «çosono» (kor. 조선어, 朝鮮語) deyirdilər; bu ad hələ də Şimalı Koreyada istifadə edilir. Cənubi Koreyada indi «hanqunmal» (kor. 한국말, 韓國語) və ya «hanquqo» (kor. 한국어, 韓國語) adlar istifadə edilir; bəzən isə, sadəcə «kuqo» (kor. 국어, 國語, «dövlət dili»). Danışıqda Koreyanın hər iki hissədə «urimal» (우리말, «dilimiz») sözü istifadə oluna bilər.

Yazı qaydası[redaktə | əsas redaktə]

Samitlər
Hanqıl 한글
Tələffüzü b d c k b d c q p t ç k s h ss m n ng r, l
Saitlər
Hanqıl 한글
Tələffüzü i e oe e a o u ʌ ı ıi ye ye ya yo yu ui ue oe oa uo