Ana Səhifə

Vikipediya, açıq ensiklopediya
Keçid et: naviqasiya, axtar
Hazırda Azərbaycan dilində 108.782 məqalə mövcuddur.

Cscr-featured.svg Həftənin seçilmiş məqaləsi

Poster - Gone With the Wind 01.jpg
Küləklə sovrulanlarMarqaret Mitçellin 1936-cı ildə Pulitser mükafatına layiq görülmüş eyni adlı romanı əsasında, 1939-cu ildə çəkilmiş epik tarixi sevgi filmidir. Film “Selznick International Pictures”dən Devid O. Selznik tərəfindən istehsal edilmiş və Viktor Fleminqin rejissorluğu ilə çəkilmişdir. Hadisələrin XIX əsrdə Şimali Amerikada baş verdiyi filmdə, Corciyada plantasiya sahibinin möhkəm iradəli qızı Skarlett O’Hara, Eşli Uilkes, Melani Hemilton və Ret Batlerin həyatından bəhs olunur. Hadisələr ABŞ Vətəndaş müharibəsi və Cənubda yenidənqurma fonunda baş verir və əhvalatlar ağ dərili cənubluların mövqeyindən danışılır. Filmdə əsas rollar Vivyen Li (Skarlett), Klark Qeybl (Ret), Lesli Hovard (Eşli) və Oliviya de Hevillend (Melani) tərəfindən canlandırılmışdır.

Filmin çəkilişləri başlanğıcdan çətinliklərlə üzləşmişdir. Devid O. Sleznikin Klark Qeybli Ret Batler rolu üçün razı salması və iştirak üçün müraciət etmiş 1.400-dən çox qadının Skarlett rolu üçün müsahibədən keçirilməsi məqsədiylə çəkilişlər təxirə salınmışdır. Filmin orijinal ssenarisi Sidney Hovard tərəfindən yazılsa da, lazım olan uzunluğun əldə edilməsi üçün bir neçə dəfə müxtəlif yazıçılar tərəfindən yoxlanmışdır. (Davamı...)

Artículo bueno.svg Həftənin yaxşı məqaləsi

Fatimah Calligraphy.png
Fatimə — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmmədin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmmədin əmisi oğlu, IV Raşidi xəlifə, şiələrin I imamıxəlifəsi, II məsumu Əlinin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn ƏliHüseyn ibn Əlinin anası. Müsəlmanlara görə Əhli-beytin 5 üzvündən biri.

Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö. 280) Fatiməyə aid xütbələri "Bəlağatun-Nisa" adlı kitabda nəql etmişdir. Fədək haqqındakı ona məxsus xütbəni Əbu Talib sülaləsi öz uşaqlarına öyrədirdilər.

İsmaili şiələrinin sülaləsi olan və X-XII əsrlərdə Misirdə və Şimali Afrikada hakimlik edən Fatimilər sülaləsinin adı məhz Fatimə ilə bağlıdır və bu onların Fatimənin nəslindən olduğunu göstərir.

Müsəlmanlar ondan danışarkən "Məsumə", "Cənnət qadınlarının seyyidəsi", və ya "Peyğəmbər qızı" deyirlər.

(Davamı...)

Bilirsinizmi...

Vikipediya məqalələrindən
盘锦红海滩.JPG

Günün seçilmiş şəkli

Parapente - 166.jpg
 

Emoji u1f4f0.svg Xəbərlər

XXXI Yay Olimpiya Oyunlarının rəsmi maskotu.


Son ölümlər: Tarık Akan, İslam Kərimov, Oqtay Zülfüqarov, Joao Avelanj, Seymur Peypert, Fazil İsgəndər, Abbas Kiarostami, Erkin Vahidov

Tarixdə bu gün

Bu gün — 17 sentyabr 17 sentyabr: Mavriki kəşf olunmuşdur; Sovet qoşunları Polşa ərazisinə soxulmuşlar.
XXIV Yay Olimpiya Oyunları

Digər günlər: 16 sentyabr17 sentyabr18 sentyabr

Feat lists.png Seçilmiş siyahı

Trofeu Joan Gamper.JPG
Joan Kamper kubokuBarselona futbol komandası tərəfindən hər il avqust ayında mövsüm başlamazdan əvvəl təşkil edilən yoldaşlıq oyunu turniri. Barselona komandasının yaradıcısı, oyunçusu və ilk prezidenti olan Joan Kamperin şərəfinə təşkil edilən turnir klubun ev oyunlarını keçirdiyi Kamp Nou stadionunda oynanılır. Turnir ilk dəfə 1966-cı ildə həmin dövrdə Barselonanın prezidenti Enrik Llaudet tərəfindən təşkil edilmişdir. Qalib gələn komandaya 10 kq ağırlığında olan mərmər qaidənin üzərinə olan, beş mikrometr qalınlığında qızıl ilə örtülən, 800 qram ağırlığında olan gümüş kubok verilir.

(Davamı...)

Kömək səhifələri

Vikimedia Fondunun digər layihələri
Türkdilli Vikipediyalar
Cənubi Azərbaycan

Başqırd  • Çuvaş  • Krım-tatar  • Qaqauz  • Qaraçay-balkar  • Qaraqalpaq  • Qazax  •

Qırğız  • Özbək • Tatar  • Tıva  • Türk  • Türkmən  • Uyğur  • Yakut

Wikipedia-logo-az.png Vikipediya digər dillərdə